Bir zaman oldu bir belə qovğa,Külək ilə gün etdilər dava.Dedi əvvəl külək: – Edək bir fən,Mən görək güclüyəm və ya kim sən?Gün dedi: – Bax, budur, bu dağda çoban,Gücünü hər nə varsa eylə əyan,Hansımız açdırar onun yaxasın,Bacarıb da çıxartdırar çuxasın,Deyərik kim, onun gücü çoxdur,Ona dünya üzündə tay yoxdur.Külək ol dəmdə bərk əsib qayaya,Tez qopartdı, Güc eylədi çuxaya.Çuxasın çəkdi ol çoban başına,Getdi söykəndi bir qaya daşına.Nə qədər yel soyutdusa havanı,Çoban artıq büründü bərk çuxanı.Vermədi bir nəticə tədbiri,Bəlkə bərəks oldu təsiri.Günə növbət çatan kimi o zaman,Vəsəti-asimanda oldu əyan.Belə bir isti torpağa saldı,Alışıb yanmağa çöl az qaldı.Çobana isti güc gəlib o zamanÇuxasın, paltarın çıxartdı haman.Yel çalışdı nə qədər qurdu kələk,Yenə axırda oldu gün zirək.Güc və zor ilə heç bir iş aşmaz,İş əlində həlim olan çaşmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri