Ayıl, ey ümməti-mərhumə, ayıl!Ayıl, ey milləti-məzlumə, ayıl!Ayıl, ey bülbüli-gülzari-vətən,Nəğmən ilə ola bidar vətən!Sən ki, şəhbazi-yədi-nüsrət idin,Tayiri-sidreyi-ülviyyət idin.Kim səni didəsi giryan eləmiş?Kim səni halı pərişan eləmiş?Sındırıblar nə üçün balü pərin?Hanı ol ruhfəza nəğmələrin?Qanadın altına qoyma başını,Tökmə gül arizinə göz yaşını.Qalx, elə övci-səmayə pərvaz,Bəsdi bu qəflət ilən xabi-diraz.Ayıl, ey xabi-qəmə alüdə!Bu qədər yatma dəxi asudə!Aç gözün, gözlərinin qurbanı!Bir tamaşa elə, gör dünyanı!Xaricilər qabağa düşdü tamam,Nə yaman günlərə qaldı islam.Haləti-nəzə yetişmiş millət,Məhv, nabud oluyor bu ümmət.Ya ilahi, sənə yetməz nə əcəb,Bu qədər naleyi – “yarəb, yarəb?”İndi millət, mədəniyyət dəmidir,Rahi-ümmətdə həmiyyət dəmidir.Qədəməndaz olalım meydanə,Kəsbi-ürfan edəlim mərdanə.Qalxalım, biz dəxi bir ad edəlim,Dövri-əslafımızı yad edəlim.Oxuyaq, elm oxumaqlıq dəmidir,İndi aləm dəxi elm aləmidir.Cəhl edib milləti pabəndi-bəla,Qılalım “Nəşri-maarif”lə rəha.Qəfləti, cəhli fəramuş edəlim,Şahidi-elmi dərağuş edəlim.Kəsbü-elmü şərəfü nam edəlim,Mədəniyyət sarı iqdam edəlim.Bir tərəqqi eliyək dünyadə,Misli nadidə ola ğəbradə.Qibtəbəxşi-həmeyi-aləm olaq.Əşrəfi-növi-bəni-adəm olaq...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən