“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,Başıma düşdü yenə nəşeyi-gülzari vətən.

Hər ürək bir qəmə dünyada giriftar oldu,Varmı bir qəlbi-mübarək, ola qəmxari-vətən.Hər mərəz oldu əgər qabili-dərman – o, əlac,Hər rəva gördü, şəfa tapmadı bimari-vətən.

Vətənin oğlunu qürbətdə ölüm dərk eləsə,Can verər tazədən övladına didari-vətən.

Dəyişər məzhəb-o tarix, nəsil, hökmi-zamanDəyişilməz yaradan haqq kimi asari-vətən.

Şairəm, xəstə diləm, yurdumu istər ürəyim,Bağlıdır taleyimə taleyi-əfkari-vətən.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale