Haldayam
Qəhri-qəza məni yaman xar etdi,Yet haraya, Valeh, yaman haldayam.Ömrüm bağın boran etdi, qar etdi,Yet haraya, Valeh, yaman haldayam.
Döyüş meydanında bir ər idim mən,Hər xilqət hesablı bir sər idim mən.Qatar qabağında bir nər idim mən,Köç qayıdıb geri, indi daldayam.
Naxçıvanlı sərsəm aşıq SüleymanGəlib bizim ilə açmağa meydan.Görməmişəm hələ mən belə fərman,Fikirim dağıldı, qeylü qaldayam.
Səmədi xəstəlik salıbdır kardan,Bol edib payını bu ahüzardan.Xəyalı düşkünü gəl qurtar dardan,Yatıbdır taleyim bu əhvaldayam.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-valeh-haldayam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bir gün sənət səfərinə çıxan Aşıq Valeh Arazbasara gedir kəndə yaxınlaşanda, bir təzə gəlin ilə, bir həddi- buluğun az ötmüş qız arx kənarında dayanıbmışlar.Valeh bunlara yaxınlaşanda qız deyir: – Ay aşıq bizə bir söz oxu xoşumuza gəlsin. Valeh onlara diqqətlə baxır. Alır atüstü görək nə deyir:
Zoğal əhvalatıAşıq Valehin Şuşada çoxlu sayda dostları olur. Bir gün onlardan bir neçəsi sözləşərək, Aşıq Valehi ələ salmaq üçün ona bir məktub göndərirlər.Məktubda bildirirlər ki, Qalada(Şuşa) zoğal çox baha gedir. Abdal-Gülablı kəndi də zoğalın bol olan yeridir. Nə qədər imkanın varsa, zoğal yığdır gətir Qalaya, yaxşı xeyrin olacaq. Valeh də onların sözünə inanaraq, ərki ötən adamların hamısından xahiş edib, zoğal yığdırır. Zoğal tayçalarını atlara, öküzlərə, ulaqlara yükləyərək bacısı oğlu ilə birlikdə aparır Qalaya. Orada dostu Allahqulunun evinə düşür. Səhəri gün zoğalı bazara çıxardır. Baqqallar söz qoyurlar ki, heç kim Valehdən bir girvənkə də zoğal almasın.
Bu gələn bir cüt gözəlinBu gələn bir cüt gözəlinYolunda qoymuşam səri.
GəldimQarabağdan səfər etdim,Mülkü Şirvana mən gəldim.
Başqa şairlərin şeirləri · Fələk və tale
Ey fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.
Fələyin bir belə dövrü olacağmış, nə bilimFələyin bir belə dövrü olacağmış, nə bilim?Saralıb bağü gülistan solacağmış, nə bilim?
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
Gülşəni-raz, fəsil 11مشو محبوس ارکان و طبایعبرون آی و نظر کن در صنایع