Ey könül! Min namə yaz bir gülüzarın eşqinə
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey könül! Min namə yaz bir gülüzarın eşqinə,Can evindən seyrə çıx bir xoş güzarın eşqinə.
Hansı rəssamın əlilə canlanır dünya evi?Hər çəmən min qönçə açmış novbaharın eşqinə!
Gəl, gəl, ey sevdalı bülbül, gəl gəzək gülşənləri,Sən gülün eşqilə dillən, mən də yarın eşqinə.
Məcnun öz şurilə çox da aləmə səs salmasın,Hansı namərd can əsirgər bir nigarın eşqinə?
Gün keçir, dövran keçir… Öz hökmünü vermiş zaman;Ney tutulsun, badə gəlsin ruzigarın eşqinə!
İnsan oğlu can verər pərvanətək atəşlərəDüz sözün, düz ilqarın, düz etibarın eşqinə!
Məqtə — şairin təxəllüsü olan son beyt. Vurğunun öz aləmi, öz qəlbi, öz ilhamı varMehri-ülfətdən yaranmış bir diyarın eşqinə!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-ey-konul-min-name-yaz-bir-guluzarin-esqine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Sən nəsən? Hər zaman, hər an çalxanan,Bu darğın qəlbimin həyəcanısan.
Acı gülüşlərSən ey altun qəfəslərdə xumarlanan, süzulən,Bilirmisən hüsnünlə hankı qəlbdir üzülən?
Bir yaz sabahının ilk azanıydıBir yaz sabahının ilk əzanıydı,Süzüldü gözlərim xumarlanaraq.
Çəkdiyim ağrılar bir yana dursunÇəkdiyim ağrılar bir yana dursun,İnsafı, mürvəti sən atmadınmı?
Başqa şairlərin şeirləri · Eşq
Ey ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.