Çəkdiyim ağrılar bir yana dursun,İnsafı, mürvəti sən atmadınmı?Mən sənə yar desəm dilim qurusun,Yarı, məhəbbəti sən satmadınmı?Qırdın qanadımı, qırdın qolumu,İtirdin qəlbini, azdın yolunu.Tərlan xəyalımı, laçın könlümüAldadıb-aldadıb oynatmadınmı?Vurğunun ahları yüksəlir göyə,Sormadın bu sirri, sormadın niyə?Dünyada bir şöhrət, bir altun deyəŞahmarın qoynunda sən yatmadınmı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri