Karyerist
Onun kinli gözlərində min tikanlı hiylə var,Hayla girər hər iclasa, ağızlardan söz qapar…Nahaq yerdən tələ qurar insanların başına,Bu minvalla keçmək istər bir vəzifə başına.O, tarixə verməmişdir hələ kiçik bir əsər,Vicdanı boş bir saraydır, — səhər, axşam yel əsər.Qürrəsindən qurumuşdur, kasad keçir bazan,Qurumsağın sifətindən kin tökülür sapsan.Hər gün bizə o rast gəlir, hiyləsinə yaxşı bax,Bizim təmiz vicdanlara böhtan atır o alçaq.Bəzən böyük kitablardan sitatlar da gətirir,Lakin vicdan kitabını ətək altdan ötürür…Beyni saman çuvalıdır, nə yaradır, nə qurur,Qurduğumuz bir binaya asta-asta od vurur.Partbileti pərdə tutub arxasında gizlənər…O, tarixə verməmişdir hələ kiçik bir əsər.Bəzən gözlə görünməyən qotur kimi bu azar,Mayasız bir xəmir kimi, əl-ayağa yapışar.O, paxıldır, o, qurdludur, gözlərindən oxunur:Nə zaman ki bir qəhrəman buludlara toxunur,Baxar-baxar, həsəd çəkər onun xain gözləri;Nə zaman ki səhnəmizdə gülər sənət əsəri,Onu yazan sənətkarı gəncliyimiz alqışlar,Karyeristin gözlərindən axar kinli baxışlar."Mən də gərək alqışlanam", — deyə donar o murdar,Lakin onda sənət üçün nə duyğu var, nə qəlb var.Nə zaman ki cəbhələrdə sınanmış bir qəhrəmanDastan kimi heç düşməyir insanların ağzından,Ona baxar, nəğmə deyər qızların gül dodağı,Karyeristin açılmayır tutqun qaşı-qabağı.El içində, doğrudan da, gözəlcə bir məsəl var:"Qurbağalar fil olmaqçın şişər, şişər, partlayar…"Nə zaman ki sinəsinə aşıq basar sazını,Şeir deyib, təsvir edər ölkəmizin yazını.Ellər ona "aşiq", — deyə güldəstələr bağışlar,Karyeristin küt başına yağar odlu yağışlar.Nə zaman ki, uçan bir qız seyrə çıxar göyləri,Ağızlardan ağızlara gəzər onun hünəri.Sinəsinə orden taxar ölkəmizin adından,Şairlər də ilham alar bu qəhrəman qadından,Karyeristin dodaqları tir-tir əsib uçunar,"Neçin qadın yaranmadım" — deyib donar o murdar.Sən, oxucum, zənn eləmə karyeristi boşboğaz,Onda da bir ustalıq var, onu tanı gəl bir az,Nəymiş onun məharəti? — Bir kötükdür, bu bəlli,Lakin başqa bir ustalıq ona verir təsəlli.O bilir ki, kasasında nə sənət var, nə hünər,Utanmadan boşluğunu alim kimi göstərər.Ağır durar, ağır qalxar, bəzən süzər gözünü.Əzbərləyər alimlərin böyük-böyük sözünü,Yerli-yersiz misal çəkər, özü bir boş nağara,Bir əl vursan, dınqıltısı haray salar dağlara.Hər iclasa, hər məclisə bir baş vurub soxular,Gurultulu nitqlərlə olmaq istər komissar.Bir azyaşlı, təcrübəsiz çıxış vaxtı yanılsa,Onun səhvi uşaqlığın səhvi kimi sanılsa,Bu karyerist məqam tapıb göz ağardar uşağa,Uydurma bir nəzakətlə bumu düşər aşağa,Sonra başlar:Sayıqlıqdan qalmamışdır bir əsər!Düşmənlərin fikrindədir bu gün bizim körpələr,Mənim gözüm su içməyir bu uşağın sözündən,O da sinfi düşmən olmuş, tanıyıram gözündən…"Dayan, dayan, qansız hərif, əl çəkmərik yaxandan!Bizim böyük əsrimizə söylədiyin bu böhtanVicdanının yoldaşıdır, kömür kimi qapqara,Bizim dünya müqəddəsdir, de sən hara, o hara?Zəhərlədin bir çoxunu keçən illər uzunu,Yumruğumuz əzəcəkdir sənin donuz bumunu!
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-karyerist
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Aləm nöqtəsinin mühiti sənsən.
Gər zülfün ilə beylə ola aşina gözünGər zülfün ilə beylə ola aşina gözün,Axırda başıma gətirər min bəla gözün.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin