Oxucum, etiraf edirəm qəlbənSatira gəlməyir mənim əlimdən.Bəlkə də çatmayır buna qüdrətim,Başqa bir ruhdadır şerim, sənətim.

Sabir sağ olsaydı bu temanı mənOna bağışlardım candan, ürəkdən.Yazardı öz böyük məharətilə.Bir aslan qəlbinin cəsarətilə,Biz də oxuyardıq heyran qalardıq,Bundan da başqa bir ibrət alardıq.

Qoy, yeri gəlmişkon, söyləyim sizə,Sözüm toxunmasın şairlərimizə:Bizim şairlərin təmiz adı var.Fikri var, qəlbi var, istedadı var.Gözəl vətənimiz çiçək-çiçəkdir.Yurdumuz dahilər yetirəcəkdir.

Bugünkü şerimiz bir qızıl əsgər.Cəbhəyə qüvvədir hər kiçik zəfər.Bizim şairlərin qəlbində hər anYaşar qurduğumuz bu yeni dövran.Bu qüvvət yaşadır, şübhəsiz bizi,Bu qüvvət yaradır hər şerimizi

Ancaq düşündürür məni hər zamanYazılmış bir şeir, bir yeni dastan…Bəzən qoyulmayır hər söz yerinə,Şerimiz oxşayır biri-birinə…Eyni xəritələr, eyni şəkillər.Xəyala açmayır yeni bir səhər

Başqa bir qüsur da ağrıdır bizi:Bəzən unuduruq gülməyimizi…Varmı şerimizdə məzhəkə yazan?Oxucu gözləyir bunu hər zaman.Unutmaq olmaz ki, doğrudan da, bizBöyük Sabirlərin varisləriyiz.

Yetər buludlardan vurduğumuz dəm.Bir az da gülgüdən danışsın qələm.Bunun xeyri var ki, zərəri yoxdur,Gülməli insanlar həyatda çoxdur.-Yenə uşaqlığım yadıma düşdü— Ömrümün günləri nə tez ötüşdü.Bir qış axşamıydı, qapıda soyuq…Qalxdı tar üstünə bizim çil toyuq…Gəldi yuxu vaxtı, salındı yerlər.Qışda gec açılır, gecikir səhər.Aldı qucağına bizi yuxular,Bu qış yuxusunun başqa dadı var;Bayırda uladı qışın boranı,Çəkdik başımıza qalın yorğanı;Dərin bir yuxuya getdik hamımız;Bəzən səslənirdi torpaq damımız.Gecə yarısıydı, eşitdik birdənÇil toyuq bağırır durduğu yerdən.Qaq-qaq qaqqıldayır… Qaçdı yuxumuz.Yuxudan səksənib, qalxdıq çoxumuz.Atam acıqlanıb: "Kəs! dedi — murdar.Bu gecə vaxtında nə azarın var?"Toyuq davam etdi, yenə do qaq-qaq…Döydü qanadını şaqqıldadaraq.Bir azdan kiridi, biz yatdıq yenə.Qərq olduq gecənin dərinliyinə.

Birdən nə eşitdik? Səhərə yavıqDüşmüş evimizə qara-qışqınq.Çil toyuq indi do banlayır, bax, bax,Elə bil dəyişib xoruz olacaq.Başqa toyuqlar da qoşulmuş ona,Bəli, işlərimiz düşmüşdür yona.Biri zurna çalır, biri nağara,Evimiz bənzəyir toya, mağara;Biz də qarnımızı tutub gülürük,Kasıbın bəxtini yaxşı bilirik…Atam hazırlanır, əlində kəsər:"Toyuq banlayanda başı kəsilər"."Yox, — dedim, ay ata, ona dəymə sən,Sabah öhdəsindən, gələcəyəm mən;Onu çox sevirəm, gümüş rəngi var,Ona bənzəməyir başqa toyuqlar,Bütün fərələri qovlayır bir-bir,Ondan xoruzlar da qorxub çəkinir".Həftələr dolandı, aylar dolandı,Toyuğun əlindən kənd oda yandı.Onun qaqqıltısı kəsmədi bir an,Mən onu qurtardım qandan, bıçaqdan…Nə bizə gün verdi, nə özü yatdı,Bütün yuxumuzu harama qatdı.Dedik qoy yaşasın, nə minnəti var.Bəlkə çil toyuğun bir illəti var?Açıldı yaz günü, əridi soyuq,Gördüm samanlığa girdi çil toyuq.Gözlədim çıxmadı girdim yanına;Gördüm bir üşütmə düşüb canına;Yaslanıb samanın üstündə cansız.Yatır qaqqıltısız ahsız, amansız.Məni görən kimi yerindən qalxdı,"Hərif’ təşəxxüslə baxdı, nə baxdı.Nə gördüm? — Samanda o yurdlamışdır.

Bir fındıq boydaca yumurtlamışdır.Tez aldım əlimə yumurtanı mən,İstisi getməmiş hələ əlimdən -Yüyürdüm anamın yanma birbaş,Yumurta deyilmiş sanca bir daş..Oxucum! Çil toyuq getmiş dünyadan…Arabir fikrimə gəldiyi zaman,Bəzi insanlar da yadıma düşür,Onların da ömrü belə ötüşür…Onlar da bir fındıq boyda iş görər,Özünü aləmə igid göstərər;Hələ qabaqcadan şəsti ucalar,Qıy vurub aləmə hay-haray salar."Yaratdım" deyərkən heç də utanmaz.Onlar taleyini düşünsün bir az…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri