Xeyrə-şərə yaramaz
Bizim böyük dünyamızda müxtəlifdir adamlar.Bir çoxunun öz şəklini çəkməlidir sənətkar.Dünən yazdım "Karyeristi", qoy utansın — nə qəmim?!Bu gün başqa bir temadan söhbət açır qələmim.Düşmənlərim çoxalsa da, mən atmaram yarağı,Qüvvətimdir, qüdrətimdir həqiqətin bayrağı.Bir tanış var, kəsilməyir yanımızdan ayağı,"Nə tüfəngin çaxmağıdır, nə sünbənin toxmağı".Yırğalanar gəlin kimi bəzək vurar özünə,Güzgü qoyub min vüqarla baxar təmiz üzünə;Bir yerində ləkə varsa, düz bir saat deyinər;Puşkin kimi saqqal qoyub pedant kimi geyinərArabir də papaq qoyub bığlarını uzadar,O bilir ki, bu dünyada Koroğlunun adı var..Nə dərdi var? — Qamət gözəl, geyim təzə, qaş qara,Elə bu da kifayətdir bizim bəzi qızlara..Bu niyyətlə qəhrəmanım yol üstünə çıxanda,Tanış-biliş xanımların əllərini sıxanda,İbarələr dolu kimi yağır onun ağzından,Otuz dəfə məhəbbətə düçar olmuş azından.O hər axşam kef çəkməyə gedər iclas adınaYalan satar evindəki ana olmuş qadına.Vəzifəsi kiçik bir şey, bu dincliyin yoludurO nə qədər xərcləsə də yenə cibi doludur."Bu dünyada kef qalacaq" — xəyal edir ürəkdən,Yorulmamış ömrü boyu "bəli, bəli" deməkdən.Desələr ki, göydə günəş kömür kimi qaralır,Desələr ki, brilyant da hicran çəkir, saralır,Desələr ki, ay günəşdən əlli dəfə yekədir,Desələr ki, pendir verən, qaymaq verən təkədir,Bütün bunlar bir yel kimi gəlib keçər yanından,Bir istilik belə keçməz onun soyuq qanından."Nə işim var, neçin salım qeylu qala başımı?Neçin incik salmalıyam öz araq yoldaşımı?-At kəlləni yastığına yaxşı uzan, yaxşı yat,Mən dinsəm də, dinməsəm də keçinəcək bu həyat".Bəzən olur iclas gedir: — ayılmışıq biz artıq,Xain çıxan bir düşmənin maskasını yırtırıq.Gəlir bizim bu "qəhrəman", dal cərgədə əyləşir,Tərpənməyən dağ gövdəsi baxanlara gəlir şir.Lakin məclis qızışdımı, başlandımı vurhavur,Öz-özünə: "Daha vaxtdır… tez götürül… yol budur…Zaman özü mənsiz belə öz hökmünü verəcək,Bəlkə, bütün vicdanlara min bir iblis girəcək"-Deyib o dal cərgədən də kirimişcə sıpıxar,Bizdə bir çox adamların gövdəsi var, şəsti var.El içində bir məsəl də bunu deyir müxtəsər:"Nə ölüyə pay göstərər, nə diriyə hay verər".Oxu mənim bu şerimi, xeyrə-şərə yaramaz!Aynaya bax, sifətindən utan bir az, öl bir az!Bir yaxşı gör, nə gündəsən, nədir sənin sənətin?Ömründə heç döyməmisən qapısını qeyrətin.Ya bir dəfə insan olub, daşa dönmə sükutla,Ya bilmərrə heyvan olub biyabanda ot otla!Sən içində yellər əsən viranə bir otaqsan,Sən ağacda bir qurumuş, bir meyvəsiz budaqsan.Görürsən ki, bu dünyamız gündən-günə şən olur.Səpdiyimiz hər dənədən böyük bir gülşən olur…Sən də bizə bir xeyir ver, sən də tərpən bir görək,Yoxsa sənə haram olsun bu yediyin duz-çörək!Gəl, pas atmış qılınc kimi pərçimlənmə sən qına.Kirpi kimi çəkilmə gəl qabığına, qınına.Öz halını düşünmə tez, xalqın üçün külüng vur,Qeyrətsizi, xudpəsəndi tarix haqlı unudur.Aç gözünü varlığa bax, indi başqa səhərdir,Əbədiyyət — bu dünyada göstərilən hünərdir.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-xeyre-sere-yaramaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yenə yaşıl don geyinmiş çəmənlər gülür,Təbiətdən ilham alıb ötür qumrular,
Dərman verin!Mənə dərman, dərman verin, qəlbim yanmasın,Günəş təbim şölə çəkib alovlanmasın…
Gəlməsəniz də...Gəlin dostlar, məclis quraq mənim bağımda,Araq deyil, şərab deyil, sadə çay içək.
Sözün şöhrətiQanadlan hüsni-eşq ilə! Məkanın asimanlardır;Gül üzlü bir səhərsən ki qucağında bahar vardır.
Başqa şairlərin şeirləri
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
Əhsən sənə Aşıq AlıMahalımın şah tavarı,Alqış sənə, Aşıq Alı.
Ərə verdiHacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.