Sən məndən incimə, dünya gözəli,bir gözəl qadını itirmişəm mən.Sən şirin ədalı, şirin busəli,ağzımın dadını itirmişəm mən.

Gəlib gözlərimin keçir önünə, -Mən onu bu qədər qısqanc bilmirəm.Açıb saçlarını tökmə çiyninə,sənindi, onundu bu saç bilmirəm.

Onu eşidirəm sənin səsində,sən sənsən,ortada mən kim oluram?Həyatın bu gizli məhkəməsindəsonra cəzalara məhkum oluram.

Qadın öz evindən əbədi köçmür,onun nəfəsi var, ruhu var evdə.Qayıdıb heç şeyi təzədən ölçmür,amma bir kimsəsiz ahı var evdə.

Bəlkə bu duyğudur səssiz ağlayan,uçub yuvası da, aşiyanı da.Bu həsrət oduna yandın, Nəriman,yandırma həsrətlə yaşayanı da.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri