İlahi! Moskva nə soyuq idi,əlcəyin içində donurdu əlim.Yerin hərarəti yerdə yox idi,dedim: Qoy kürkünü gedim gətirim.Təzəcə almışam, geyin əyninə,Başını buladın:– Nə deyim sənə.Qalxım... Moskvada kimdi tanıyan.Bir az da danladın:– Baha alıbsan.Ehtiyac görmüşdü, ona görəmi,qarışıq düşmüşdü, sevinci, qəmi.

Torpağa büründü kürk əvəzinə,yer qızındı onun od nəfəsinə.Elə bil gül əkdik məzar dibçəyə,mən daşa dönmüşdüm, o daş çiçəyə.

Özü hayıf oldu hayıf deyənin,sən getdin, nə qaldı mənə, əzizim.İnsandan savayı dünyada heç nə,heç nə hayıf olmur, heç nə əzizim!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri