Gərək
Dünyadə gözəllər dəvasın qılanDegil, ona necə yar olmaq gərək?Xülqi-xoyi mələk, sureti insanŞəkər sözlü, şirinkar olmaq gərək.
Sürahi gerdənli, Iəbləri qönçə,Sedr vaseh ola, ol beli incə.Miyanə boy ola, dalsı kənəkcəOl püstə dəhanı dar olmaq gərək.
Qırmızısı qırmızı, ağa tay ola,01 qarası qara, qaşı yay ola,Gül yanağı bədirlənmiş ay ola,Sinəsində qoşa nar olmaq gərək.
Gözləri nərgis tək şöləvar ola,Müjkanlan çöhrəsində xar ola,Alıcı tərlantək səbükbar ola,Mərifətdən xəbərdar olmaq gərək.
On beş yaşlı ola, miyanə boylu,Çox lağər olmaya, qucağa dolu,Qolu uzun, ağ əlləri hənalıSinəsi həm tazə qar olmaq gərək.
Xoş ona kim, ola bir belə yan,Heç kimin yox, men tək olubdur zan.Fəzliya, sən çağır ulu cabban,Sənə məhşər günü yar olmaq gərək.
Kitabxana.az · https://kitabxana.az/works/fezli-gerek
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Sağlam vücudda sağlam beyin, sinir bulunur,Sağlam beyində sağlam ağıl, fıkir bulunur,
DeyirKim gələrsə bu cahana lütfi-yəzdanam deyir,Pəhləvanam yer yüzündə əhli-colanam deyir
Ey xətin muyu mənə mülkü-Süleymandan ləzizEy xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.