Anan xəstəxanada,mən də başıqarışıq.Qalx, oğlum,sənə qurban,nə yatmışıq, yatmışıq.

Doqquzda, onda deyil,daha bizdən ötəri, –altıda açılacaqbu dünyanın səhəri.

Nə qədər qayğılar var,nə qədər fikir, oğlum.Bir evin min dərdinitək anan çəkir, oğlum.

Dən düşüb saçlarına,ağırlaşıb, yorulub.Onun qadın ürəyiqayğılardan yoğrulub.

Adı sığal istəyir,bəzən qadın ürəyi.Diqqətdi, mərhəmətdi,onun duzu-çörəyi.

Vaxt olub duymamışam,nazını çəkməmişəm;ona yox, özgəsinəgedib tərif demişəm.

Bayramlarda gül alıbdeməmişəm mübarək!Yaralanıb hardasao zərif, həssas ürək.

Necə qadın içindəseçilir sənin anan.Qızılgül seçiləntəkqərənfillər yanında.

Çay dəmlə, çörək bişir,süfrə aç, öyrən, oğlum.

Xəbərimiz yox imiş,evdən-eşikdən, oğlum.

Köynəyimiz ütülü,yorğan-döşək təzə-tər.Bizə xidmət eləyibo əllər, zərif əllər.

Elə istəyirəm ki,anan qayıdıb gəlsin:iki kişi bir evəbaxa bilməyib, – desin.

Elə istəyirəm ki,evə dönək, ay oğul.O danışsın, danlasın...biz sevinək, ay oğul.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri