Ağrı
Asya xanıma
"Can verən o idi, canı çıxan sən..."Məktubdan
Böyük bir alimin həyat yoldaşıtəzədən duz səpib bu yaram üstə.Deyirlər, qurumur gözünün yaşı,oxuyub ağlayır hər misram üstə.
Elə qurban olum, el saxlayandı,yıxılsan, əlindən tez tutar sənin.Təkləyib əysələr – qucaqlayandı,saymasan – el özü unudar səni.
Qanadlı bir quşdu ömür sən demə,tez sınır, bu qanad o qanad deyil.Hardasa qəm gəldi mənim şerimə,qəm də sevinc kimi mənə yad deyil.
Qəzetdə şerimi görüb bir nəfər,mənim göz yaşıma gülüb deyirlər.Şikayət eyləyib, gör nələr yazır,ölən arvadına şeirlər yazır...
Nə deyim duyğusuz yaşayan kəsə,yeyir süfrəmizdə çörəyimizdən –Gərək millət oğlu əvvəlcə qəlbənmillətin qızına heyifslənəydi!
Çəkidə yüngüldü bəlkə də almaz,torpağın varıdı, yerin qiyməti.Qadınsız kişiyə ər deyən olmaz,qadındır kişinin ər ləyaqəti.
Sənsə ağlayıbsan... o qəlbə əhsən,insanda insanı duymayan bir kəs, –ədalət naminə kömək istəsəno hər kim olsa da, rəhm edə bilməz!
Bir şeyə inandım mən bu dünyada,bu bir həqiqətdi – üzə deyilmir;Elin arxası var – şairdir o da,şair yas tutanda el dözə bilmir.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-agri
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Evdə girovdu gəlin.tərəddüdlər içində.
Mənim taleyimi yazan ayrıdıSənə neyləmişəm it cənabları,qızışıb hürürsən məni görəndə.
Çoban ƏfqanŞair dostum Şahmar Əkbərzadə soruşdu ki, Çoban Əfqan adlı adam tanıyırsanmı? Yuxuma girmişdi, dedi Nəriman məni niyə unudub? Ona şairlik ilhamı vermişəm. Eyni yuxunu altı yaşımda ikən anam görmüşdü, o da bu sözləri mənə demişdi. Nəhayət, 1955-ci ildə onun şeirlərini dillərdən toplayıb ayrıca kitab şəklində çap etdirdim. İyirminci illərdə vəfat edib. Bizim Ağstafa rayonumun Qıraq Kəsəmən kəndində yaşayıb.*Müəllif*
Deyirlər “dəyişmişəm”– Dəyişməzmi gülüm, bəsgünün altında yanan, –