– Dəyişməzmi gülüm, bəsgünün altında yanan, –suyun, selin, küləyinqabağında dayanan.Çaqqalların səsinieşidən bir pak ürək.Tülkülərin üzünütanıyan dişi pələng.Filə hürən tulalarayağa dolaşanda.Qarğa-quzğun tökülübleş üstə daraşanda.Gözüyün qabağındabir igid təklənəndə.Çəməndə gül soluxub,qanqal çiçəklənəndə.Hava bürkü, dünya dar,günəşin ziyası yox!Çalış, öldür özünü,axırda mənası yox!Mühacirin vətəni,şairin arxası yox!Cəmiyyətdə üşüyübşairlər,həyatda yox!Sürgün siyahısında,başqa siyahıda yox!Ariflər duya bilirşairləri,gəda yox!Millətin döyüş günüöndədir, arxada yox!Müttəhimlə yanaşı,taleyilə üz-üzə,Zəmanə kül üfürürindi də gözümüzə.

Hər beyində bir hava,hər ağızda bir avaz.Hakimi rüşvət alan,kərbəlası qumarbaz.Toxunulmaz adamlar,toxunulmaz maşınlar.Gədalar, feodallar,şirəyə yığışanlar!Dəyişməzmi gülüm, bəsürəyi, beyni olan –Və... şairi sevən kəs?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri