Bəxtiyar Kərimov bəstələmişdir

Bahar yelləri əssin hər səhər,yayılsın elə bizim nəğmələr.Pıçıldaşın siz, şehli yarpaqlar,sizin də öz diliniz var.

Sevinsin ürəklər,çəməndə çiçəklər,gül açsın arzular,istəklər.

Qarışsın daim ürək-ürəyə,külək mahnıya, mahnı küləyə,arzu-arzuya, gülüş sevincəqoy qarışsın dostlar, öncə.Ay yağan yağışlar,mehriban baxışlar,bir gülüş min sevinc bağışlar.

Hər bulağın öz zümzüməsi var,hər körpə quşun öz nəğməsi var.Gəl ay körpə quş, gəl sərin bulaq;nəğməmizi bir oxuyaq.Bu ellər oxusun,bülbüllər oxusun,nəğməli ürəkləroxusun...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar