Tahir Eminov bəstələmişdir

Yenə də gözlərim gözündə qalıb,gördüyüm mənaya qurban olaram,Əgər həqiqətsən, mən həqiqətə,röyasan, röyaya qurban olaram.

Söhbətin şirindi, gülüşün təzə,saldın ürəyimi eşqə, həvəsə.Sən ayaq basdığın o yola, izə,çəmənə, səhraya qurban olaram.

Çatsın hər muradın başa dünyada,bir arzun dəyməsin daşa dünyada.Bu dünya gözəldi, yaşa dünyada,sən olan dünyaya qurban olaram.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq