Heykəl
Oynayırdı, “atışırdı” iki uşaq,biri bizdən, biri “faşist”:– Taraq-ta-taq!..Döyüş yeri – gəbə üstü, xalı idi,Səngərləri – qapıların dalı idi.tüfəngəlri – xətkeş idi, qələm idi –qırmızı, ağ,güllələri-özlərinin səsi idi:– Taraq-ta-taq!..“Faşist” vurdu bizimkini,gizləndi də o, birtəhər.– Yıxıl! – dedi, yıxılmadı bizim əsgər.– Faşist vuran heykəl olur,qəhrəmandı, –deyib susdu,heykəl kimi şax dayandı.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-heykel
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim nikahımı pozdu təbiət,köklədi simləri xeyir-şər üstə.
AxtarıramSəni dəniz sahilində axtarıram,qonşularda axtarıram.
Məni təbrik eləyirlərQapı-qapı, ev-ev gəzir şerlərim,çanta-çanta, cib-cib gəzir şeirlərim.
Necə unudumDeyirlər səbr elə, birtəhər unut,O şirin səslimi necə unudum.
Başqa şairlərin şeirləri
Nə vaxt bir-birinə can-can dedilər,Harda tapışdılar, kim bilir onlar.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Bu çöldə, bacı, möhnəti-hicran sənin olsunBu çöldə, bacı, möhnəti-hicran sənin olsun,Ağlar göz ilə zülfi-pərişan sənin olsun.
Gəraylı: Bir qiya baxışlı yardanBir qiya baxışlı yardanCüda olmaq nə mümkündür,