Deyirlər səbr elə, birtəhər unut,O şirin səslimi necə unudum.Yaş ötüb, ömrümün payız vaxtıdı,İlk bahar fəslimi necə unudum.

Həyatdan köçəli yuxuya dönüb,bir az bayatıya, ağıya dönüb,Tamam hissə dönüb, duyğuya dönüb,duyğumu, hissimi necə unudum.

Məhəbbət, ailə əyləncə deyil,bir ömür sürmüşəm, bir gecə deyil.Mən necə unudum, bu, məncə deyil,əslimi, nəslimi necə unudum.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar