Mənə elə gəlir
Sevda İbrahimova bəstələmişdir
Mənə elə gəlir görüşəcəyik,uzun sürməyəcək bu həsrət, bu qəm.Sonra təəssüflə gülüşəcəyik,sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, mənim çiçəyim,gedər küsümüz də bir dəfə görsəm.Genişdir, böyükdür sənin ürəyin,sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, haraya getsəngözündə, könlündə yalnız tək mənəm.Sən məni unuda bilməyəcəksən,sənə necə gəlir... onu bilmirəm.
Mənə elə gəlir, yaşamaq olmaz,günəşsiz, havasız-belədir aləm.Həmdəmsiz çətindi... söz çox, ömür az,sənə necə gəlir... onu bilmirəm.
Kitabxana.az · https://kitabxana.az/works/neriman-hesenzade-mene-ele-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Evdə bir ocağın odu-közüydük,soyuyub əzəlki isti yerimiz.
Mənim nikahımı pozdu təbiətMənim nikahımı pozdu təbiət,köklədi simləri xeyir-şər üstə.
AxtarıramSəni dəniz sahilində axtarıram,qonşularda axtarıram.
Məni təbrik eləyirlərQapı-qapı, ev-ev gəzir şerlərim,çanta-çanta, cib-cib gəzir şeirlərim.