Sənə neyləmişəm it cənabları,qızışıb hürürsən məni görəndə.Sən ki, tanıyırsan yazıçıları,bu köhnə binada oluram mən də.

Azadlıq yolunda mən can qoymuşam,Onsuz da danışıb dinmirəm, ay it.Niyə sən rahatsan, hürürsən müdam,Mən rahat yaşaya bilmirəm, ay it.

Bilirəm, heç kimi oxumamısan,bir həyat sürürsən həyətdə sakit.Mənim də şerimi oxumamısan,axı, it dilində yazmıram, ay it.

Sənin nəzərində yəqin adiyəm,sənin tərəzində mizan ayrıdı.Mən diri Cavidəm, diri Hadiyəm,mənim taleyimi yazan ayrıdı.

Hür, hür qoy açılsın bir az nəfəsin,hür, qana batınca o diş, o ağız.İnsan it cildinə gərək girməsin,biri var, necə də oxşayırsınız.

Burda mən dözürəm, orda din, Allah,dilimdə saitlər samitə dönür.Mənə nə verdinsə, sən verdin Allah,niyə bəndələrin bəs itə dönür?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri