Uzaq Afinada, qədim zamanlar,Perikl adlanan böyük hökmdar,böyük bir sərkərdə ömr eləyibdi,o, bütün dünyaya əmr eləyibdi.Bir yol gülməyibdi deyirlər, üzü,Nə toya gedibdi, nə yasa bir gün.Ən ağır zülümü çəkibdi özü,

onu təqib edib bu cəza hər gün.Həyata səsləyib onun sərtliyi,bir ölkə qızıldan başmaq geyibdi.Elin gərginliyi, səfərbərliyiqorxub ki, azala, –o gülməyibdi.Ağsaçlı tarixin dediyi budur,nə ad istəyibdi, o nə bir əvəz.Ən ağır cəzanı çəkməli olur,özünü xalqına həsr eləyən kəs.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən