Vətənimdir vətənimdir vətənimdir vətənim
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.
Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.
Daş dələr ahim oxu, şəhdi-ləbin şövqündən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim?
Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.
Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.
Bülbülü-qəmzədəyəm, baği baharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, və tənimdir vətənim!
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-penbeyi-dagi-cunun-icre-nihandir-bedenim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Dün könül dildarə şərhi-qəmi-pünhan etdi,Cəm ikən, könlünü bir parə pərişan etdi.
Dürdvəş sərgəşteyi-camü xərabi-badəyəmDürdvəş sərgəşteyi-camü xərabi-badəyəm,Etibarım yox, ayaq toprağı bir üftadəyəm.
Dürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfzDürcdür ləli-rəvanbəxşin, düri-şəhvar ləfz,Dürcdən dürlər tökərsən eyləsən izhar ləfz.
Ey bivəfa ki, adət olubdur cəfa sanaEy bivəfa ki, adət olubdur cəfa sana,Billah cəfadır, olma demək bivəfa sana.
Başqa şairlərin şeirləri · Eşq
— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sənEy şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.