Çığalı müxəmməs: Ey şux mənim yar, vəfadar imsən sən
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,Bu şivədə çün yar, dilazar imsən sən,Bir zalimi-biirəhm, cəfakar imsən sən,Ey afəti-dövran,Ey xosrovi-xuban,Canım sənə qurban,Ey dərdimə dərman,Bişübhə mənim eşqdə dildar imsən sən
Hər baxışı bir ahu, mənim canım alıbdır,Şəfqət nəzəri könlümü sevdaya salıbdır,Hayva kimi hicr içrə burnum saralıbdır,Qəm çəkə-çəkə dəxi gözüm yolda qalıbdır,Ey talei-bərbad,Mən əmrinə münqad,Fəryad ki fəryad,Elə məni azad,Ey qaşı hilal yar, kamandar imsən sən
Bəsdir bu qədər cövrü cəfalar sənə qurban,Seyr ilə sürüb zövqü səfalar sənə qurban,Mən görməmişəm səndə vəfalar sənə qurban,Gəl dərdimə qıl bircə şəfalar sənə qurban,Güldür məni hər dəm,Et dərdimə mərhəm,Ey sirrimə məhrəm,Sultani-mükərrəm,Nazik bədəni yeni yetən nar imsən sən
Canım üzülüb, hay elə dövranın əlində,Ey çərxi-fələk, qalmışam hicranın əlində,Ömrüm tükənib bir belə cananın əlində,Bir zalimi-bidad can alanın əlində,Ey yasəmən gül,Gəl, elə təhəmmül,Manəndeyi-bülbül,Zülfün ucu sünbül,Gözüm açıbın görməyə didar imsən sən
Zülfün görüb nərgis sünbül xəcil oldu,Lalə ruxuna baxdı o dəm gül xəcil oldu,Bu narin olan səvtinə bülbül xəcil oldu,Şad olmayıbın hicrinə bu dil xəcil oldu,Ey mahir kamil,Ey mahə müqabil,Qılma məni zail,Ol sən buna qail,Abdullam ol valeh qəmxar imsən sən
Kitabxana.az · https://kitabxana.az/works/cadirli-abdulla-efendi-cigali-muxemmes-ey-sux-menim-yar-vefadar-imsen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Salam olsun sənə, ey Hacı Kərim,Gözəllərin gözü xun-fişan oldu,
GülEy gözəl, ülki əsl-fəsl babın gəldi gül,Ol ənasir xak, badın, atəş, abın gəldi gül,
Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağNə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Başqa şairlərin şeirləri · Eşq
Mehrini əğyarə saldın, böylə bilməzdim səni.
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
GörməzmiBunca zülmdür mənə eylərsən,Adəm məgər heç insafa gəlməzmi.
Gətirdi nəşeyi-mey, saqiya, nə şurə məniGətirdi nəşeyi-mey, saqiya, nə şurə məni,Ki, şövqi-arizi-canan çəkib hüzurə məni.