Təcnisi-münşəibə: Nə ziyadə xəzrati ha budağ
Nə ziyadə xəzrati ha budağ,Sərvcismim ayrıbdı ha budağ,Məni görüb nə qaçarsan ha budağ,Sinəsi, gərdəni, ruyi ha budağ,Məşabihi zülm olundu ha belə,Varmı bunun bir sıhhəti naçarə,Bu məqamda nə təkllər acanan,Dad eylərəm mən də vay aman harayı
Bundan əqdəm həzrətinə hayandım,İndi düşüb atəşinə hayandım,Qəbul elə şəhadətim hayandım,Təşnə idim, onda biryan hayandım,O zamanda səni dilbər hayandım,Cəfa əlindən əlim oldu ha belə,On səkkiz min aləmlərə naçarə,Varmı görək otuz ildən acanan,Dad eylərəm mən də vay aman harayı
A nazin saz sinəmin neyi var,Tirxar muğilanda neyi var,Bu fanada kimin oldu neyi var,Müxalifin dəxi bizdə neyi var,Səg rəqibin o məkanda neyi var,Kim diriltdi bunu bari ha belə,Nə yamandı car evlə nə naçarə,Cövr elədi sənə bunda acanan,Dad eylərəm mən də vay aman harayı
Bivəfanı bivəfayə cümnə,Biiqrarın özü nədi cümnə,Mey verilməz hər nakəsin cümnə,Hər çəndki yetişməzlər cümnə,Lənət olsun zəvalimin cümnə,Cəvabir dirsal məhd yenə ha belə,Yar qatlanə bilqa dəbiyə naçarə,Mübaliğə dil sənindir acanan,Dad eylərəm mən də vay aman harayı
Çərxi-fələk üstümüzə qəmələr,Yar yoluna ha tökülmüş qəmələr,Könül quşu bu qəfəsdə qəmələr,Məsləhətə mönüs ola qəmələr,Ay filanı nədir bu qəmqəmələr,Abdullanın işi oldu ha belə,Ey mudəbbir bu siyaqə naçarə,Aman oldum, insafa gəl, acanan,Dad eylərəm mən də vay aman harayı
Kitabxana.az · https://kitabxana.az/works/cadirli-abdulla-efendi-tecnisi-munseibe-ne-ziyade-xezrati-ha-budag
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey şux mənim yar, vəfadar imsən sən,Dil gülşəni, həm qönçeyi-gülzar imsən sən,
Həcvi-məlih: Ola bərbad görüm belə yava dövranıOla bərbad görüm belə yava dövranı,Bəlkə bundan da yaman ola onun payanı
Yar oldunBaşına döndüyüm xubların şahı,Bir di görüm indi kimə yar oldun,
Çay dəstgahıÇün nəsimi-səhəri-sübh, dili-heyrani,Et nəzər, gör necə təhrik qılıb dəryani,