Dün könül dildarə şərhi-qəmi-pünhan etdi
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Dün könül dildarə şərhi-qəmi-pünhan etdi,
Cəm ikən, könlünü bir parə pərişan etdi.
Yer tutam, derdi könül, nalə ilə kuyində,
Yetmədi bir yerə hər necə ki, əfğan etdi.
Vədə verdi ciyərim qanın içə müjganın,
İntizar ilə bu həsrət ciyərim qan etdi.
Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb,
Hər birin bir hədəfi-navəki-müjgan etdi.
Qıldı mehrabə qaşın fikri fəqihi mail,
Gör necə kafiri, ol vəz, müsəlman etdi.
Görəyin çox yaşasın didə ki, mərdümlük edib,
Qəm hücumində məni əşk ilə pünhan etdi.
Ey əcəl, can təməin qılma Füzulidən kim,
Bir kəmanəbruyə çoxdan onu qurban etdi.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-dun-konul-dildare-serhi-qemi-punhan-etdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İlahi, bu kəmali-inayətindən şərəfi-ixtitama müvəffəq olan nüsxeyi-nami vənəvali-atifətündən səadəti-itmam bulan bu səhifeyigiramidə ibtidadan
İkinci bab. Həzrəti-Rəsulun Qüreyşdən çəkdigi bəlaləri bəyan edərHəzrəti-Sultani-bargahi-risalət və nazimi-kargahi-şəriət, gövhəri-gənci-neyi-əsrari-hikmət, gülbüni-hədiqeyi-rəhmət dəri-xəzaneyinəsihət açub və dürcilə’lindən
Fəsli-şəhadəti-CəfərÜçüncü şəhid Əhli-Beytdən Cə’fəri-Təyyardır. Rəvayətdir ki, Cə’fər cəm’i-səhabəilə Həbəşə canibinə hicrət etdikdə Nəcaşi əleyhir-rəhmə anın irşadilə
Fəsli-şəhadəti-ÜbeydəƏmma Həmzənin şəhadəti bu vəchlədür ki, məsafi-Bədrdən sonra küffarləşkəri cəm’ edüb, üç bin müsəlləh və mürəttəb kafir Mədinəyə təvəccöh qıldılar.
Başqa şairlərin şeirləri · Hicran
در طور عدم گشتن من وصل تو موجود
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldımO gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
AğlaramEy cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Yarəb, nə nur imiş ki, məni yaxdı narınaYarəb, nə nur imiş ki, məni yaxdı narına,Yarəb, nə zat imiş ki, məni çəkdi darına?