Əmma Həmzənin şəhadəti bu vəchlədür ki, məsafi-Bədrdən sonra küffarləşkəri cəm’ edüb, üç bin müsəlləh və mürəttəb kafir Mədinəyə təvəccöh qıldılar.Və Uhud deməklə mə’ruf mənzilə yetdikdə Həzrəti-Risalət dəxi yeddi yüzmühacir və ənsarla onlara müqabil durub, bir növ’lə səf bağladı ki, kuhi-Uhudqəfadə və Mədinə müqabildə və kuhi-Ayn canibi-yəsarda vaqe’ olub və kuhi-Aynın bir şikafı olub, kəmingah olmağa qabil olmağın Həzrəti-RəsulƏbdullahi Həbibi əlli kəmandarla anın hifzinə mə’mur etdi və müqərrər qıldı ki,əgər ləşkəri-İslam qalib və əgər məğlub olsa, anlar ol şikafdan inhiraf etməyələrvə ol rəxnədən bir qeyr canibə getməyələr. İki canibdən atəşi-cidal işti’albulduqda və bazari-müharibə gərm olduqda, cəmaəti-Qüreyşdən Təlhə bin ƏbiTəlhə meydana gəlüb, Əli İbn Əbi Talib əlində həlak oldu və fərzəndi mübaşirihərbolub Həmzə əlindən təcərrö’i-şərbəti-fəna qıldı. Əlqissə, əbvabi-zəfərləşkəri-İslama məftuh olub, ləşkəri-küffar inhilal və ixtilal bulmağın ələmlərinigunsar olub mütəfərriq olduqda, ləşkəri-İslam qənaim dutmaqdə fürsətiqənimət bilüb, nəhbü qarətə təvəccöh qıldılar. Və rəxneyi-kuh müstəhfizləri olhalı görüb biixtiyar mənzillərindən münhərif olub, Əbdullah mən’ etdikcə qabilolmayub qarətə mütəvəccih olmağın küffar ol məmərri xali görüb və ləşkəriqarətə məşğul bulub, ol məmərrə mütəvəccih olub, Əbdullahı bə’zi əshabla şəhidedüb, ləşkər əqəbindən çıxub həmlə qıldılar. Lacərəm əsəri-müxalifəti-HəzrətiRəsul mövcibi-təfriqeyi-ləşkər olub, küffar təğəllüb edüb, ləşkəriİslam üçqism oldu. Bir qismi Mədinə canibinə fərar etdi və bir qismi Əli və Sə’d vəTəlhə kibi Həzrəti-Rəsul mülazimətində qaldı və bir qismi dərəceyi-şəhadətbuldu. “Rövzətül-əhbab”da məsturdur ki, ləşkəri-İslam həzimət edüb Həzrəti-Rəsulu tənha buraxdıqda ol Həzrət Əlidən qeyri xidmətində görməyüb ayıtdı:“Ya Əli, sən nişə sair cəmaətə mülhəq olmadın?” Həzrəti-Murtəza Əli ayıtdı:“Ya Rəsulullah, “İnnə li bikə usvətun”. Şe’r:

Bir bəndəyəm ki, ruzi-əzəldən müti’ olub,Tövqi-vəfayi-əhdinə çəkmiş qəza bəni.Nəqdi-həyatım eyləmişəm nəzri-ta’ətün,Haşa ki, səndən eyləyə dövran cüda bəni.

Nagah cəm’i-mü’anidlər ol Həzrətə mütəvəccih oldular. Həzrət ayıtdı: “YaƏli, bu cəm’i pərişan eylə”. Murtəza Əli ol cəm’i pərişan və mütəfərriq qılub,əksərini Maliki-nirana tapşurdı. Ol halətdə Cəbrail nazil olub ayıtdı: “YaRəsulullah, kəmali-müxalisətdir bu ki, Əlidən zühura gəldi”. Həzrəti-Rəsulayıtdı: “Bəla, innəhu minni və ənə minhu”. Cəbrail ayıtdı: “Və ənə minkuma”.

Rəvayətdir ki, mənzumeyi-“La fəta illa Əli la səyfə illa Zülfiqar” hatifi-qeybdənol gün sadir oldu. Ərbabi-həqaiq və əshabi-mə’arifə mühəqqəqdir ki,səbəbi-e’tilayi-rütbeyi-Murtəza ittiba’i-Həzrəti-Mustəfadır və ə’zəmi-mö’cizati-Nəbi vilayəti-Murtəzadır. Şe’r:

Təkmili-Murtəzaya səbəb qılsalar sual,İqbali-ittiba’i-şəhi-ənbiya yetər.Həqqiyyəti-Rəsula dəlil etsələr tələb,Töv’ü itaəti-Əliyyi-Murtəza yetər.

Rəvayətdir ki, küffardan dörd mü’anid əhd etdilər ki, Həzrəti-Rəsula birzərbət yetürələr və yer yüzündən İslam asarın götürələr. Biri İbn Şihab və biriİbn Qimmə və biri İbn Hümeyd və biri İbn Əbi Vəqqas. Əlqissə, əşrar qələbəedüb əbrar məğlub olduqda fürsət bulub İbni-Qimmə Həzrəti-Rəsulun cəbinimübarəklərinki, mətlə’iafitabi- sidqü səfadır, səngi-cəfa ilə məcruh edüb, olcərahətdən cari olan xunabəyi Həzrət pak edüb derdi ki, əgər bir qətrə bu qandanruyizəminə tökülsə, bəlayi-asiman nüzul qıla. Və İbn Şihab bazuyişəriflərin ki,pənceyi-tabi-dəsti-təğəllübi-küffar idi, navəki-bidadla zəxmnak edüb və ƏbiVəqqas ləbi-ruhəfzalərin ki, Məsihi-ehyayimərasimi- din və maddeyi-həyatişər’i-mübin idi, xəstə qılub onun əsərindən dəndani-rübaiyyələri şikəst buldu.Şe’r:

Lə’li-nabü dürri-siraba həcər versə şikəst,Sanma kim, arta həcər qədri, dürü lə’l ola pəst.

Və İbn Hümeydi-həramzadə ol Həzrəti cərahətlərə məşğul görüb, şəmşiriabdarhəvalə qılub, Həzrət ol zərbdən ehtiyat edüb bir məğaka mütəhəssinolduqda rüxsari-aləmaraları ki, mənzuri-ənzari-əhbab idi, nəzərdən qayibolmağın İbn Hümeydi-məl’un təsəvvür etdti ki, xurşidi-asimani-şər’ üfüqisəadətdənnihan oldu və şəm’i-şəbistanirisalət intifa buldu. Mübahat edübfəryada gəldi ki: “Sahibi-dəviyirisalət əmrin təmam etdim. “İblis ol məl’ununmürafiqətilə nida qıldı ki: “Əla innə Mühəmmədən qəd qutilə”.

Rəvayətdir ki, avazi-İblis Mədinəyə yetüb dost və düşmən arasında şiya’bulub, firqeyi-əhbab məhzun və zümreyi-ə’da məsrur oldu. Əmma əndəkzəmandan sonra Həzrəti-Rəsul ol məğakdan çıxub, səhabəyə mülhəq olub və buğəzvədə Həzrəti-Həmzə şəhadət buldu. Və keyfiyyəti-şəhadəti budur ki, Cübeyrbin Müt’im ki, əkbəriə’yani- Məkkə idi, Həbəşi nam bir məmluku olub, qayətdəmübariz idi. Bir gün dedi: “Ey qulam, məsafi-Bədrdə bənim əmmim məqtulolubdur və Məhəmmədin iki əmmi var; biri Həmzə və biri Əbbas. Və ƏbbasMəkkədədir və Həmzə Mədinədədir. Bu iki kimsənədən birin qətl edə bilsən vəəmmim intiqamın alsan, səni malımdan azad edərəm”.

Həbəşiyi-məl’un Həmzə qətlin qəbul edüb həmvarə mütərəssidi-fürsət idi. VəHind ki, mənkuhəyi-Əbu Sufyan idi, anın atası dəxi Bədr məsafında məqtul olub,xatirində bu küdurət mütəməkkin idi: ol dəxi Həbəşinün əzmin mə’lum edüb,mü’əkkidi-fəsad olub ənvaiməvaidlə ol məl’unu təhris etdi. Və səbiyyeyi-Harisbin Amir dəxi ayıtdı: “Ey Həbəşi, bənim atam və qarındaşım məsafi-Bədrləmüsəlmanlar əlində qətl oldular, əgər sən Məhəmmədi, ya Həmzəyi, ya Əliniqətl edəcək olsan, səni mal ilə biniyaz edərəm”. Şe’r:

Təmə’dir səri-fitneyi-ruzigar,Təmə’dir qılan izzət əhlini-xar.Nihali-təmə’ meyvəsidir fəsad,Bəhari-təmə’ səbzəsidir inad.Təmə’ dideyi-danişi kur edər,Rüxi-şahidi-feyzi məstur edər.

Həbəşi ayıtdı: “Məhəmməd qətlinə qadir degiləm, zira səhabə anınmühafizətinə yekcəhətdürlər və Həmzə qətlinə dəxi iqdam edəbilməzəm, zira ol pəhləvani-sahib-səlabətdür. Əmma Əli növrəsidədir, hənuzəhvali-məsafa vaqif degil. Mümkündür ki, qətlinə fürsət bulam və ana qalibolam”.

Əlqissə, ol əzimətlə Həbəşiyi-həramzadə müntəziri-fürsət idi ol vəqtədək ki,ğəzayi-Uhud vaqe’ olub, nirani-müharibə işti’al buldu. Müqəddəmən Həzrəti-Əliqəsdin qılub gördü ki, şahbazi-ovci-LaFəta qüraba seyd olmaz və şiri-bişeyi-HəlƏtayahər şəğal nüsrət bulmaz. Andan təcavüz edüb Həmzə qəsdinə düşdü vəHəmzə adətimə’hud üzərinə iki şəmşirlə məsaf edüb, hər canibə həmlə qılubsüfufi-ə’dayi çak edərkən mərkəb bir nahəmvar yerdə i’tişar bulub, ayaqdandüşüb, kəndi piyadə qalub, bə’zi ə’zasından zireh dur olmağın Həbəşiyihəramzadəfürsət bulub ana bir zərbi-nizə yetürdi ki, bir tərəfdən bir tərəfinəgüzar etdi. Filhal kəlimeyi-şəhadət deyüb, nəqdi-rəvan xazini-cinana təslim etdi.Şe’r:

Ol şəhənşahi-əzimüş-şə’nə həngami-əcəl,Tiği-düşmən oldu miftahi-dəri darüssəlam.Çehreyi-iqbalinə açıldı əbvabi-nəcat,Dustdan istərdi, düşməndən müyəssər oldu kam.

Və bə’zi bədbəxtlər anın dəxi hərbə ilə sinəsin çak edüb, cigərin parə-parəçıxarub Hindi-cigərxara hədiyyə ilətdilər. Və Hindi-bidövlət anın cigərin yeyübvə Həbəşiyə afərinlər oxuyub ehsanlar etdi.

Rəvayətdir ki, ləşkəri-İslam mütəfərriq olan halətdə Həzrəti-Fatiməhüzurunda olan xəvatin ilə mütərəssidi-əxbari-Rəsul ikən bir sipahi Həzrəti-Rəsulun fövtündən xəbər verüb, Həzrəti-Fatimə ol xəbərdən bihuş olub kəndüyəgəldikdə biixtiyar Mədinə dərvazasından çıxub Ayişə və Səfiyyə və Həfsə vəbə’zi müxəddərati-həramsərayi-ismət dəxi ittifaq edüb və Uhud dağına təvəccöhetdilər və hiddəti-fəryadü fəğanla lalələr kibi giribanların çak edüb, çeşmələr kibididələr nəmnak qıldılar.

Əlqissə, Fatimə bir növhə bünyad qıldı ki, sədasından Uhud dağı mütəzəlziloldu. Şe’r:

Buraxdı kuha səda naləvü fəğanı anın,Axıtdı çeşmə yaşın çeşmi-xunfəşanı anın.

Əsəri-müsibət ə’zayi-lətifindən qüvvəti-rəftar alub, qayətdə bitaqət olub,sayəvar ol afitabi-övci-ismət bir kühən divara təkyə qıldıvə ətrafında olan bir salihəyə təzərrö’ qıldı ki, ol rəzmgaha rəvan olub Həzrəti-Rəsuldan bir xəbər gətürə. Ol salehə rəvan olub rəzmgaha yetdikdə güzarışəhidlər üzərinə düşüb, qarındaşın məqtul görüb, iltifat etməyüb sür’ətlə andankeçdikcə oğlun dəxi gördü bir zəxmlə ağuşteyi-xakü xun düşmüş. Həyatından birrəməq baqi olub, təzərrö’ etdi ki: “Ey madəri-mehriban, axır nəfəsdir, fərzəndimüstəməndinisəadəti-didarla müşərrəf qıl”. Ol salehə ayıtdı: “Ey fərzənd, əgərçiatəşi-fəraqın cigərsuz və navəki-hicranın dilduzdur, əmma nedim, Həzrəti-Fatimə müntəziri-müraciətİmdir, sənə məşğul ola bilmən, mə’zur dut”. Andandəxi bu üzrlə ötüb mə’rəkeyi-qitala qədəm basdıqda ol məcalda yetdi ki, Həzrəti-Rəsul məğakdan çıxub sayeyiələmdən qərar dutmuşdu; pabusi-şərifinə müşərrəfolub, sitayişlər qılub, ayıtdı. Şe’r:

Ey çiraği-xaneyi-şər’ü güli-gülzari-din,Məlcəül-afaq, xeyrül-xəlq, fəxrül-aləmin.Nuri-rə’yindən münəvvər dideyi-xurşidü mah,Xaki-payindən müzəyyən səfheyi-ruyi-zəmin.

Təfsil ilə Fatimə əhvalın ərz edüb, iştiyaqın şərh qılub səlamın yetürdi.Həzrəti-Rəsul ayıtdı: “Ey məsturə, müraciət qılub, Fatiməyə həyatımdan bəşarətyetür və anı bənim hüzuruma gətür”. Ol məsturə Həzrəti-Fatiməyə Seyyidi-Kainatdan bəşarət yetirub Həzrəti-Fatimə müztəribhal, üftanü xizan ol rəzmgahayetdükdə Həzrəti-Rəsul istiqbal edüb ona təsəlliyi-xatir verüb, Həzrəti-Xatuni-Qiyamət ayıtdı: “Ey pedəri-büzürgvar, bu övrətə şükranə qəbul etmişəm”.Həzrəti-Rəsul ayıtdı: “Ey məsturə, muradun nədür?” Ol övrət ayıtdı:“Təvəqqö’üm budur ki, ərseyi-qiyamətdə bana və evladıma şəfi’ olasan”.Həzrəti-Rəsul təvəqqö’ün qəbul edüb və ol övrət rüxsət alub şəhidlərinin üzərinəgetdikdən sonra Həzrəti-Rəsul ayıtdı: “Aya, Həmzəyə nə vaqe’ oldu ola ki,andan əsər görülməz?” Həzrəti-Rəsula Əli Həmzə şəhadətindən xəbər verdi.Şe’r:

Nə xəbərdir bu ki, xunabə tökər müjgandan,Səbr alur cani-həzinü dili-sərgərdandan.

Həzrəti-Rəsul səhabə ilə Həmzənin üzərinə gəlüb, ə’zayi-parəparəsin görübnalələr çəkdi, növhələr qıldı və qayətdə mütəəssir vəmütəəllim oldu. Zira əmmi-büzürgvar və bəradəri-rəza’i olub, hini-də’vəti-nübüvvətdəhəvadarı idi. Bu halətə müqarin Səfiyyə ki, Həmzənin həmşirəsi idi,hazır olub, Həzrəti-Rəsul anı görüb oğluna ayıtdı: “Validəni bir tədbirləgəlməkdən mən’ edəgör ki, qarındaşın bu halla görməyə”. Ol məxdumzadəanasına istiqbal edüb ayıtdı: “Ey valideyi-möhtərəmə, Həzrəti-Rəsulun rizasısənin müraciətündədir”. Səfiyyə ayıtdı: “Ey fərzənd, istima’ etmişəm ki, Həmzəşəhadət bulubdur və yəqin ki, bu müsibət rizayi-Xuda və Rəsul üçündür,təvəqqö’üm budur ki, bana dəxi tə’ziyətindən və müşahidəsindən bir səvabmüyəssər ola”. Həzrəti-Rəsul ol məzlumənin kəmali-himmətin və hüsni-ixlasınmülahizə qılub və rüxsəti-mülaqat verüb, ittifaqla əzasinə iştiğal etdilər. Həm olsaətdə Cəbrail gəlüb bəşarət gətirdi ki, Həmzənin səfheyi-asimanda ismiƏsədullah və Əsədür-Rəsul yazıldı.

Rəvayətdir ki, Həzrəti-Rəsul Həmzənin cənazəsi üzərinə nəmaz etdikdəyetmiş nəfər şəhidin cənazəsin hazır edüb, bir-bir üzərlərinə nəmaz etdikcə anıncənazəsin götürməyüb yetmiş kərrə üzərinə nəmaz qıldı. Nurül-Əimmeyi-Xarəzmidən nəqldir ki, Həmzə ikinci şəhiddir Əhli-Beytdən və Hüseyni-məzlumxatimüş-şühədadır. Və HəzrətiRəsul buyurmuş ki, Kərbəlada Hüseynlə yetmişnəfər mücahid şəhid ola və anların üzərinə nəmaz qılmağa bir mö’min hazırolmaya, bənim Həmzə üzərinə yetmiş kərrə nəmaz etdigimin biri Həmzəüçündür və tətimməsi ol şəhidlər üçündür. Rəvayətdir ki, bir şəhid darül-hərbdəayaqdan düşdüyü zəmandə hurul-eyn istiqbala gəlüb, onunla müsafihə qılur.Əlqissə, Həzrəti-Rəsul buyurdu ki, Həmzəyi cameyi-xunaludla dəfn edələr. Vədarül-hərbi-Uhuddan müraciət edüb Mədinəyə gəldükdə hər canibdən şühədayi-Uhud üçün giryə istima’ edüb, Həmzə sərayindən növhə istima’ etməyüb,Həzrəti-Rəsul buyurdu ki: “Həmzənin bu şəhrdə əhli yoxdur ’əzasin dutmağa”.Məşhurdur ki, iki vəqt iki tayifəyə həsrət müstəvli olur: Sabah olduqda hərfərzənd ki, validəsinin kənarından durub şəfqətlər və mehribanlıqlar görür,yetimləri bikəslik atəşi yaxar; hər şam olduqda hər kim kəndü mənzilinəmütəvəccih olur, qərib olanların xatirini sərasiməlik möhnəti yaxar. Nəqldir ki,Peyğəmbər Mələkülmövtdən sual etdi ki: “Ey xazini-nüqudi-ərvah, buncacigərlər ki, dağimüfariqətlə yaxarsan və bunca xanimanlar ki, əcəl seylabı iləyıxarsan, aya, heç kimsənəyə rəhmin gəlürmi?” Mələkülmövt ayıtdı: “Tərəhhümnəqşin səhifeyi-xatirimdən Həzrəti-İzəd rəf’ etmişdir.

Əmma bu halla qəriblərin və yetimlərin halına rəhmim gəlür, zira istirdadiəmanətzəmanı biri pedər və madər yad edüb abi-həsrət dideyi-qəmdidədən tökərvə biri yarü diyari fəraqindən ahi-həsrət çəkər”. Şe’r:

Seyli-əşki-yetimü ahi-qəribMövc urub şö’lə çəksə şamü səhər,Qətrəsi səfheyi-zəmini dutub,Şö’ləsi asimana edə əsər.

Rəvayətdir ki, cəmi’i-mühacir və ənsarın övratinə hökm oldu ki, Həmzəninsərayinə cəm’ olub kəndü şəhidlərinün ’əzasın anda dutalar. Və Həzrəti-Rəsulmühacir və ənsarın ol fe’llərindən qayətdə xoşnud olub dua qıldı.

Ey əzizlər, mülahizə qılın ki, Həzrəti-Rəsul Həmzənin bikəsliginə rəhmetdiyi yerdə Kərbəlada Hüseynlə bunca övladı şəhid olub, matəmlərin dutmağakimsənə olmadığı əcəldən əgər müqəddər olsa və anun rizası üçün cəmi’i-məxluqati-zəminü asiman ’əza dutsa qəribü əcib olmaz. İmam Mühyis Sünnə“Məalimüt-tənzil”də nəql etmiş ki: “Vaqieyi-Kərbəladan müqəddəm hümreyi-şəfəqyox idi, ol vaqiədən sonra zahir oldu. Şe’r:

Sanma kim, gülgun şəfəqdəndir sipehri-bivəfa,Daməni-dövranı dutmuş xuni-Ali-Mustafa.

“Şəvahidün-nübüvvə”də məsturdur ki, Əbdülməlik Mərvan məclisində birgün vaqieyi-Kərbəla zikr olunurdu, Züheyri hazır idi, nəql etdi ki: “Ol günhəvaliyi-məscidi-Əqsada heç səngrizə yerindən götürmədilər ki, onun altında birqətrə qan görmədilər”. Və “ÜyunürRiza” da məzkurdur Əli bin Musa-Rizadanki, buyurmuş: “Cəddim Hüseyn şəhid olduqda asiman xunbar olub, həqqa ki, yüzbin firişteyi-Rəhman anın intiqamın almağa əflakdan mənkəzi-xaka endilər,əmma rüxsət bulmadılar və hala Rövzeyi-mübarək üzərində muyi-jülidə və ruyi-xəraşidə ilə’əzasinə məşğuldurlar. Şe’r:

Kərbəla dəştində şahi-Kərbəlanın halına,İttifaqi-amm olub məcmu’i-aləm ağladı.Payeyi-ərşi-mü’əllada töküb Cibril əşk,Rövzeyi-rizvanda ruhi-Nuhü Adəm ağladı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə