ما را هلاک غمزه خونریز کرده ایتیغی عجب بکشتن من تیز کرده ای

Bizi qəmzənlə, ey zalım, həlak etdin, yaman etdin,Çəkib xəncər yazıq aşiqlərə, sən qəsdi-can etdin.

آزرده از جفای رقیب تو کی شومچون فهم کرده ام که تو انگیز کرده ای

Cəfasından rəqibin olmaram rəncidə, ey canan,Onu zülm etməyə məcbur özün, ey canalan, etdin.

شد تازه داغ شوق تو تا باغ حسن راآراسته بسبزه تو خیز کرده ای

Könüldə şövqi-dağı tazələndi, hüsn bağındaYeni gül açdı, ol bağə məni sən bağiban etdin.

دل را نمی رسد ز فرح پای بر زمینتا بسته اش بزلف دلاویز کرده ای

Yerə dəyməz ayağı könlümün bir an sevincindən,Kəməndi-zülfünə saldın onu, sən şadiman etdin.

جانم فدای طور تو باد ای امید وصلکاندوه هجر را طرب آمیز کرده ای

Mənə hicran dəmində yar olan, ey vəslin ümmidi,Sənə canım fəda, qəlbim evini aşiyan etdin.

ای دل باهل زهد نداری ارادتیزین ناکسان خوش است که پرهیز کرده ای

Könül, zahidlərə səndə inam yoxdur əzəl gündən,Nə yaxşı oldu, öz ikrahını indi əyan etdin.

Məqtə — şairin təxəllüsü olan son beyt. بغداد را نخواست فضولی مگر دلتکآهنگ عیش خانه تبریز کرده ای

Məqtə — şairin təxəllüsü olan son beyt. Füzuli, yoxsa bir zindan göründü könlünə BağdadKi, işrətxaneyi-Təbriz şövqilə fəğan etdin?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq