با منی اما چه حاصل سوی من مایل نهای
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
با منی اما چه حاصل سوی من مایل نهایدر دلی اما چه سود آگه ز حال دل نهای
Mənləsən, ah, mənə, heyf, deyilsən mail,Olmusan dildə ikən dəri-dilimdən qafil.
تو بدان مایل که بر من هر زمان جوری کنیمن بدین خوش دل که از من یک زمان غافل نهای
Mənə cövr eyləməyə mail olubsan hər an,Çox şadam, barı belə məqsədə ollam nail.
خوب میدانی طریق کشتن عشاق راگرچه طفلی از فن عاشقکشی جاهل نهای
Çox məharətlisən aşiqləri öldürmək ilə,Uşaq olsan da, deyilsən bu işində cahil.
نخل امیدم نمییابد ز تو نشو و نمامیشود معلوم کز نوری ز آب و گل نهای
Sənlə ümmid ağacım tapmadı heç nəşvü nüma,Görünür, nur yaratmış səni, nə ab ilə gil.
نیست حسن التفات گلرخان از کس دریغای که محرومی ازین دولت مگر قابل نهای
Nazəninlər hamıya lütf eləyər, bəs nə üçünBöylə bir dövlətə sən, söylə, deyilsən qabil?
ای که در ملک جهان یار اقامت مینهیغالبا آگه ز آفتهای این منزل نهای
Ey iqamət eyləyən böylə cahan mülkündə,Bilməyirsən nə bəlalər törədir bu mənzil.
Məqtə — şairin təxəllüsü olan son beyt. بر جنونم میزنی هردم فضولی طعنههاگرچه میرنجم چه گویم با تو چون عاقل نهای
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, mənə Məcnun deyə, töhmət vurma,Nə deyim mən sənə, çün sən də deyilsən aqil.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-374
← → düymələri ilə keçid, R — təsadüfi şeir