Əzəldən şah bizim sultanımızdır,Pirimiz, mürşidimiz, xanımızdır.

Şaha qurban gətirdik biz bu canı,Şahın sözü bizim imanımızdır.

Həsudə yoxdurur, yalançıya mərgKi, gerçək söhbəti bürhanımızdır.

Şahı həqq deyibən girdik bu yola,Hüseyniyüz, bu gün dövranımızdır.

Biz imam qullarıyüz sadiqanə,Şəhidlik, qazilik nişanımızdır.

Yolumuz incədir, incədən-incəBu yolda baş verək, ərkanımızdır.

Məqtə — şairin təxəllüsü olan son beyt. Xətaiyəm, məvali, sirri-Heydər,Şahı həq bilməyən düşmanımızdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mədhiyyə