Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Pərişan xəlqi-aləm ahü əfğan etdiyimdəndir,
Pərişan olduğum, xəlqi pərişan etdiyimdəndir.
Dili-zarimdə dərdi-eşq gün-gündən füzun olmaq,
Yetən bidərd tədbirilə dərman etdiyimdəndir.
Gözüm kim bağrımın qanın tökər pərkalə-pərkalə,
Dəmadəm arizuyi-ləli-canan etdiyimdəndir.
Deyil bihudə gər yağsa fələkdən başıma daşlar,
Binasın tişeyi-ahimlə viran etdiyimdəndir.
Qaçan rüsva olurdum, qan udub səbr edə bilsəydim,
Məlamət çəkdiyim bihudə əfğan etdiyimdəndir.
Xəta səndən deyil, cismim oxundan binəsib olsa,
Hübabi-əşki-gülgün içrə pünhan etdiyimdəndir.
Füzuli, ixtilati-mərdümi-aləmdən ikrahim,
Pərivəşlər xəyalın munisi-can etdiyimdəndir.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-perisan-xelqi-alem-ahu-efgan-etdiyimdendir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ona təsir eləməz naləvü zarım, nə edim?
Canımı tapşırmışam çün ləli-şəkkərbarə mənZövq alınca canım, öldüm qibtədən biçarə mən.
O qəddi sərvin eşqində elə könlüm olub heyranKi, razı olmaram sevsin onu aləmdə bir insan.
Sənə verdim könül, göz çəkdim həm canandan, həm candanYaxıb bir şəm, qovdum dostları mən ol şəbistandan.
Başqa şairlərin şeirləri · Eşq
Xan çinarın gövdəsiniKimsə qazıb bıçaqla,
Qəzəl: Pasiban olmuş qəmər qapında, dərban aftabPasiban olmuş qəmər qapında, dərban aftab,Hər biri bir vəchilə sən şaha qılmış intisab
ای نکویان که در این دنیاییدیا از این بعد به دنیا آیید
Qəzəl: Ançe ma rəncə kəşidimآنچه ما رنجه کشیدیم عبث بود عبثدر ره عشق دویدیم عبث بود عبث