رحم بر زاری من یار ندارد چه کنم
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
رحم بر زاری من یار ندارد چه کنمیار پروای من زار ندارد چه کنم
İnlərəm, rəhm eləməz halıma yarım, nə edim?Ona təsir eləməz naləvü zarım, nə edim?
دلم از طعنه اغیار بجان آمد و یارخبر از طعنه اغیار ندارد چه کنم
Qəmlərim gizli deyil, söyləməsəm də səndən,Məndə yox söhbətinə tab, nigarım, nə edim?
دیده عمریست که خونبار شدست از غم اواو غم دیده خونبار ندارد چه کنم
Tənəsindən ürəyim təngə gəlib əğyarın,Bilməyir tənəsin əğyarın o yarım, nə edim?
در غم عشق به از صبر ندیدم کاریدل شیدا سر این کار ندارد چه کنم
Dərd əlindən gözüm ömrüm uzunu qan ağlar,Baxmayır göz yaşıma çeşmi-xumarım, nə edim?
چون نماند ز تو پنهان غم ناگفته منبا تو کس قدرت گفتار ندارد چه کنم
Səbrdən başqa qəmi-eşqə əlacım yox ikən,Dili-şeyda tükədib səbrü qərarım, nə edim?
نیست بی محنت اغیار وصال رخ یارباغ عالم گل بی خار ندارد چه کنم
Vəsli-yar istəyən əğyar cəfasinə dözər,Bir tikənsiz gülə həsrətdi diyarım, nə edim?
Məqtə — şairin təxəllüsü olan son beyt. درد دل چند کنم شرح فضولی بر یاریار فکر من افگار ندارد چه کنم
Məqtə — şairin təxəllüsü olan son beyt. Dərdimi yarə, Füzuli, nə qədər şərh qılım?Fikrimi anlamır ol laləüzarım, nə edim?
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-qezel-264
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Kəfi-hirsilə daim daməni-dünyayi-dun tutsan,Zəmanə şurbəxt eylər səni, peyvəstə dəryatək.
Ey gözəl, zatın məarif birlə rəngin edə görEy gözəl, zatın məarif birlə rəngin edə gör,Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan.
Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kimƏlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim,Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin.
Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmamEy könül, mütləq ibadət qılmayıb, ömrün təmamEylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf.
Başqa şairlərin şeirləri · Eşq
İki şəş fasildə tifli-pistanam,Altıda yox atam, nə də anam indi.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
YandımYenə yada düşdü nakam eşqimiz,O gözün oduna bir daha yandım.
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.