Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Razi-eşqin saxlaram eldən nihan, ey sərvinaz,
Getsə başım şəm tək, mümkün deyil ifşayi-raz.
Xublar mehrabi-əbrusinə meyl etməz fəqih,
Ölsə kafərdir, müsəlmanlar, ona qılmın nəmaz.
Kimsə ol bədxuyə izhar edə bilməz dərdimi,
Ey sürudi-nalə, tanriçün, sən olğıl çarəsaz.
Qalibim görmüş tühi, tökmək dilər bir tazə ruh,
Bərqi-ahim kim, gələn peykanına vermiş güdaz.
Xubsurətlərdən, ey naseh, məni mən etmə kim,
Pərtövi-ənvari-xurşidi-həqiqətdir məcaz.
Mən xud öldüm, ey türabımdan olan sağər, müdam,
Rindlər bəzmin gəzib bir-bir yetir məndən niyaz!
Ey Füzuli, qalmışam heyrətdə, bilməm neyləyim,
Dəhr-zalim, bəxt-nafərcam, tələb - çox, ömr - az.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-razi-esqin-saxlaram-elden-nihan-ey-servinaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar,Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Mehri könlümdə nihan olduğun ol mah bilirMehri könlümdə nihan olduğun ol mah bilir,Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.
Məgər xab içrə gördün, ey könül, ol çeşmi şəhlayiMəgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayiKi, qıldın türfətül-eyn içrə ğərqi-əşk dünyayi.
Mənə basi-səba ol sərvi-gülrüxdən xəbər verməzMənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.
Başqa şairlərin şeirləri · Mey və meyxana
Bəni hər dəmdə nedim öldürür eşq,Qara yerə dirilmə girdürür eşq.
Ta'neler urur kanlu gözüm ebr-i bahâraTa'neler urur kanlu gözüm ebr-i bahâraGelmedi gönül zülfüni göreli karâra
Bu gecəGenə yer üstə nizul afitab edib bu gecə,Könül sərayini rövşən şərab edib bu gecə.
Yüzünə bərgi-gül bənzər sənubər olsa balasıYüzünə bərgi-gül bənzər sənubər olsa balası,Sənubər qədinə oxşar bolursa çeşmi-şəhlası.