Mənə basi-səba ol sərvi-gülrüxdən xəbər verməz
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Mənə badi-səba ol sərvi-gülrüxdən xəbər verməz,
Açılmaz qönçeyi-bəxtim, ümidim nəxli bər verməz.
Töküb göz yaşını sənsiz həlakim istərəm, əmma
Əcəl peykinə seyli-əşk girdabi güzər verməz.
Gözümdə məskən et, xari-müjəmdən etiraz etmə,
Güli-xəndanə sordum, xarə yar olmaq, zərər verməz.
Əgər can almaq istərsən, tənimdən tiğini kəsmə
Ki, pəjmürdə nihalə verməyincə su səmər verməz.
Qiyas et şəmdən, vəhm eylə çərxin inqilabından
Kim, ol baş almağa qəsd etməyincə taci-zər verməz.
Bəla zimnində rahət olduğun izhar edər xəlqə
Fələk, bihudə xari-xüşkdən gülbərgi-tər verməz.
Füzuli, dəhrdən kam almaq olmaz olmadan giryan,
Sədəf su almayınca əbri-niysandan gühər verməz.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-mene-badi-seba-ol-servi-gulruxden-xeber-vermez
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yemərik qəm, ola gər artığımız, ya kəmimiz.
Mənimlə tərk edir kuyini yarın bir qəmər dərdiSaman tək bir vücudumla aparram dağ qədər dərdi.
Sinədə yüz gizli dərdim qaldı, canan, əlvida!Qəm dağı köçdü qapından, getdim, ey can, əlvida!
Budur illət səni mən güzgüyə oxşatmaram, cana!Səni gördükdə cismimdən əsər mən görmərəm əsla.
Başqa şairlərin şeirləri · Fələk və tale
Qan ağla, ey gözüm, yenə fəsli-bahar olur,Bülbül bahar olanda işi ahü zar olur.
خورشید کارنامه ملک جهان نوشتنوروز عزل نامه صرف زمان نوشت
Layəmut şe'rlərFüzuliyi-nalanın əş'arını təsdis*1
Bahar gəldi, cahan cənnət oldu, bəxt cavanQızılgül örtüyü üzdən atıb, olub xəndan.