Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ləhzə-ləhzə ləbin anıb edicək əfğanlar,
Qətrə-qətrə saçılır didələrimdən qanlar.
Qətrə-qətrə demə qandır ki, çıxar çeşmimdən
Dəmbədəm könlüm odilə əriyən peykanlar.
Qaşların yayinə meyl eyləyə canü könül,
Dünü gün mən bilirəm kim, nə çəkirlər anlar.
Açma kakil girehin, başın üçün, görmə rəva
Ki, pərişan olalar bir neçə sərgərdanlar.
Yel dəyər zülfünə, ya qoymayıb öz hali ilə,
Gəzdirərlər onu əldən-ələ hərdəm canlar.
Eylə üşşaqə cəfalar ki, vəfalar görəsən,
Sanma kim, zaye olur eylədiyin ehsanlar.
Sorma zöhhadə, Füzuli, rəhü rəsmin eşqin,
Nə bilirlər rəvişi-əhli-xirəd nadanlar.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-lehze-lehze-lebin-anib-edicek-efganlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənim kim bir ləbi-xəndan üçün giryanlığım vardır,Pərişan türrələr dövründə sərgərdanlığım vardır.
Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Mənim tək hiç kim zarü pərişan olmasın, ya rəb!Əsiri-dərdi-eşqü daği-hicran olmasın, ya rəb!
Mərhəm qoyub önərmə sinəmdə qanlı dağıMərhəm qoyub önərmə sinəmdə qanlı dağı,Söndürmə öz əlinlə yandırdığın çirağı.
Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəsMəskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs.