Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Ləblərin tək ləlü ləfzin tək düri-şəhvar yox.
Ləlü gövhər çox, ləbin tək ləli-gövhərbar yox.
Səndən etmən dad: "cövrün var, lütfün yox" deyib,
Məsti-zövqi-şövqünəm, birdir yanımda var, yox.
Kimə izhar eyləyim bilmən bu pünhan dərdi kim,
Var yüz min dərdi-pünhan, qüdrəti-izhar yox.
Dövr sərməsti-şərabi-qəflət etmiş aləmi,
Bunca sərməstin tamaşasinə bir hüşyar yox.
Xəlqi mədhuş eyləmiş xabi-şəbi-tuli-əməl,
Sübh təhqiqi əlamətinə bir bidar yox.
Surəti zibasənəmlər yox demən bütxanədə,
Var çox, əmma sənə bənzər büti-xunxar yox.
Ey Füzuli, səhldir hər qəm ki, qəmxarı ola,
Qəm budur kim, məndə min qəm var, bir qəmxar yox.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-leblerin-tek-lelu-lefzin-tek-duri-sehvar-yox
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Gəldi ol İsa kim, ondandır həyati-əhli-hal,Yoxdur onsuz xəlq cismində həyatə ehtimal.
Çöhrəvü xəttün xəyali çeşmimi qılmış məqamÇöhrəvü xəttün xəyali çeşmimi qılmış məqam,Açmağa Bəhreyni cəm’ olmuş sipahi-Rumü Şam.
İrişdi vəqt ki, gül basa busitanə qədəmİrişdi vəqt ki, gül basa busitanə qədəm,Cəhani eyləyə lütfi-bahar rəşki-İrəm.
Ey müsəffa şişeyi-cövlaneyi-firuzəfamEy müsəffa şişeyi-cövlaneyi-firuzəfam,Mə’dəni-yaquti-səhba, gülbüni-gülbərgi-cam!