Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Məskən, ey bülbül, sənə gəh şaxi-güldür, gəh qəfəs,
Necə aşiqsən ki, ahindən tutuşmaz xarü xəs.
Yar kuyində gər olsaydı, müsəlmanlar, yerim,
Kafərəm gər rövzeyi-rizvanə eylərdim həvəs.
Kuh fəryadi-sədasin verdi Fərhadın demin,
Nəqşi-Şirindir verir avaz, olub fəryadrəs.
Naqə Leyli məhmilin çəkmiş biyaban seyrinə,
Eylə Məcnunu bu halətdən xəbərdar, ey cərəs!
Bir nəfəs qalmış həyatımdan həbibim, sübh tək,
Nola gər bir mehr göstərsən mənə axir nəfəs.
Xali etdim dil həvayi-ixtilati-xəlqdən,
Bəzmi-qəmdə ney kimi həmdəm mənə fəryad bəs.
Ey Füzuli, gər sənə cəmiyyəti-dildir murad,
Bağla bir dildarə könlün, qeyrdən peyvəndi kəs.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-mesken-ey-bulbul-sene-geh-saxi-guldur-geh-qefes
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizacMünhərifdir, saqiya, ənduhi-dünyadən mizac,Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.
Olur qəddim düta eşqin yolunda, hər bəla görcəkOlur qəddim düta eşqin yolunda, hər bəla görcək,Təriq əhlinə adətdir təvazö, aşina görcək.
Əgər murad isə vermək səfayi-cövhəri-ruhƏgər murad isə vermək səfayi-cövhəri-ruh,Fələk misal yürüt sağəri-şərabi-səbuh.
Başqa şairlərin şeirləri · Eşq
Gün tək parladı, çıxdı qəsrdən,Gözümə göründü mahtab mənə,
Hərçənd düşdü eşqin odu canə, ey gözəlHərçənd düşdü eşqin odu canə, ey gözəl,Atəş vurubdu xərməni-imkanə, ey gözəl.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,