Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Münhərifdir, saqiya, ənduhi-dünyadən mizac,Badə tut kim, illəti-ənduhə qəflətdir ilac.
Fəqr mülkün tut, gər istiğınadə istərsən kəmal,Səltənətdən keç kim, ol vadidə çoxdur ehtiyac.
Çəkmə təxtü tac qeydin, bisərü palıq gözətKim, əyağə bənddir təxtü bəladır başə tac.
Bir pəri zülfün tutub, xalindən alsan kami-dil,Tut ki, Çin mülkini tutdun, Hinddən aldın xərac.
Tərkü təcrid ixtiyar et kim, diyari-eşqdəFəqr bazarinə əsbabi-fənadəndir rəvac.
Nəqşi-zayildir, ümuri-dəhrə qılma e’tibar,Olsa hasil fəqrdən hüznü qinadən ibtihac.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Füzuli, mən məlamət mülkünün sultaniyəm,Bərqi-ahim taci-zər, simi-sirişkim təxti-tac.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-munherifdir-saqiya-enduhi-dunyaden-mizac
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nə görər əhli-cəfa məndə vəfadən qeyri.Nə bulur şəmi yaqan kimsə ziyadən qeyri.
Nə xoşdur arizin dövründə zülfi-ənbər əfşanınNə xoşdur arizin dövründə zülfi-ənbər əfşanın,Bu dövranda nə xoş cəmiyyəti var ol pərişanın.
Nəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmazNəmi-əşkim mükəddər xatirimdən dəfi-qəm qılmaz,Bu rövşəndir ki, nəm ayinədən jəngar kəm qılmaz.
Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrəNihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə,Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə.
Başqa şairlərin şeirləri · Eşq
Şanlı gördükcə məni sanki edir qövr fələk,Min kələk çidə edir başıma filfövr fələk.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,
Mən səni axtardımMən səni ulduzlarınİşığında axtardım,
KəməndTa müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd