Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Can çıxır təndən könül zikri-ləbi-yar eyləgəc,Tən bulur can yenlədən ol ləfzi təkrar eyləgəc.
Qılma, ey əfqan, gözün bidar, məsti-xab ikən,Olmaya bir fitnə peyda ola, bidar eyləgəc.
Söhbətimdən ar edib, ey gül, məni tərk etmə kim,Gül olur əfsürdə tərki-söhbəti-xar eyləgəc.
Varımı fikri-dəhanınla yox etdim kim, qəzaBöylə əmr etmiş mana, yoxdan məni var eyləgəc.
Ərzi-rüxsar et bu gün, ey məh, güm olsun göydə gün,Öylə kim əncüm olur, gün ərzi-rüxsar eyləgəc.
Hər zəban bir tiğıdir guya Züleyxa qətlinə,Yusifi almaqda əhli-eşq bazar eyləgəc.
Məqtə — şairin təxəllüsü olan son beyt. Naleyi-zarım, Füzuli, xoş gəlir ol gülrüxə,Açılır gül könlü bülbül naleyi-zar eyləgəc.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-can-cixir-tenden-konul-zikri-lebi-yar-eylegec
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ya mən əhatə elmükəl-əşya’ə külləha,Nə ibtida sənə mütəsəvvir, nə intəha.
Ya Rəb, həmişə lütfünü et rəhnüma manaYa Rəb, həmişə lütfünü et rəhnüma mana,Göstərmə ol təriqi ki, getməz sana, mana.
Ey mələksima ki, səndən özgə heyrandır sanaEy mələksima ki, səndən özgə heyrandır sana,Həq bilir insan deməz, hər kim ki, insandır, sana.
Aşiyani-mürği-dil zülfi-pərişanındırAşiyani-mürği-dil zülfi-pərişanındadır,Qanda olsam, ey pəri, könlüm sənin yanındadır.