Ey qübari-qədəmin ərşi-bərin başinə tac,Şərəfi-zatinə ədnayi-məratib me’rac.

Müntəha şər’inə ədyani-təmamiyyi-rüsul,Bəhrsən, sairi-ərbabi-risalət əmvac.

Xazini-gənci-şəfaət səni qılmış iyzəd,Hiç kim yox ki, sənə olmaya axir möhtac.

Sünnətin məğfirət əsbabinə minhaci-hüsul,Ta’ətin mə’siyət əmrazinə tədbiri-ilac…

Xəlqə təqlidi-sülukin səbəbi-hüsni-məaş,Mülkə təğyiri-təriqin əsəri-sui-mizac.

Qaim olmazdı nizamü nəsəqi-əsli-vücud,Verməsəydin əsəri-ədl ilə dünyayə rəvac.

Məqtə — şairin təxəllüsü olan son beyt. Şükr-lillah ki, Füzulini edib daxili-feyz,Rəğıbətin daireyi-xovfdən etmiş ixrac.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri