Üçüncü bab. Həzrəti Seyyidül-Mürsəlin keyfiyyəti-vəfatın bəyan edər
Həmişə dideyi-bəsirət birlə mütalieyi-övraqi-ləyalivü əyyam edən ərbabi-həqaiqvə əshabi-mə’arifə mə’lum olmuşdur və həmvarə eyni-fərasətləmüşahideyi-müruri-sininü ə’vam qılan ülül-əbsəri-zəvil- əfham arasında vüzuhbulmuşdur bu ki, ə’yani-sabiteyi-mümkinə müstəlzimi-əhateyi-ədəmdür və əslinərace’ olur hər mövcud ki, vücuduna ’ədəm müqəddəmdür. Şe’r:
Künci-bəqa sanma bu viranəyi,Etməyə gör qiblə bu bütxanəyi.Mehr götür günbədi-dəvvardən,Rəsmi-vəfa umma bu qəddardən.Mülki-vücudi ədəmabad bil,Görmə vücudun, ədəmin yad qıl.Açma cəhan zilinə çeşmi-həvəs,Əqdinə bel bağlama, peyvənd kəs.Dut ki, cəhan mülkini dutdun təmam,Sud nə, çün mülkinə yoxdur dəvam.Dəhr nədür, ayineyi-əksdar,Surəti-ayineyi-bie’tibar.
Ey əziz, mütləq rəyahini-riyazi-imkana şəbnəmi-bəqadan əsəritəravətyetməmişdür və səbzeyi-bustani-həayti-müstə’ar hərgiz səhabi-səbatdan kəsbirütubətetməmişdür. Kitabeyi-eyvani-binayi-aləm rəqəmi-"Kullu məxluqinyəmutu"dur və kümreyi-tinəti-bəni-Adəm xəmiri-mayeyi-"Kullu mərzuqinyəmut"dur. Məsnəvi:
Təmə’ qılman vəfa mülki-cəhandan,Vəfa qandan, bu fani mülk qandan.Bu viran içrə sanman gənc yoxdur,Cəvahirdən ləbaləb künc çoxdur.Vəli adət bu olmuşdur ki, dövranQıla hər gənci bir topraqda pünhan.Gər idrak eyləsən hər zərreyi-xakÇəkibdür pərdəyə bin cövhəri-pak.
Nə bargahi-həşmətdir ki, taqü rəvaqi tarəmi-ə’layə yetdükdə seyli-fənadantəzəlzül bulub viran olmadı və nə nəqşi-kargahi-rif’ətdür ki, zinət və zibidərəceyi-kəmal hasil etdükdə baziçeyi-lö’bətbazidəhrdən surəti-təğəyyürbulmadı. Laləzari-səhrayi-imkandan məşamiidraka rayiheyi-"Kullu mən əleyhafan" gəlür və zəmzəmeyi-bəzmicəm’iyyəti- ə’yandan səm’i-irfana isğayi-sədayi-"Kullu şey’in halikun" qılur. Şe’r:
Dəhrdən arizuyi-kam etmə,Bunda kam istəyib məqam etmə.Fələki-tizgərdü tündxüram,Hiç nakama verməmişdür kam.
Əlhəqq, bu xarzara güli-murad ümidilə zülali-həyati-girami tökən, xarinədamətdənqeyr bəhrə görməmişdür və bustana şükufeyi-məqsəd təmənnası ilənihali-təvəqqö’ dikən zəhri-bəladan özgə meyvə götürməmişdür. İttisali-söhbətixətəri-infisaldan xali olmaz və iltiyami-ülfəti zərəri-infikakdən aman bulmaz.Şe’r:
Dünyaya gələn gedər zəruri,Müstəlzimi-qeybdür hüzuri.Dövri-fələkün qərarı olmaz,Iqbalının e’tibarı olmaz.Dutdun dutalım cəhanı yeksər,Manəndi-Cəmü Qubadü Qeysər.Nə sud çün aqibət gedərsən,Əsbabi-cəhanı tərk edərsən.
Yəqin bilmək gərək ki, vəzi’ü şərif və qəvivü zə’if və alimü cahil vədivanəvü aqil və məstü hüşyar və xüftəvü bidar mülki-ədəmdənhey’əti-mütəsaviyə ilə çıxub və aləmi-surətdə ətvari-müxtəlifə və övza’imütənəvvi’əilə süluk edüb, həngami-inqizayi-müddəti-ömr rəngi-təsavi dutub,şərbəti-"kullu nəfsin zaiqətül-mauti" içmək müqərrərdür və e’tiqadü e’timadetmək gərək ki, xəl’əti-zühur geyüb feyzi-fitrət qəbul edənlərə idraki-təsəllüt"Əynəma takunu yüdrikəkumulmaut" müqərrərdir. Şe’r:
Gəl, ey mülki-dünyayə məğrur olan,Meyi-zövqdən məstü məsrur olan.Giriftari-dami-bəlasan, saqın,Əsiri-dəmi-əjdəhasan, saqın.Giribanını pənceyi-ruzigarDutubdur həzər qıl sərəncami-kar.Səni dami-qəbrə giriftar edər,Başun möhreyi-rişteyi-mar edər.Gələn bu güzərgaha getmək gərək,Nüzul eyləyən rehlət etmək gərək.Bulunmaz cahan kargahında kam,Fərağət məqamı degil bu məqam.
Filvaqe, əgər bəqayi-bəşər mümkün olsaydı Xeyrül-Bəşər ki, nəqşi-nigini-"Və lakin Rəsulullahı və xətamən-nəbiyyin" dir, bu təşriflə müşərrəf olmaqənsəb idi; və əgər dəvami-Bəni-Adəm ehtimal bulsaydı, qaili-"Ənə seyyiduvələdi Adəm" bu səadət istehqaqinə əqrəb idi. Dəlili-izaleyi-nəqşi təəyyinaticismanibu yetər ki, Həzrəti-Xaceyi-Kainat "İnnəkə məyyütun və innəhumməyyitun" xitabına müxatib olmuşdur; və şahidi-təğəyyüri-süvərisəhayifiimkanibu kifayət edər ki, əfzəli-aləm "Və macə’əlna li-bəşərin minqəblikəl-xuld" xitabi-müstətabin isğa qılmışdır. Şe’r:
Dövri-zəmanənin ədəmi-e’tibarinəŞahid şiya’i-vaqi’eyi-ənbiya yetər.Ümmali-karxaneyi-əhvali-aləməMövti-Nəbi əlaməyi-fövtü fəna yetər.
Bitəkəllüf ə’zəmi-məsaibi-şəhidi-Kərbəla mövti-Həzrəti-Mustəfadür, ziramövcibi-italeyi-əyadiyi-zülmü cəfadür. Mücmələn, keyfiyyəti-mövti-Həzrəti-Risalət oldur ki, ol şəm’i-şəbistani-risalət və xurşidi-asimani-nübüvvət hicrətinonuncu ilində ədayi-HəccülVida’ etdükdə ərəfə günü sahəti-Ərəfatda bu ayətikərimənüzul etdi ki: "Əl-yovmə əkməltu ləkum dinəkum və ətməmtu’əleykumne’məti". Həzrəti-Rəsul bu ayətin məzmunundan istişmamirayiheyi- intiqaledub və bu ibarətin məfhumindən ehsasi-irtihal qılub, mühəqqəq bildi ki,təngnayi-şəhadətdən fəzayi-fərəhəfzayi-qeybə təvəccöh etmək gərək və darifənadanmülki-bəqaya getmək gərək.
Zira qərəz şərəfi-risalətdən bəyani-əhkam idi, təmam oldu və məqsud səadətizühurindənizhari-ne’məti-İslam idi, dərəceyi-kəmal buldu. Pəs, əkabirü əşrafisəhabəyicəm’ edüb buyurdu ki: "Ey mühacirü ənsar, bəndən bu gün zəruriyyatiümuri-dininiz təhqiq edün, fürsəti-iktisab fövt olmadan ki, və’deyi-müfariqətqərib olmuşdur və təriqi-mürafiqət intiha bulmuşdur". Və dəxi buyurdu; "Eyqövm, ərseyi-Qiyamət" [Yovmə] yənfə’us-sadiqinə sidquhum qərargahıdır vəvə qaziyi-ruzi-cəza "Yovmə la yənfəu malun və la bənun" güvahidir, əgər olgündə sizdən sual olunsa ki, "Məhəmməd necə süluk etdi?" cəvabınız nədür?Səhabə ittifaqla ayıtdılar: "Ya Rəsulullah, səndən ədayi-risalət və ilqayi-nəsihətistima’ etdik, şəhadət verirüz". Pəs Həzrəti-Rəsul əngüşti-səbbabeyi-qəmərşikafcanibi-asimana qaldurub ayıtdı: "Əllahumməşhədu", yə’ni sən şahid ol".
Rəvayətdir ki, Həccül-Vida’dan müraciət qıldıqda əsnayi-təriqdə Ğədiri-Xumdeməklə mə’ruf mənzildə cəmaətlə ədayi-nəmaz qıldıqdan sonra səhabəyəmütəvəccih olub buyurdu ki: "Ələstu bil-mümininə əvla min-ənfusihim", yə’nimö’minlərə deyilmiyəm nəfslərindən əvla. Hüzzari-məclis ittifaqla təsdiq verübayıtdılar: Nə’əm, ya Rəsulallah. Pəs Həzrəti-Murtəzanın əlindən dutub ayıtdı:"Mən kuntu məvlahu fə-haza Əliyyun məvlahu", yə’ni "hər kiminmən mövlası idum", Əli anın mövlasıdür". Əllahummə ’adi mən adahu", yə’niİlahi, anınla ədavət qılana ədavət qıl", "Və vali mən valahu", yə’ni anınla dostolana dostluq et; "Vəxzil mən xəzələhu" və anı xar dutanı xar dut, "Vənsir mənnəsərəhu" və ana nüsrət verənə nüsrət ver; "Vədirul-həqqə mə’əhu həysə makan" və müqarin eylə həqqi ana qanda olursa.
Rəvayətdir ki, [Ömər] Faruq Həzrəti-Murtəzanın əlin dutub təhniyə təriqiləayıtdı: "Bəx bəx [ləkə] yəbnə Əbi Talib əsbəhtə [məvlayi və] məvlayi kullimu’minin və mu’minətin". Şe’r:
Gəl ey rizayi-Rəsul istəyən zühura gətür,Nişani-dövləti-tövfiqü vali mən vallah.Ədavəti-Əsədullaha olma qail kim,Sənə çəkilməyə şəmşiri-’adi mən ’adah.Və bu kəlimati-hikmətamiz əsnasında ayıtdı: "Ey qövm, bəni aləmi-üqbayadə’vət etdilər. Ol halətə təvəccöh qılub hifzi-səlah üçün "Xəlləftu fikumussəqəleynkitaballahi və itrəti", yə’ni məzhəri-sirri-xilafətim iki əmri-əzimdir:biri Qur’an və biri ƏhliBeyt. Zinhar təriqi-mütabə’ətlərin-dən müxalifət qılmanvə rəsmimütavəətlərindən mütəcaviz olman ki, bunlar bir-birilə rabiteyitəmambulub, hövzi-Kövsər kənarında bana mülhəq olub asari-şükrü şikayət zahiretsələr gərək".
Zəhi ümməti-bivəfa ki, bu məzmun müsəhhəh olmuş ikən əqrəb zəmandətəhrifi-məzmuni-Qur’an caiz görüb, Əhli-Beytə cəfalar rəva gördülər və dəşti-Kərbəlada övladi-Rəsula izalar yetürdilər. Şe’r:
Ey şəriət şərəfindən qafil,Xələli-şər’ə dəmadəm mail.Mustəfadan nə cəfa yetdi sənə,Ol vəfapişə nə cövr etdi sənəKi, mükafatinə bidad etdin,Özün azarinə mö’tad etdin.Bünyeyi-şər’inə verdin təğyir.Alü övladinə çəkdün şəmşir.Ol səni sahibi-iman etdi,Lütflər göstərüb ehsan etdi.Sən anın zülm ilə irzin yıxdun,Daği-bidad ilə canın yaxdun.
"Nurül-Əimmə"dən mənquldur ki, həngami-tüfuliyyətdə bir gün Hüseyni-məzlumətfali-məhəllə ilə məla’ibəyə məşğul ikən Həzrəti-Rəsul hazir olub, anıdutmağa qəsd etdi. Hüseyn Həzrəti-Xacədən fərar edüb, hər tərəf təvəccöh qılub,Həzrəti-Rəsul mütə’aqib rəvan olub ayıtdı: "Ya Hüseyn, bu nə nifrətdir?"Hüseyn ayıtdı: "Ya Rəsulullah, nifrət degil, bəlkə təhərrüki-silsileyiməhəbbətdür".Şe’r:
Dilbərin üşşaqdan eyni-tələbdür nifrəti,Mən’dəndir mehri-tüğyani-məhəbbət şiddəti.Intifayi-nari-şövq eylər zülali-ittisal,Mən’ miqdarincədir mətluba talib rəğbəti.
Məş’uq ki, aşiqdən ahəngi-güriz edər, atəşi-məhəbbət və bazaritələb tiz edər.Əlqissə, Xaceyi-Kainat ol əhsəni-məxluqatı tərəddüdlə dutub asimanamütəvəccih olub dua qıldı ki, "Əllahummə əhibbəhu və hibbəhu". Həm ol saətaləmi-qeybdən xitab gəldi ki: "Ya Rəsulullah, bu məhəbbətlə mümtaz etdigüncigərguşə və bu iltifatla sərəfraz etdigün qürrətül’eyn dəşti-Kərbəlada şəhid olubdərgahialəmpənahimizə pedəri-büzürgvar və bəradəri-alimiqdarla hazır olub, biribir hərbətlə və biri bir şərbətlə və biri bir zərbətlə şəhid olub təzəllüm etsələrgərək". Şe’r:
Birinün fərqi tiği-zülmdən şəq,Dəmi-mö’cüz misali-bədr mütləq.Birinün zəhrdən hali digərgun,Məzaci təlx, gültək bağrı pürxun.Birinün laləvəş cismində yüz çak,Cigər qanilə cismi-çakı nəmnak.
Rəvayətdir ki, Həccül-Vida’da əyyami-Mina ayeyi-kərimeyi- "İza ca’ənəsrullahi və’l-fəth" nüzul edüb, Həzrəti-Rəsul Cəbrailə ayıtdı: "Ey müqərrəbi-dərgahi-üluhiyyət və məhrəmi-bargahirübubiyyət, qaliba həngami-təvəccöhi-aləmi-axirətdir". Cəbrail ayıtdı: "Ya Rəsulullah, "Və’l-axirətü xəyrun ləkə minəl-aula".
Həzrəti-Xacə bu ayət istima’indən və bu məzmun ittila’indən sonra təhiyeyiəsbabi-intiqala və tərtibi-alati-irtihala məşğul olub, həmişə kəlimeyi-təyyibeyi-"Subhanəkə əllahummə əğfirli innəkə əntəl-vəhhab" təkrar edərdi. Səhabəayıtdılar: "Ya Rəsulullah, bu kəliməyi təkrar etməkdən nədür qərəz?" Həzrəti-Rəsulullah ayıtdı: "Bəni aləmi-bəqaya də’vət etdilər". Və əsnayi-təkəllümdəgiryan oldu. Ayıtdılar: "Ya Rəsulullah, mövtdən giryə etmək Həzrətinizdən nəmünasibdür, xüsusən ki, möhtərəm və məğfur olduğun müqərrərdür?" Həzrəti-Seyyid ayıtdı: "Bənim iztirabım anınçündür ki, bunca cəfa çəküb daireyi-imanaçəkdigüm müsəlmanlar, aya bəndən sonra məkayidi-İblisə giriftar olub nəafətlərə müqarin olalar və nə möhnətlərə düşüb nə ihanətlər bulalar".
Əlqissə, ol afitabi-asimani-lütfü kərəm mütəvəccihi-dərgah olub, bir ayvəfatından müqəddəm səhabeyi-kübari Ayişə mənzilində cəm’ edüb, anları birbirinəsifariş qılub, budua ilə sərəfraz etdi ki: "Rəfə’kumu əllah hədakumu’ əllahcəmə’kumu əllah, həfəzəkumu’əllah, nəsərəkumu’əllah, vəfəqəkumu’əllah" vəşəraiti-duadan sonra vəsiyyət qıldı ki: "Ey qövm, bənim təvəccöhüm aləmibəqayamüqərrər oldu və afitabi-həyatım rüxsəti-qürub buldu, hörməti-Əhli-Beytümi sizə tapşurub, sizi tapşurdum ol padişahibizəvala ki, mülki-bəqasınaxələli-intiqal tari olmaz və mir’atihəyati-müəbbədi küdurəti-fəna bulmaz. Layiqoldur ki, həmişə təriqi-ta’ət məsluk edüb mütavə’ətindən müxalifət rəvagörməyəsiz və qaideyi-əhkaminə ixtilafi-ara ilə xələl yetirməyəsiz, bir növləsüluk edəsiz ki, ruzi-Qiyamət sizün əf’alınız bəni şərmsar etməyə və damənimübahatimənəticeyi-ə’mali-zəmimənüzdən gərdi-xəcalət yetməyə".
Siğar və kibar Həzrəti-Rəsuldan bu əxbari-mühəvvəşi istima’ etdikdə ittifaqlagiryan olub ayıtdı: "Ya Rəsulullah, bu vaqieyi-hailə nə vəqt olsa gərək?"Buyurdu ki: "Ənqərib vüqupəzir olur". Dedilər: "Ya Rəsulullah "İyazən billah"bu surət vaqe olsa, qüsli-şərifinizi qansı xidmətkarinə rücu edərsən?" Buyurduki: "Əqrabi-Əhli-Beytim qüslümə övladır". Dedilər: "Nə camə ilə cismimübarəkünidəfn edəlim?" Buyurdu ki: "Əgnimdəki cübbə ilə. Və əgər Misrihüllələr və Yəməni camələr dəxi olsa, caizdir". Dedilər: "Mərqədi-şərifin nəməqamda olmaq münasibdir?" Buyurdu ki, "Hala mütəvəttin olduğummənzildə". Dedilər: "Sənə kimlər nəmaz etsinlər?" Buyurdu ki, "Təchizütəkfinim olduqda qəbrim mühəyya qılub cənazəmi qəbrim kənarında qoyub dışrəçıxun və bilmiş olun ki, nəmazimə iqdam edən əvvəl Cəbraildir, andan sonraMikaildir və andan sonra Əzraildir və andan sonra İsrafildir cəmi’i-məlaikə ilə.Anlardan sonra siz gəlüb dəf’ə-dəf’ə də nəmaz edin, əmma ibtidayi-nəmaz Əhli-Beytimdən olsun". Səhabə biixtiyar naləvü zari edüb ayıtdılar: "Ya Rəsulullah,səni qəbrə kim endirsün?" Buyurdu ki: "Əqrəbi-Əhli-Beytim, güruhiməlaikəmüavinəti ilə ki, anlar sizi görüb siz anları görməyəsiz".
Vəsiyyət təmam olduqda hüzzari-məclis ilə müvadi’ə qılub, qaiblərə səlamirsal edüb buyurdu ki: "Bəndən sonra dari-dün aya gəlüb şəriətimə iqtidaqılanlara və qaibanə bənim risalətimə mötərif olanlara Qiyamətdək bəndən səlamolsun".
Andan sonra mütərəssidi-peyğami-vüsal və müntəziri-ittisal oldu. Əhyanənhicrətin on birinci (ilində) Səfər ayının igirmi səkkizinci günündə məqbəreyi-Bəqi’ ziyarətinə mütəvəccih olub, sükkani-büq’eyi-Bəqi’ üçün istiğfar edüb, olmiqdar dua qıldı ki, kəndüyə dəxi arzu oldu ki: "Ey kaş, bən dəxi bu büq’əmədfunlarından olub bu duaya daxil olaydım".
Rəvayətdir Əbu Hüreyrədən ki, demiş: "Bən hazır idim ki, Həzrəti-Rəsulayıtdı: "Ey Əbu Hüreyrə, bana dəvami-həyati müstə’ari və liqayi-Pərvərdigari vədüxuli-darül-qərari ’ərz etdilər, liqayi-Pərvərdigari ixtiyar etdim və tərki-masivatəriqin dutdum".
Nəqldir ki, bu gecə ol Həzrət mə’mur oldu ki, guristani-Bəqi’ə gedübəmvatinə istiğfar edə, andan sonra şühədayi-Uhud qüburun ziyarət qılub anlarüçün şəfi’ ola. Bu tərəddüd əsnasində ol Həzrətəbir süda’ tari oldu ki, fərqi-mübarəklərin ’isabə ilə möhkəm bağlayub, Meymunəsərayinə gəlüb biixtiyar təkyə qıldı və buyurdu ki, "Eynə əna qədən", yə’ni yarınbənim mənzilim qandadır?" Fatimə ol Həzrəti müztərib görüb ümməhatimöminataayıtdı: "Ey xəvatinisəadətxaneyi- ismət, Həzrəti-Rəsul mütəkəssirdir.Və hər gün bir mənzilə getmək mütə’əzzir görünür, bir mənzildə müqimolmasınə razı olun". Müxəddərati-hücərati-risalət ol səlahə razı olub müqərrəretdilər ki, Həzrəti-Rəsul Ayişə mənzilində olub, hər biri xidmətin anda ədaqıca.Meymunə sərayindən çıxub, bir əli Murtəza kətfində və bir əli Əbbas kətfindəAyişə hücrəsinə gəlüb bəstərə düşdükdə hümmayi-mühriq peyda qıldı. Şe’r:
Afitabi-şər’inə, bulmuşdu övci-irtifa’,Lacərəm məhrur olur bulduqca rif’ət afitab,Nola gər təb hiddətilə axsa cismindən ərəq,Bərgi-güldür axıdır fərti-hərarətdən gülab.
Əbdullah Məs’uddan nəqldir ki: "Bən ol vəqt hazır idim, nəbzinə əl basdıqdahərarətlərin qayətdə ziyadə görüb ayıtdım: "Ya Rəsulullah, bu nə əcəb təbimühriqdir?"Buyurdu ki, "hər kimin mərəzi miqdarıncədür". Dedim: "YaRəsulullah, bu dərdə dəva nədir?" Dedi: "Ol Mə’bud həqqi üçün ki, bənimnəfəsim anın qəbzeyi-qüdrətindədir ki, heç kimsənəyə mərəz tari olmaz ki,günahları anınla tökülməz. Netə ki, badi-sərsərdən övraqi-əşcar və təsadümihəvadanqətərati-əmtar".
Nəqldir Əbu Sə’id Xəzridən ki, demiş: "Mən hini-mərəz ol Həzrətə mülazimidim, üzərinə bir qətifə çəkilmişdi, hiddətihərarətləri qətifədən məhsus olubbuyurdu ki: "Ənbiyanın məratibi ə’la olduğu kimi mərəzləri dəxi əşəddüəqvadür. Zira ənbiya möhnətlərinin ziyadə olduğun istid’a qılurlar və möhnətmövcibi-qürb olduğun bilürlər". Şe’r:
Rənci-rahət dilbərin dərdi dəvadır aşiqə,Rənci bihəd ol səbəbdən dərdi bipayan olur.Qafil olman dost dərdindən kim, olduqca füzun,Mövcibi-təşrifi-lütfü şəfqətü ehsan olur.
[Rübai:]Yarın ələmi-eşqi dəvadan yeg olur,Xaki-səri-kuyi tutiyadan yeg olur.Üşşaqa həbib eylədügi cövrü sitəm,Qeyr etdügi lütfilə səxadan yeg olur.
Və buyurdu ki: "Bu mərəz ol zəhrin əsəridir ki, Ümmül Biramoğlununziyafətində bana verdilər". Və hər müddətdə ələmi mücəddəd olub bir dəva ilədəf’ olurdu, əmma bu növbət həngamirehlət olmağın iştidad buldu. Qalibabədəni-şərifində ol zəhrin əsəri mülazim olmaqdan qərəz şərəfi-şəhadət idi."Ruhul-Ərvah"da məsturdur ki, çün bəhri-feyzi-nübüvvət və dəryayi-kəmalivilayətbir-birilə müqarin olub "Yəxrucu minhumal- lu’lu’uə vəl-mərcan"müqtəzasincə Həsən və Hüseyn zühura gəldilər və ol şahzadələrün hər biri birkeyfiyyətə varis oldular, lacərəm Həzrəti-Həsən əkbər olmağın cəddibüzürgvarlərinəiqtida qılub ələmi-zəhrlə dünyadan getdi və Həzrəti-Hüseynəsğər olmağın validi-alimiqdarinə təşəbbüh qılub zərbi-tiğ ilə axirətə nəql etdi.Şe’r:
Zəhrdən təlx olalı lə’li-şəkərbari-Həsən,Zəhr kamın hiç kim aləmdə şirin görmədi.Olalı şəmşirdən pürxun təni-paki-Hüseynİstirahət bulmadı şəmşir, təskin görmədi.
Və bu dəxi bir münasibətdir ki, Həzrəti-Həsən Mədinədə cəddi-büzürgvarınınmücavirətin ixtiyar qıldı və Həzrəti-Hüseyn mütəvəttini İraq olub validialimiqdarınunmülazimi oldu. Şe’r:
Vadiyi-qürbətdə tənhalıqdan ikrah eyləyüb,Murtəza Şibbiri həmxab etdi, Əhməd Şəbbəri.Qıldılar qismət vilayət bəhrinin gövhərlərin,Əkbər olan əkbəri hifz etdi, əsğər əsğəri.
Əlqissə, Həzrəti-Rəsul on dörd gün bimar olub qəzaya mütəvəqqif qaldı."Rövzətül-əhbab"da məsturdur ki, iştidadi-mərəzdə Fatimeyi-Zəhrayi hazır edüb,təriqi-təvəddüd və qaideyi-təfəqqüd ri’ayətindən sonra ixfa ilə bir təkəllüm etdiki, Fatimə giryan oldu. Andan sonra bir təkəllüm dəxi etdi ki, ənduhi nişatatəbdil oldu. Ayişə ayıtdı: "Ya Fatimə, aya, ol ənduha vəsilə nə idi və bu nişatasəbəb nədir?" Fatimə ayıtdı: "Ey müxəddəreyi-zəman, Həzrəti-Rəsul ibtidai-təkəllümdəbuyurdu ki: "Ey Fatimə, hər il Cəbrail təbliği-əhkam üçün bir növbətgəlürdi, bi il iki növbət nüzul etdi, qaliba əcəlim qərib olmuşdur və həngamihəyatımdərəceyi-nihayət bulmuşdur. Bən bu xəbərdən mütəəllim olduqdabuyurdu ki: Ey fərzəndi-əziz, qəm çəkmə ki, sənə bəşarət verirəm iki səadətə:biri ol ki, əfzəli-nisayi-əhli-behişt sən olursan və biri ol ki, Əhli-Beytimincümləsindən müqəddəm sən bana mülaqat qılursən". Bu müjdə istima’indəkitiryaki zəhri-fəraqın bana sazqar edüb, süruri-lahiqdən ələmi-sabiqə təskin yetdivə buyurdu ki: "Ey Fatimə, çün cəmi’i-nisai-əhli-aləmdən sənin zürriyyatinə’zəm və məqamın əfzəldir, lacərəm sənin bəliyyatın ətəmm və əkməldir; səbr etvə təhəmmül pişə qıl". Qərəz bu ki, ol Həzrətin iştiyaqinə ki, əşəddi-bəliyyatdır,Fatimə səbr edüb təhəmmül pişə qıla. Filvaqe’ əgər müjdeyi-ülüvvi-dərəcatiüxrəvivə bəşarəti-sümüvvi-mərtəbeyi-mə’nəvi mövcibi-təskini-xatir olmasa,Həzrəti-Rəsulullah kimi sərvəri-xücəstəliqanın atəşi-fəraqinə və ələmi-iştiyaqinətəsəbbür və təhəmmül xarici-əhateyi-ehtimal və imkandır. Zira atəşi-cansuz vəələmi-cansitandır. Şe’r:
Xəncəri-hicranü tiği-qət’ü şəmşiri-fəraq,Çak-çak eylərdi Zəhranın dili-əfgarını.Verməsəydi və’deyi-vəslin verəndə Mustəfa,Müjdeyi-zövqi-vüsalü dövləti-didarını.
Rəvayətdir ki, ol sərvərin təbi-mühriqi gəldikcə ziyadə olub və hərarəticismi-lətifi getdikcə təzayüd bulub, buyurdu ki, yeddi kuzə ilə yeddi quyudan sugətirüb üzərinə tökələr ki, xiffət bulub məscidə təşrif buyura. Həsbülişarə yeddikuzə ilə yeddi quyudan su gətirib ol çeşmeyi-həyatın üzərinə tökdülər. Filcümləxiffət bulub hücrədən dışrə çıxub, cəmaətlə nəmaz qılub, bir xütbeyi-hikmətamizinşa qılub, istiğfar və istifa qıldıqdan sonra buyurdu ki: "Ənsar bənimxəvasımdır, anları girami dutun və xətalarından təcavüz qılun".
Və bir rəvayət dəxi oldur ki, Həzrətin mərəzi təzayüd bulduqda ənsarın qərarıqalmayub, məscidi-Nəbəvi ətrafinda tərəddüd edərlərdi.
Əbbas ol hala müttəle’ olub, Mustəfaya ərz edüb, Həzrəti-Murtəza dəxi onamüvafiq şərhi-hal etdikdən sonra Həzrəti-Rəsul yerindən durub ayıtdı: "Ya Əli,ənsar nə derlər?" Murtəza Əli ayıtdı: "Ənsar derlər ki, haşa, əgər Həzrəti-Mustəfa dünyadan nəql edəcək olsa və bu müsibət vüquf bulsa, bizüm əhvalımıznolur və öhdeyi-riayətimizdən kim gəlür? Həzrəti-Rəsul ayağa durub bir əlinMurtəza kətfinə və bir əlin Əbbas kətfinə buraxub, məscidə gəlüb və minbərüzərinə çıxub qərar dutdu və həmdü sənaya müştəmil bir xütbeyi-bəliğ inşa qıldıvə ənsarı mühacirə və mühaciri ənsara mübaliğeyi-tamamla sifariş qıldı.Rəvayətdir Fəzl bin Əbbasdan ki, əyyami-mərəzdə bir gün Həzrəti-Rəsulbənim əlim dutub, hücrədən çıxub və mübarək başına isabə bağlayub minbərüzərə qərar dutdu və Bilala buyurdu ki: "Nida qıl xəlq cəm’ olsun, anlaravəsiyyət qılam ki, bu axirin vasiyyətdir".
Bilal həsbülfərmudə nidayi-am qılub və cəmi’i-xəlq hazır olub, ol Həzrətədayi-xütbədən sonra buyurdu ki: "Ey firqeyi-İslam və zümreyi-ənam, bəniməcəlim qəribdür, zinhar bəndən bədənlərinizlə cüda olduqda könüllərinizlə cüdaolman və netə ki, bən sizi fəramuş etməzəm, siz dəxi bəni fəramuş qılman. Eyqövm, heç peyğəmbər şərbəti-bəqa içməmiş ki, bən dəxi ol şərbəti nuş edəm".Və bir rəvayət dəxi oldur ki, buyurdu: "Ey qövm, sizə iblaği-əhkam etdim vəsəlahinizə iqdam qıldum və bəlalara mübtəla oldum; hala söhbətinizdən inqita’etmək məcalıdur və müfariqət qılmaq zamanıdır, kimin kim, məndə həqqi var,alsun və kimin kim, müşkili var, sual qılsun ki, bargahi-qürbə cəmi’i-də’vadanmünəzzeh gedüb və damənitəcərrüdümü dəsti-tə’əllüq və təzəllüm dutmaya". Vəədadan sonra minbərdən enüb cəmaətlə nəmazi-zöhr əda qılub, yenə minbərəçıxub kəlimati-sabiqi təkrar qıldıqda hüzzari-məclisdən bir şəxs ayağa durubayıtdı: "Ya Rəsulullah, sənin zimmətində bənim üç dirhəmim var".Həzrəti-Rəsul ol deynin ədasinə hökm edüb, Əli Murtəza əda qıldı. Andansonra səhabədən Ükkaşə nam kim sənə ayağa durub ayıtdı: "Ya Rəsulullah,Təbuk səfərində naqəyə taziyanə həvalə qıldın, naqədən rədd olub bana irişdi, olzərbdən qayətdə mütəəllim oldum. Hala qisas istərəm". Həzrəti-Rəsulullahayıtdı: "Cəzakə’llahu xeyrən", rəhmətsənə ki, bu qisası axirətə buraxmayub dünyada tələb etdin". Buyurdu ki: "EyÜkkaşə, taziyanə mə’rufunmudur? Ükkaşə ayıtdı: "Bir ədimə dutulmuştaziyanədür". Həzrəti Rəsul ayıtdı: "Ol taziyanə Fatimə mənzilindədür,gətürsünlər". Səlman Fatimə sarayinə mütəvəccih olub hücrəsinə yetdikdə ayıtdı:"Əssəlamu-əleykum, ya Əhləl-Beyt". Səlmanın avazın eşidüb Fatimə ayıtdı "EySəlman, hacət nədir?" Səlman ayıtdı: "Filan taziyanəyi Həzrəti-Rəsul istər".Fatimə ayıtdı: "Ey Səlman, hali-mərəzdə taziyanədən qərəz nədir?" Səlmansurətiəhval şərh etdükdə Fatimə ayıtdı: "Həzrəti-Rəsul bimardır, anda qüdrəti-ehtimali-taziyanə yoxdur". Filhal Həsən və Hüseyni hazir edüb ayıtdı: "Eycigərguşələr, cəddinüzə bir həq mütəvəccih olmuş və hüsni-ədalət anın ədasinəiqtiza edər, gedin və anın əvəzinə zərbitaziyanə qəbul edün".
Səlman və Həsən və Hüseyn taziyanəyi alub məscidə gəldikdə, əhliməsciddənxüruşü vəlvələ əflaka çıxub hər biri Ükkaşəyə İlhahi əfv edərlərdi ki,bizə bir taziyanə əvəz bin taziyanə ur, HəzrətiRəsula mütə’ərriz olma və cismilətifinazürdə qılma. Həzrəti-Rəsul buyurdu ki: "Qisas bana mütəvəccih olduqdasizə taziyanə urulmaq münasib degil". Ükkaşə ayıtdı: "Ya Rəsulullah, bən ol günüryan idim, sihhəti-qisas üçün sən dəxi üryan ol". Həzrəti-Rəsul dürra’eyi-şərifikətfi-lətifindən buraxdıqda sükkani-xətairi-qüds və hüzzari-məclisiünsdənxüruşü əfğan əflaka çıxub cəhana qovğa buraxdı. Ükkaşə ki, Həzrəti-Rəsulunkətfi-mübarəkində möhri-nübüvvətə nəzər qıldı, filhal ol möhri-mübarəkə yüzsürüb taziyanəyi əlindən saldı, dedi: "Ya Rəsulullah, bənim bu mübaliğədən ikiqərəzim var idi: bir ol ki, sənin insafını xəlqə izhar edəm və biri ol ki, "Mənməssə cildi layəmissənnar" müqtəzasincə bədəni-mübarəkinə üz sürəm vəatəşi-duzəxdən aman bulam. Bu qəziyyədən sonra Həzrəti-Rəsul minbərdənyenüb xabgaha gəlüb, mərəzi təzayüd və təzaüf bulub, səm’i-mübarəki aləmiqüdsdənsəlayi-xani-nə’im isğa qıldı və tairi-ruhi-şərifi həbsgahi-dünyadannüzhətgahi-bəqaya mütəvəccih oldu. Şe’r:
Qəribi-mülki-vücud etdi arizuyi-vətən,Müqərrər oldu ki, ruh eyləyə vida’i-bədən.İrişdi vəqt ki, şəhbazi-aşiyaneyi-qüdsQıla iradət ilə tərki-həbsxaneyi-tən.
Rəvayətdir ki, ol halətdə Cəbrail nüzul edüb ayıtdı: "Ya Həbibullah,Pərvərdigari-aləm irsali-səlam edüb səni mövt və həyat arasında muxtar etdi.Əgər bəqayi-həyata talib isən həyatinə bəqa müqəddər olsun və əgər mövtə rağibisən sühulətlə müyəssər olsun. Şe’r:
Dünyəvü üqba bənim mülkümdür, ey fəxri-rüsül,Sən bana bir bəndeyi-safidilü sahib-vüqar.Rə’y rə’yindür sənin, səndən bana yox imtina’,Eylədim ehsan sənə hər mülki etsən ixtiyar.
Həzrəti-Rəsulullah ayıtdı: "Ey Cəbrail, ənani-ixtiyarımı Həzrəti-Həq rizasinəvermişəm və hüsni-e’tiqad ilə daireyi-təfvizü təslimə girmişəm: "Fə-inşa’əəhyani və inşa’ə əmatəni". Şe’r:
Xaliqim yegrək bilür bəndən bənim behbudimi,Bən ana tapşırmışam çoxdan ziyanü sudimi.
Rəvayətdir ki, axiri-mərəzdə üç gün Həzrəti-Rəsul çıxub cəmaətlə nəmazetmədi və dördüncü gündə əşaül-axir vəqtində Bilal süddei-səadət dəstgaha vəətəbei-aləmpənaha gəlüb nida qıldı ki: "Əs-səlatu ya Rəsulullah". Həzrət istima’edüb buyurdu ki, Həq sənə əcri-xeyr verə. Bilal bir növbət dəxi ayıtdı: "Əssəlatuya Rəsulullah". Həzrət cavab verdi ki: "Ey Bilal, İzəd sənə müjdeyirəhmətyetürə". Bilal bir növbət dəxi ayıtdı: "Əs-səlatu ya Rəsulullah". Həzrət bihuş idi,cavab vermədi. Bilal növmid olub giryan-giryan, cəma’ətə mütəvəccih oldu,ayıtdı: "Va ğəvsah vənqita’i rəcah və’ikisari zəhrah" diriğa ki, əsli-rabiteiin’iqadicəmaəttərki-cəmaət qıldı və əsasi-bünyeyi-sünnət hifzi-silsilədən fariğoldu. Şe’r:
Dərda ki, binayi-şər’ viran oldu,Cəm’iyyəti-İslam pərişan oldu.Vermişdi fələk muradımız lütf qılub.Guya ki, bu lütfdən pəşiman oldu.
Ol əsnada cəmaətə Həzrəti-Rəsuldan fərman yetürdilər ki, Əbu Bəkri-Siddiqİmamət qılub cəmaət münəqid ola. Həzrəti-Əbu Bəkr həsbül-fərman mütəvəccihimehrabolduqda, surəti-mehrab zəbanihal ilə Rəsulun taği-əbrusindən xəbərverüb, Əbu Bəkrin qamətin bari-heyrətlə rüku’dən müqəddəm xəmidə qıldı vəmüşahideyi-şəkli-mehrabdan çehrəsinə əbvabi-fəraq açıldı, biixtiyar əfğana gəlübvə cümlə səhabə anın ittifaqilə giryan olub, sədayi-növhələrindən Həzrəti-Rəsulxəbərdar olduqda Fatimədən sual etdi ki: "Bu nə qülqülədür?" Fatimə ayıtdı: "YaRəsulullah, səhabə şiddəti fəraqından fəğana gəlmişlər və mühasirü ənsarənduhi-müfariqətindən giryan olmuşlar". Həzrəti-Rəsul bir əlin Murtəza kətfinəvə bir əlin Fəzl bin Əbbas kətfinə buraxub bir dəxi hücrədən çıxub cəmaətlənəmaz etdi. Bə’zi kütübdə məsturdur ki, Ümm Sələmə demiş: "Bənəyyamimərəzdə ol Həzrətə mülazim idim. Bir gün ləbi-şəkkərbarın mütəhərrikgörüb mütəvəccihi-istima’ oldum, eşitdim ki, münacat edər bu məzmunla ki:"İlahi, mənim ümmətimə atəşi-duzəxdən nəcat ver, Qiyamət hesabın anlara asanqıl".
Görün ol padişəhin ümmətə qəmxarlığın,Ümməti-biədəbin zülmü sitəmkarlığın.
Dedim: "Ya Rəsulullah, halın nədür?" Dedi: "Ey Ümm Sələmə, həngamivida’dırvə dəmi-intiza". Bu əsnada Murtəza hazır olub ayıtdı: "Ya Rəsulullah,vaqi’əmdə gördüm ki, bir zireh geymiş ikən üzərimdən çıxardırlar". Həzrətbuyurdu ki, "Ol zireh bən idim ki, cəmi’i-məkkarədən sənin pənahın idim,vəqtdir ki, mən köçüb sən tənha qalub bəlalara giriftar olasan. Ey Əli, zinhar ki,diltəng olub cəzə’ qılmayasan və müsabərətdən qeyr təriqə zahib olmayasan". Buəsnada Fatimə dəxi giryan olub ayıtdı: "Ya Rəsulullah, vaqi’əmdə gördüm ki,əlimdə bir vərəqi-müshəf var ikən nagah əlimdən qeyb oldu". Həzrət buyurdu ki:"Ey Fatimə, ol vərəq mən idim, nəzərindən qeyb olsam gərək". Bu əsnada Həsənvə Hüseyn hazır olub ayıtdılar: "Ey cəddi-büzürgvar, vaqiəmizdə gördük ki,havadə bir təxti-rəvan olub onun altında biz baş açuq yürürüz". Həzrəti-Rəsulayıtdı: "Ey cigərguşələr, ol təxt mənim nə’şİmdir ki, siz gisuyi-müşkbar açıbaltında yürüyəsiz". Bu vaqi’ələrdən və tə’birlərdən Əhli-Beytin naləvü fəğanı birqayətə yetdi ki, sədasın fələkdə mələk eşitdi. Şe’r:
Necə gözdən getməsün xunabə, canandır gedən,Necə cismi-zar ayaqdan düşməsün, candır gedən.Necə aləm olmasun əhli-nəzər çeşminə tar,Çün nəzərdən çeşmeyi-xurşidi-rəxşandır gedən.
Rəvayətdir ki, əyyami-mərəzdə bir gün dəxi Cəbrail nüzul edüb ayıtdı: "YaRəsulullah, kənduni necə görürsən?" Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, kəndumiməhmum və mətmum görürəm". Bir gün dəxi yenə bu sualı ayıtdı, yenə olcavabı eşitdi. Üçüncü gün Mələkül-mövt və İsmail nam bir mələk dəxi ittifaqlagəlüb Cəbrail ayıtdı: "Ya Rəsulullah, Mələkül-mövt babi-səadətdə durub püxsətistər və heç bəni-adəmdən rüxsət tələb etməmişdir". Həzrət buyurdu ki: EyCəbrail, rüxsətdür. Mələkül-mövt hücrə qapusından girüb səlam verüb ədəbtəriqilə ayıtdı: "Ya Rəsulullah, Həq bəni sənin riayəti-xatirinə mə’mur etmişdir,əgər rüxsət olursa nəqdi-ruhunu xəzaneyi-behiştə təslim edəyim və əgər olmazisə gəldiyim kibi Mə’budimə gedəyim". Həzrəti-Rəsul Cəbraildən yana nəzərqıldı, Cəbrail ayıtdı: "Ey Seyyidi-Kainat, Həzrəti-İzəd müştaqi-cəmalındür vəərvahi-ənbiya arizuməndi-vüsalın". Həzrəti-Rəsulullah ayıtdı: "Ey Mələkül-mövt,sənin şəmşiri-səlabətin miqrazi-rişteyi-müba’idətdür və tiğiheybətün şəm’işəbistani-müvasilət. Xidmətində təqsir etmə ki, bən dəxi müştaqi-liqayam vəarzuməndi-aləmi-bəqayam". İbn Əbbasdan nəqldir ki, Həzrəti-Rəsulun vəfatgünü Həzrəti-İzəd buyurdu ki, Mələkül-mövt yer yüzünə yenüb rüxsət hasiletmədən Həzrəti-Rəsulun qəbzi-ruhi-şərifin qılmaya və küstaxanə mütəərrizolmaya. Mələkül-mövt bin-bin məlaikə ilə əlbiseyi-müləvvən geyüb və ənvaizibüzinnət ilə müzəyyən olub ol Həzrətin dəri-dövlət-sərayinə gəldilər.Mələkül-mövt bir ə’rabi surətində mütəməssil olub rüxsətidüxul istədi. Fatiməhazır idi, cəvab verdi ki: "Ey ə’rabi, Həzrəti-Rəsul kəndü halına məşğuldur, halaməcali-mülaqat degil. Mələkül-mövt səda bülənd edüb bir dəxi rüxsət istədi.Fatimə həm ol cəvabı verdi. Üçüncü növbət əşəddi-əsvatlə səda yetürdü ki,Həzrəti-Rəsul xəbərdar olub Fatimədən keyfiyyəti-halı sual etdi. Fatimə ayıtdı:"Ya Rəsulullah, bir mübrim ə’rabidür, rüxsəti-mülaqat istər, üzrlə məmnu olmazvə mə’zirət ana faidə qılmaz". Rəsulullah ayıtdı: "Ey Fatimə, bilirmisənol ə’rabikİmdir". Fatimə ayıtdı: "Allahu və rəsuluhu ə’ləm". HəzrətiRəsulullah ayıtdı: "Ol qate’i-ləzzat və müfərriqi-cəmaat, yə’ni Mələkül-mövtdür,qəbzi-ruhum etməyə gəlmiş. Heç bab ana məsdud olmaz və heç kim dəf’inə çarəbulmaz. Rüxsətdən qərəz hörmətixanədani- nübüvvətdir, yoxsa ana nə ehtiyaciizzətürüxsətdir". Fatimə bu vaqiə’dən müztəribülhal olub bihuş olduqda,Həzrəti-Rəsul Fatimənin sineyi-bikinəsinə dəsti-mübarəkin qoyub bixud olub,Fatimə kəndüyə gəldikdə Rəsuli bixud görüb, təsəvvür qıldı ki, aləmi-bəqayatəvəccöh qılmışdır. Fəryad edüb ayıtdı: "Va əbətah mahalukə". Həzrət dideyiəşkbaraçub Fatiməyi giryan görüb ayıtdı: "Ey cigərguşə, ağlama ki, cümleyi-ərşsənin naləyi-zarindən fəğana gəldilər". Və kəndü mübarək əli ilə Fatiməninçehrəsindən sirişkin pak edüb münacat etdi ki: "Ya Rəb, bu dərdməndi bənimfəraqimdə səbr ilə mümtaz et". Pəs, təriqi-təsliyə ilə ayıtdı: "Ey Fatimə, bənimruhum qəbz olunduqda kəlimeyi-"İnna lillahi və inna ileyhi raci’un" təkrar edübtəhəmmül pişə qıl ki, hər insana İzəd hər müsibətdə əvəz vermək müqərrərdir vəhər təhəmmülə bin təcəmmül müqəddərdir. Fatimə ayıtdı: "Ey sərvər, sənəəvəzmi olur? Bu hala müqarin ümməhati-möminatı cəm’ edüb, cümləsinətəqvavü ta’ət və səbrü qəna’ət vəsiyyət qılub, Fatiməyə ayıtdı: "Həsən vəHüseyni hazır et". Həsən və Hüseyn hazır olub səlam verüb gtryan-giryanqarşusində durduqda cəmi’i-hüzzari-məclis ittifaqla giryan oldular. Şe’r:
Dəmi-vida’dır, ey çeşmi-tər, sirişk rəvan qıl,Zəmani-hicrdir, ey dil, töküb sirişk fəğan qıl.
İmam Həsən çehreyi-pürqübar rüxsari-pürənvarinə sürüb və Hüseyn dideyiəşkbarkəfi-payi-ərş miqdarinə yetirüb fəğan edərlərdi. Ol Həzrət’əyni-işfaqlaanlara nəzzarə qılub müfariqətlərindən ahihəsrət çəkərdi və sirişki-riqqət tökərdi."Məqtəli-Nurül-Ə’immə"də məsturdur ki, ol Həzrət hini-vəfatda Həsən vəHüseynə mütəvəccih olub derdi ki: "Ey diriğa, yetimlik qubarı çehreyi-əhvalinizidutub bikəslik-əsəri surəti-ətvarinizdə peyda oldu və cəmiyyətünüz pozuldu.Aya, ümməti-bivəfa sizə nə cəfalar qılalar və nə bəhanə ilə mütəərriz olalar?" Butəkəllüm əsnasında biixtiyar giryan oldu. Ümmi Sələmə ayıtdı: "Ya Rəsulullah,səbəbi-giryə nədir?" Həzrəti-Rəsulayıtdı: "Əynəma bəkəytü rəhmətən liumməti". Yə’ni giryan olduğum ümmətimüçündür, zira hüsni-ehtİmamla şərəfi-İslam bulmuşikən və qabili-qürbi-İlaholmuşikən bəndən sonra İblis iğvasinə giriftar olalar və irtikabi-kəmali-mə’siyətqılalar. Həm anlara üqubəti-İlahi təvəccöh qıla və həm bənim sə’yim zaye’o la".
Rəvayətdir ki, ol əsnada Əli ibn Əbi Talibi tələb edüb. HəzrətiMurtəza gəlübol Həzrət səri-mübarəkin bəstərdən qaldırıb, bə’zi lazım olan vəsiyyətləri ədaqılub əmanətləri təslim etdi. Həzrəti Əlidən nəqldir ki: "Həzrəti-Rəçul bana binbab elm tə’lim qıldı ki, hər birindən dəxi bana bin bab məftuh oldu".
Əlqissə, Mələkül-mövt ə’rabi surətində qapuda durub icazət tələb edirdi.Aqibət, rüxsət hasil edüb, hücrəyə girüb dedi: "Əssəlamu əleykə əyyuhən-nəbiyyi". Həzrəti-Izəd səlamlar yetürüb qəbzi-ruh etməyə fərman etmişdir,fərman nədür?" Həzrəti-Rəsul ayıtdı: "Ey Mələkül-mövt, bənim səndən birhacətim var; bənim ruhum qəbz etmə, Cəbrail gəlməyincə". Mələkül-mövt ayıtdı:"Fərman sənindür". Bu hala müqarin Həzrəti-İzəd Rizvana buyurdu ki, behiştəayin bağlayub hurü qıl-manı müzəyyən qıla və Maliki-duzəxə əmr etdi ki,nəvairi-cəhimə təskin verüb həyyatü əqaribin səmiyyati rəf’ola və sükkani-aləmimülkümələkut və ərvahi-ənbiya və güruhi-mələ’iə’la istiqbala çıxalar vəxüddami-hərimi-ərş ənvari-qüdsdən çırağlar yaxalar. Və bu məsaleh mürəttəbolduqdan sonra Cəbrailə hökm oldu ki, sündüsi-behiştdən bir məndil Həzrəti-Rəsula ilətüb xidmətinə müşərrəf ola. Cəbrail giryan-giryan gəldikdə Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bunun kibi halətdə bəndən mübaidət ixtiyar edərsən,səbəb nədir? Cəbrail ayıtdı: "Ya Rəsulullah, sənün xidmətin bəni səndən duretmişdi, sənə bəşarət gətürmişəm, ya Rəsulullah, "Ənnirani qəd uxmidət və’lcinanuqəd züxrifət və’l-hurul-əyni qəd zuyyinət və’l-məlaikətu qəd səffət biqudumiruhikəl’əziz". Şe’r:
İştiyaqi-dövləti-qürbündədir ərvahi-qüds,Rəf’ edüb zülmət hicabın ərz qıl didarını.Rövzeyi-Rizvana vəslindən nəsib et növbəhar,Hurü qılman bəzminə şəm’ et məhi-rüxsarını.
Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu bəşarətlər xoşdur, əmma mənə birxəbər ver ki, bu xəbərlərdən əfzəl ola". Cəbrail ayıtdı: "Ya Rəsulullah, behiştsəndən və ümmətindən müqəddəm cəmi’iənbiyaya və ümmətlərinə həram ola".Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi xoşdur, əmma bundan ə’la xəbərəmüntəzirəm". Cəbrail ayıtdı: "Ya Rəsulullah, müqərrər oldu ki, ruzi-Qiyamətsibqətü təqəddümi-təfvizü şəfa’ət və tövfiqi-istehqaqi-rəhmət sənə verilə".Həzrəti-Rəsul ayıtdı: "Bu xəbər dəxi xoşdur, əmma bundan əşrəf xəbərəmütərəssidəm". Cəbrail ayıtdı: "Ey xazini-nüqudi-hikmət və ey əmini-gəncineyirisalət,nədür məqsədin?" Həzrəti-Rəsul ayıtdı: "Ey Cəbrail, ümmətimfikrindəyəm, aya, bəndən sonra həlli-əşkalü iğlaqi-məhamm və təhqiqimöhkəmatümütəşabihati-ayati-kəlam və təmyizi-həlalü həram və tədbiriləvazimi-şər’ü əhkam və nizamiqaideyi- İslama nə vəchlə iqdam edələr vədərdlərinə kimdən dərman bulalar?"
Cəbrail ayıtdı: "Ey sərvər, ənduh çəkmə ki, onları Həq-taala kəndi pənahindəsaxlayıb, Qiyamət günü sənin şəfa’ətüni onlara nəsib edə və ol miqdargünahlardan təcavüz qıla ki, razı olasan". Həzrəti-Rəsul ayıtdı: "Hala razı oldum,ey Mələkül-mövt, xidmətinə qiyam et". Mələkül-mövt ol Həzrətin qəbzi-ruhişərifinəməşğul olduqda ol Həzrət səqfi-səraya baxub deyərdi: "Ya rəfiqül-ə’la".Nagah bu kəlimə ilə aləmi-bəqaya intiqal etdi. Şe’r:
Uçdu ol tavusi-qüdsi-aşiyan,Getdi ol şahənşəhi-ülvi məkan.Gər cahana mümkin olsaydı bəqa,Tərk edüb getməzdi andan Mustəfa.
Bu bir rəvayət dəxi oldur ki, Mələkül-mövt Cəbrailin hüzurində ol Həzrətinruhi-şərifin qəbz edüb, Cəbrail ə’layi-illiyyinə ilətdi. Və Əli ibn Əbi Talibdənnəqldir ki: "Ol halətdə bən asimandan sədayi-"Va Muhəmmədah" istima’etdüm".
Rəvayətdir ki, Həzrəti-Nəbidən sonra hərgiz Fatimeyi-Zəhrayı kimsənəmütəbəssim görmədi ol zəmanədək ki, Həzrəti-Rəsula vasil oldu və mütləqmünbəsit olmadı ol vəqtədək ki, aləmi-bəqaya təvəccöh qıldı. Şe’r:
Ağla, ey Zəhra ki, səndən Mustəfadır fövt olan,Mustəfa fövti zəminü asimanı ağladur.Əfzəli-xəlqi-cahan çıxmış cəhandan lacərəm,Bu müsibət cümleyi-xəlqi-cəhanı ağladur.
Kitabxana.az · https://kitabxana.az/works/fuzuli-hediqetus-sueda-ucuncu-bab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Heç nəyəm, bir kəs mənə qılmaz cahanda etibar.
Ləlində həyat suyu rəvandırEşqinlə həyat cavidandır.
Bu vəfasız dəhrdə biz dərdə olduq mübtəlaDərdə adət etmişik, axtarmarıq hərgiz dəva.
Mənəm ki, görməmişəm əhli-ruzigarda vəfaNəsib olub mənə min dürlü dərd, cövr, cəfa,
Başqa şairlərin şeirləri
در مجلسی ، کسی بنبیند که این منم
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Sənin xatirinəNə yazsam sevgidən yazır,Qələm, sənin xatirinə.
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur