منم ندیده ز ابنای روزگار وفاولی کشیده ز هر یک هزار گونه جفا

منم چشیده بسی زهر غم ز بیدردانبدرد مرده و لب ناگشوده بهر دوا

منم کشیده قدم از بساط آزادیاسیر دام غم و مبتلای بند و بلا

نبود روز غمم همدمی بجز نالهز ضعف قالبم آن نیز گشت ناپیدا

نبود هم نفسم غیر ناله چون نیقدم شکست وز آن هم مرا فکند جدا

نه مونسی نه انیسی نه مشفقی نه کسیکه پیش او نفسی درد دل رسد ما را

نکرده جز بدن خاکی مرا آماجهزار تیر بلا گر فکنده دست قضا

چنان نبسته فلک راه بر مطالب منکه یک مراد بر آید بصد هزار دعا

طبیب من شده ادبار در علاج ولیدرون حقه اقبال مانده شهد شفا

میان اشک مرا ضعف کرده قصد هلاکبلا و غم شده مانع که باش همدم ما

شدست تابع اکثر اقل اعدایمو گر من ز کجا و دم از امید بقا

شکوفهای امیدم نداده میوه کامز داغهای دلم حاجتی نگشته روا

دل فسرده من سوخته در آتش فقرمراد دل زده بر من هزار استغنا

ز گریه سیم سرشکم تمام شد چکنمدگر چه صرف کنم بر بتان ماه لقا

زهر بلا بترست این که پیش سیمبرانبلای نیستی از انفعال کشت مرا

نه اختیار اقامت نه اقتدا سفرنه احتمال تجرد نه اعتبار غنا

شبی درین غم و اندوه ناله می کردمکه ناگه از طرفی هاتفی رساند ندا

که ای ستم زده در بی کسی مشو نومیدبشکر کوش که آمد مربی فقرا

رسید آنکه ترا بر گرفته بود ز خاکرسید آنکه ازو دیده هزار عطا

گل حدیقه دولت بهار گلشن بختنهال باغ ادب غنچه ریاض حیا

بلند مرتبه الوند بیک روشن دلکه در طریق ادب مرشدست راه نما

بنای دولت او را مخلدست اساسعلو رفعت او را مشیدست بنا

گهی شده بوجود عزیز یوسف مصرگهی دلیل ره قرب یثرب و بطحا

خلاف غیر شکوه سعادتش را هستعلاوه شرف از امهات و از آبا

نه عارضیست درو ارتکاب راه صوابمقررست که هرگز نکرده اصل خطا

ایا بلند نظر آفتاب اوج هنرکه مژده شرف قرب تست ذوق فزا

هزار شکر که بار دگر ز نور رختگرفت دیده ارباب اشتیاق ضیا

هزار شکر که بار دگر ز نخل قدتفتاد سایه بر افتادگان فقر و فنا

بحق آنکه مرا کرده است منشا صدقبحق آنکه ترا کرده است محض صفا

بحق آنکه مرا کرده است زار و فقیربحق آنکه ترا کرده است عز و علا

کزان زمان که ز چشم نهفته چو پریندیده ام ز کسی روی مردمی ابدا

ز رفتن تو مرا رفته بود عقل ز سرکنون که آمده باز آمدست بجا

انیس و مونس من در مقام تنهاییهمیشه ذکر تو بودست در صباح و مسا

تو بوده همه دم در دلم که در همه وقتتراست راه تقرب بخانهای خدا

شها فضولی بیدل جدا ز خاک درتبه تنگ آمده بود از تمامی دنیا

تو آمدی ز دلش رفت غصه عالمکشیده شاهد غم چهره در نقاب خفا

چگونه سر نکشد بر فلک که از پیششفتاد بار الم راست گشت قد دو تا

خزان گلشن بخشش گرفت رنگ بهاربعندلیب ز گل مژده ای رساند صبا

امید هست که تا هست بر سر عالممدار دایره دور آسمان برپا

سرای جاه تو معمور گردد و گرددفلک بکام تو در کارهای هر دو سرا

Mənəm ki, görməmişəm əhli-ruzigarda vəfa,
Nəsib olub mənə min dürlü dərd, cövr, cəfa,

Zəmanə əhli əlindən içib kədər zəhəri,
Ölüb də istəmədim kimsədən təbib, dəva.

Mənəm ki, dəhrdə göz çəkmişəm azadlıqdan,
Əsirəm, əl-qolumu bağlayıb tənabi-bəla.

Ağır günümdə mənə yar təkcə kölgəm idi,
Vücudum ol qədər incəldi, gözdən itdi o da.

Mənim də ney kimi nəğməm fəğan idi ancaq,
Qırıldı ney kimi qəddim, sinəmdə söndü nəva.

Nə yar var, nə müsahib, nə mehriban bir dost
Ki, dinləsin məni, dərdi-dilimi açsam ona.

Cahanda təkcə mənim cismimi hədəf seçmiş,
Kəmanə hər nə qədər ox qoyub atarsa qəza.

Mənim dilək yolumu öylə bağlamış ki, fələk,
Qəbula yetməz, edərsəm yüz illər ilə dua.

Təbibim oldu fəlakət, mənim əlacım olan
Səadətin şişəsi içrə qaldı şəhdi-şəfa.

Gözüm yaşında məni zə’f istəyir boğsun,
“Bizimlə qal” – deyə, mane olur qəm ilə bəla.

Azı çoxun sözünə tabe oldu düşmənimin,
Gər olmasaydı belə, mən hara, həyat hara?

Murad meyvəsi verməz ümid qönçələri,
Könüldə qövr eləyib qaldı həsrət ilə yara.

Tutuşdu qəm oduna, yandı binəva könlüm,
Mənə muradi ilə göstərərkən istiğna.
Tükəndi göz yaşımın incisi, gözüm qurudu,
Gözəl sənəmlərə nə sərf edim, xudavənda?

Həlak edər məni yoxsulluğun ağır dərdi,
Necə dözüm ki, bilib yoxsulam o mahliqa.

Nə qalmaq həqqi varımdır, nə getməyə hünərim,
Nə inzivayə ümid var, nə e’tibari-fəna.

Könül qəmilə gecə sızlayıb, qan ağlardım
Ki, qeybdən mənə nagəh yetişdi böylə nida

Ki, ey düçar olan zülmə, naümid olma,
Fəqirlərin köməyi gəldi, eylə şükri-xuda.

Odur səni götürən hümmətilə torpaqdan,
Odur sənə yetirən minlər ilə feyzü əta.

Səadətin gülüdür gülşəni-kəramətdə,
Ədəb bağında çiçəkdir, həya bağında səfa.

Geniş ürəkli, uca rütbəli o Əlvənd bəy
Ki, rəhbər oldu, apardı bizi o doğru yola.

Səadəti əbədidir, ətası sarsılmaz,
Cəlalı tutmuş onun elmü mə’rifətlə bina.

Əziz vücudi olub gah Yusifi-Misri,
Gəhi o şah edib əzmi-Yəsribü Bətha.

Cəlalü bəxti onun özgələrdən üstündür,
Ona bu izzəti bəxş eyləmiş ata və ana.

Təsadüfi deyil ondan səvab işlər, çün
Onun əlindən hələ çıxmamışdır əmri-xəta.

Sən ey vücudu hünər asimaninin günəşi,
Hüzur müjdən ilə qəlb tapdı zövqü səfa.

Xudayə şükr ki, bir də o sərv qəddindən
Dübarə sayə düşər biz fəqirlərin başına.
Xudayə şükr ki, bir də cəmalının nuri,
Yetirdi dostlarının gözlərinə feyzi-ziya.

Qəsəm ona ki, məni mənbəi-sədaqət edib,
Qəsəm ona ki, səni xəlq edibdi kani-səxa.

Qəsəm ona ki, məni xəlq edib fəqir, həqir,
Qəsəm ona ki, səni etdi xəlqə hökmü rəva.

O vəqtdən ki, pəri tək gözümdən oldun iraq,
Həqiqi insan üzü görməmiş gözüm, əbəda.

Başımdan əql sənin getməyinlə getmiş idi,
Sən indi gəldin, o da oldu nagahan peyda.

Əziz adın gecə-gündüz dilimdə əzbər idi,
Yeganə munisim idi qalanda mən tənha.

Könüldə təkcə sənə yer verib, yaşatdım mən,
Bununla borcumu həq qarşısında etdim əda.

Qapından ayrı düşərkən, şəha, Füzuliyi-zar
Gözündə dönmüş idi məhbəsə bütün dünya.

Silindi bu gəlişinlə məlal könlümdən,
Kədər yox oldu, qəmin ruzigari geydi qara.

Necə fələklərə baş vurmasın ki, çiynindən
Ələm yükü götürüldü, düzəldi qədd, şəha!

Bahar gəldi, xəzan köçdü bəxt bağından,
Yetirdi bülbülə gül müjdəsini badi-səba.

Bir arizum budur, ey sərvərim ki, aləmdə,
Nə qədr dövrə vurur asiman yerin başına,

Muradına çatasan hər iki cahanda, fələk
Cəlal qəsrini etsin səfalı bir mə’va.


← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri