Bu nüsxeyi-nami ki, müsaidəti-xameyi-siyəhruzigari-əşkbarla zühura gəlürvə bu nameyi-girami ki, müavinəti-kilki-sərgəşteyibiqərardan təhrir alur,zəfərnameyi-sultani-Kərbəla Hüseyn İbn Əliyyi-Murtəzadür ki, dərdmeydanından ələmi-ahi-cigərsuz çəkub və mərdümi-dideyi nəmdidədən qanlartöküb, cəm’iyyəti-cüyuşibəliyyati- mövfurə və ictimai-əsakiri-məsaibi-qeyriməhsurəilə təsxiri-məmaliki-əltafi-sübhani etmiş və fəthi-əqalimi-’əvatifi-İlahiqılub, səltənəti-səriri təqdirdə dərəceyi-kəmalə yetmiş. Şe’r:

Təalallah zəhi sultan ki, dərgahi-fələkqədriMədari-dinü dövlət, qibləgahi-əhli-aləmdür.Ana olmuş müyəssər kəsbi-feyzi-dünyəvü üqba,Ana təsxir-mülki-surətü mə’na müsəlləmdür.

Və müsibətnameyi-Yezidi-pürcəfadür ki, şəbistani-[qəflətdə] təhriki-həvayinəfslə,çiraği-tövfiqi-sə’adəti intifa bulmuş və seyliNili- zəxarifi-dünyaylabinayi-imanü İslami viran olmuş. Şe’r:

Zəhi nadan ki, qədrin bilməyüb tövfiqi-İslamın,Məta’i-faniyi-dünyaya vermiş nəqdi-imanın.Təvəccöh həşr divaninə qılmış mülki-dünyadan,Tirazi-nameyi-ə’mal edüb məzlumlar qanın.

Filvaqe’, əbdanından müfariqət edən ərvaha müşahideyi-əhvalidünyamümkün olsa və nüfusi-insaniyyə inhilali-bədəndən sonra ümuridünyaya ettila’bulsa mə’lumdur ki, Həzrəti-Hüseyni-Əli çəkdügi cəfalərdan hasil etdügisə’adətlə zəman-zəman məhzuz olub tərviciməzar və tə’zimi-övlad və təksirimənaqibümədayihdən Qiyamətədək nə miqdar təməttö’ olur və Yezidi-pəlidetdügi əməl cəzasın görüb,ləhzə-ləhzə təcəddüdi-lə’nət və tə’əddüdi-ənva’i-ihanət və təcərrö’izəhriməzəmmətdənnə bəlalarla mütəəllim olur. Şe’r:

Dari-dünyada bu yetər olara,Əsəri-cənnətü nişani-cəhim.Məhşər olduqda xud müqərrədir,Ne’məti-baqivü ’əzabi-’əzim.

Həqqa ki, Hüseyni-şəhidün zikri-vaqieyi-şəhadəti-mövcibitəcdidi- kəmaliixlasue’tiqad olmağın eyni-ibadətdür və məzlumiKərbəlanın təkrari-vəqaye’imüsibətibaisi-tənbihi-əhli-qəflət olduğu səbəbdən kəmali-sə’adətdür. Şe’r:

Hər kim ki, zikri-vaqieyi-Kərbəla iləBir natəvanın eyləyə çeşmini əşkbar,Gülzari-izzü cahini sərsəbz qılmağa,Ol çeşmi-əşkbar yetər əbri-növbəhar.

Əgərçi zikri-vaqi’eyi-Kərbəla təqrir edən zəbani-növhəsəra bərqi-ələmdən birşö’leyi-cansuzdur və keyfiyyəti-əhvali-şühəda təhrir edən xameyi-məlalətfəzakəmani-küdurətdən bir navəkidilduzdur, əmma ol şö’leyi-cansuz zəbanəçəkdükdə sineyi-ərbabiməhəbbətdən qeyri mövqidi-iltihab bulmaz və ol navəkidilduzpərvaza gəldükdə dili-əshabi-vəfadan qeyri nişanə qılmaz. Şe’r:

Tök ey müjgan, cigər qanın ki, gəldi giryə həngamı,Gəl ey əşki-rəvan kim, getdi eyşü işrət əyyamı.Gətür təqrirə bir-bir ruzigarın surəti-halınKi, bilsünlər nədür dünyayi-dunpərvər sərəncamı.

Nüsxeyi-"Şəvahidün-nübüvvət"də məsturdur, bəlkə cümleyi-aləmdəməşhurdur ki, Həzrəti Hüseyn bin Əliyyi-Murtəza üçüncü İmamdür əimmeyi-isna’əşərdən və künyəti-şərifi Əba Əbdullah və ləqəbi-mübarəki Zəki və Şəhidvə Sibt olub, sə’adəti-viladəti Mədinədə hicrətün dördüncü yilində Şə’ban ayınınbeşinci günündə seşənbə güni vaqe’olmuş.

Rəvayətdir ki, nihali-xilqətləri gülşəni-sə’adətdə zühura gəlüb həqiqeyi-fəzayi-vücudu müzəyyən qıldıqda, müjdeyi-təşrifi-qüdumuHəzrəti-Rəsula yetüb, ol Həzrət iştiyaqi-təmamla Fatimə hərəmsərasinəsayeyi-iltifaq buraxub, Əsma binti-Ümeyşə ki, qabilə idi, ol cövhəri-qabiliHəzrəti Seyyid hüzurinə gətürdikdə ol Həzrət Əli ibn Əbi Talibə ayıtdı: "Ya Əli,bu fərzəndi-səadətməndi nə ismlə mövsum edərsən?" Murtəza Əli ayıtdı: "YaRəsulullah, haşa ki, bən bu məsləhətdə Həzrətinə təqəddüm edəm. Səlahım səninsəlahındır, əmma xatirimdə bu idi ki, Həzrətinizlə müşavirət edüb, ismin yaHərb, ya Cəf’ər edəm". Həzrəti-Rəsul ayıtdı: "Bən dəxi bu təsmiyədəVacibülvücuda sibqət etməzəm". Bu hala müqarin Cəbrail nüzul edüb səlamverüb dedi: "Ya Rəsulullah, bu tiflün dəxi ismin Harun Nəbi oğlunun isminəmüvafiq Şəbir eylə. Şəbir lüğəti-Yunanda Hüseyndür". Pəs, həsbüləmr ismimübarəkinHüseyn etdilər. Tədriclə ol Həzrətin afitabi-rif’ətləri gündən-günəasimani-vilayətdə dərəceyi-irtifa’ bulub və hilali-fitrətləri xurşidi-risalətdəniqtibasi-ənvabi-feyt etməklə mahi-təmam olub cami-cəmi’i-fəzaili-surivümə’nəvi oldu və hər fəzilətdə iqtidari-təvəffüq və hər mə’nidə e’tibari-kəmalbuldu. Filvaqe’, nə fəzilət bundan ziyadədür ki, məcmu’i-məşahiri-əimməvüəkabiri-sadat anun nəslindən olub silsileyi-siyadət ana mərbut ola və nə mərtəbəandan əfzundur ki, təcdidi-tə’ziyəsindən Qiyamətədək həqiqəti-həqqü batiltəmyiz bula. Əlhəq, bir nihali-xücəstə ki, xakitinəti-Zəhradan baş çəküb, zülali-cuybari-şəfqəti-Murtəzadan və nəsimi-iltifati-Mustəfa ilə nəşvü nəma bulmuşola, mə’lumdur ki, aqibət nə bar verür. Və bir gövhər ki, sədəfi-bətni-Fatimədən,nisani-kəmali Murtəzadan zühur bulub dəryayi-intisabi-Rəsulullahda hasil olmuşola, yaxındı ki, bazari-həqiqətdə nə qiyamət bula. Şe’r:

Gər qələm olsa qamu əşcarü dəryalar midad,Gəlməyə təfsillə təhrirə övsafi anın.Gər ədu həm kami-dil buldiysə11 qətlindən nola,Cümləyə məftuhdi əbvabi-əltafi anın.

Lacərəm hər cəhətdən zati-şərifi iqtizayi-kəmal etməgin bəlavü möhnətdədəxi rütbeyi-kəmalın görün və məqami-şiddətdə dəxi ülüvvi-mərtəbəsinmülahizə qılun ki, cəmi’i-ənbiyavü övliyadan mümtaz bimü’avinü müzahiryetmiş iki zəxmi-mühlik ilə igirmi iki bin zalim arasında cidal edüb və fövtiənsabüövlad ana iztirab verüb, əczü istiğasəyə bais oldu və nə təfriqeyi-’əyal vəcəzə’i-ətfal və təkəddüri-əhval anı iztiraba salub əqidəsi təğəyyür buldu.

Rəvayətdir ki, ol Həzrətin xəbəri-şəhadətin Həzrəti-Rəsula Cəbrail kərratlayetürmişdür və əxbari-müsibətin dəfə’atla gətürmişdür. Ol cümlədəndür bu ki, olməzlumun viladətindən müqəddəm Ümmül-Fəzli- Haris bir gecə vaqiəsindəgördü ki, Həzrəti-Rəsulun ə’zayişərifindən bir miqdar kəsüb anın kənarınaburaxdılar. İztirabla yuqudan bidar olub, Həzrəti-Rəsul xidmətinə varub surətivaqiə’yietdükdə, Həzrət buyurdu ki, ey Ümmül-Fəzl, Fatimə hamilədir birxələfi-salehə və ol bənim cigərguşəmdür, ənqəirb mütəvəllid olur, sən dayəsiolursan.

Rəvayətdir ki, əyyami-tüfuliyyətdə bir gün Həzrəti-Rəsul ol mə’sumukənarinə alub, yüzün yüzünə sürüb, şəhzadəyə təqazayiİraqət zahir olubqətəratindən bir rəşhə Həzrəti-Rəsulun daməni-’ismətinə irişdi. Ümmül-Fəzl olvaqi’ədən əsəri-infi’al peyda qılub ol məzlumu ünflə Həzrəti-Rəsulun kənarindənaldı bir növ’lə ki, təb’inaziki münzəcir olub giryan oldu. Həzrəti-Rəsul ayıtdı:"Ey ÜmmülFəzl, nişə cigərguşəmi ağlatdun? Müqərrərdür ki, bu qətrəninküdurəti əndək suyla zail olur, əmma bu məzlumun küdurəti-xatirindən xatiriməyetən küdurət dəryalarla zail olmaz". Bu hala müqarin Cəbrail nüzul edüb ayıtdı:"Ya Rəsulullah, sən Hüseynin bir qətreyi-abi-didəsi tökülməkdən mükəddərolursan, Kərbəlada ə’zasindən yüz çeşmə açılub bir-birindən seyli-xun axdığıngörsən halın nolur?" Həzrəti Rəsul mütəəllim olub giryan oldu. Şe’r:

Vəh ki, şahi-Kərbəlanun möhnətin izhar edüb,Matəmindən göstərür hər yildə dövran bir bəhar.Ol bəharın laləsi xunin cigərdür çak-çak,Bərqi ahü rə’di əfğan əbri çeşmi-əşkbar.

Və ol cümlədəndür bu ki, bir gün nəvidi-nişati-eydlə xəlqi-aləm xürrəm vəəsbabi-cəm’iyyəti-aləm fərahəm olmuşdu. Şəhzadələr ittifaqla Həzrəti-Rəsulxidmətinə müşərrəf olub təzərrö’lə ərz etdilər ki, ey seyyidi-kainat, övladi-əkabiri-Qüreyş əlbiseyi-müləvvəni-müccəddədlə mübahat edərlər. Biz dəxi ki,şəcəreyi-bustani-vilayətüz, növbəhari-iltifatindən xəl’əti-mücəddəd iltimasedərüz.

Həzrət bu əndişə ilə mütəvəccihi-dərgahi-İlah ikən Cəbrail nüzul edübbehiştdən iki hilleyi-kafurgun gətürüb, birin Həsənə və birin Hüseynə namzədqıldı. Şahzadələr ol xəl’ətləri rəngdən sadə görüb təzərrö’ etdilər ki, bizümxəl’ətümüz müləvvən gərək. HəzrətiRəsulullaha Cəbrail ayıtdı: "Bu daiyə səhldür, ya Rəsulullah, buyur sugətürsünlər bu xəl’ətlər üzərinə tökəyim. Sən yədi-qəmərşikafla tə’sir et,şahzadələr lövn ixtiyar etsünlər". Ol əmrə şüru olunduqda Həzrəti-İmam Həsənayıtdı: "Bana xəl’əti-zümürrüdfam mətlubdur". Həzrəti-İmam Hüseyn ayıtdı:"Bana cameyi-laləgun mərğubdur". Filhal eşitdikləri kibi müyəssər olub,xəl’ətlərin geyüb şad olduqda Cəbrail giryan oldu. Həzrəti-Rəsul ayıtdı: "Eysərxeyli-məlayik, bənim övladım nişatı səni məhzun etmək bir hikmətdən xalidegil". Cəbrail ayıtdı: "Ey Seyyid, məgər şəbi-Me’rac behiştdə gördügün qəsrləriunutdun ki, İmam Həsənin qəsri zəbərcədgun və İmam Hüseynin qəsri lə’lfamidi. Bu xəl’ətlər lövni dəxi ol mə’niyə işarətdür, zira İmam Həsən zəhr içüb,hiyni-vəfat rəngi-mübarəkt zümürrüdfam olub və İmam Hüseynin rüxsareyişərifinxunabeyi-cigər laləgun qılur". Şe’r:

Saqiyi-dəhrün iltifatı budurKi, Həsən sağərinə zəhr tökər.Çərx cəlladının budur hünəriKi, Hüseyni-şəhidə tiğ çəkər.

Və ol cümlədəndür bu ki, İmam Təbəri "Təfsiri-Kəbir"də məstur etmiş ki,cümleyi-səhabədən Dəhiyyə nam bir pakizə-surət kimsə əksəri-övqat ticarətəgedüb-gəldikdə Həzrəti-Rəsul xidmətinə hədiyyəsiz gəlməzdi və töhfəsizolmazdı və şahzadələr mö’tad olmağın hərgah ki, Dəhiyyə hazır olurdu, hərcanibdən astinü giribanına əl urub hədiyyə təvəhhüs edərlərdi.Bir gün Cəbrail Dəhiyyə surətində Həzrəti-Rəsulla müsahibət edərkənşahzadələr gəlüb, Cəbraili Dəhiyyə təsəvvür edüb, bitəkəllüf kənarına çıxubastinü giribanına əl uzatdılar. Həzrəti-Rəsul ol hərəkətdən infi’al bulub mən’etmək sədədində ikən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bunlara mane’ olma vəhərəkətlərin bana nisbət tərkiədəb mülahizə qılma ki, bən bunlarınxidmətkariyəm.

Və çox vaqe’ olmuşdur ki, Həzrəti-Fatimə təhəccüd nəmazından sonramütəvəccihi-xab olub, bunlar ağazi-giryə qıldıqda, Həzrətiİzzətdən bana fərmanyetübdür ki, bunların gəhvarələrin təprətüb giryələrinə təskin verəm, ta Fatiməbidar olmaya və müjdeyi-sədasın bunların səm’i-mübarəklərinə bən yetürmişəmvə hala kənarıma çıxub astinü giribanıma əl ursalar, əcəb olmaz, əmmaheyrətdəyəm ki, aya bu təcəssüsdən nədir müradları?" Həzrəti-Rəsul ayıtdı:"SəniDəhiyyə təsəvvür edərlər və Dəhiyyə hazır olduqca bir hədiyyədən xaliolmazdı". Filhal Cəbrail yədi-iqtidarla behiştdən bir xuşeyi-əngur və bir ənargətürüb anlara verdikdə tənavül tədarükündə ikən bir sail avaz yetürdi ki: "EyƏhli-Beyt, bana ol əngur və ənardan nəsib həvalə qılun". Həzrəti-Rəsul kərimifitrimüqtəzasincə hissə vermək istədikdə Cəbrail mane’ oldu ki, "ya Rəsulullah,bu sail İblisdir. Miveyi-behişt ana həram ikən hiylə ilə tənavül etmək istər".Əlqissə, İblis məmnu’ olub, şahzadələr meyvə tənavül etməgə iştiğal etdikdəCəbrail giryan olub ayıtdı: "Ya Rəsulullah, bu iki şahzadənin birin zəhrlə vəbirin tiği-qəhrlə şəhid edələr və bunların müsibəti sənə mövcibi-rif’əti-məzilətvaqe’ ola". Şe’r:

Əgərçi əqrəbi-övladı qətlinin xəbəriRəsul həzrətinə ə’zəmi-məsayib idi.Vəleyk faidə ol ə’zəmi-məsayibdə,Əcəlli-mənzilətü əşrəfi-məratib idi.Ərəbiyyə:İnnə fil-cənnəti nəhrən min ləhəbin,Li-Əliyyun və Hüseyn və Həsən

Ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsul xidmətinə gəldikdəİmam Hüseyn ol Həzrət kənarında olub, rüxsari-mübarəkindən öpüb nəvazişqılurkən Cəbrail ayıtdı: "Ya Rəsulullah, bu fərzəndi-sə’adətməndi sevərmisən?"Həzrəti-Rəsul ayıtdı: "Nə’əm ovladna akbadəna". İttifaqən Həzrəti-Hüseyningərdəni-lətifində rişteyi-həmayildən bir əsər zahir olmuşdu. Cəbrail ana baxub,mütəəllimü mütəəmmil olub, Həzrəti-Rəsul ayıtdı: "Ey bəradər, bu riştəəsərindən sərrişteyi-məlalət dutduğunda hikmət nola?" Cəbrail ayıtdı: "YaRəsulullah, ənqərib dəşti-Kərbəlada bu məzlumun fərqi-mübarəkin ol riştəəsərindən qət’ edüb, ana cəfalar qılalar". Şe’r:

Kərbəla dəştinün avarələrin yad qılub,Əxtəri-əşk töküb gərdişi-gərdun ağlar.Çərxdən ağlama, zalim deyü, ey qafil kim,Çərx bu vaqiə’də cümlədən əfzun ağlar.

Və ol cümlədəndür bu ki, bir gün Cəbrail Həzrəti-Rəsulla müsahibətdə ikənHüseyn hazır olub Həzrəti-Rəsul kənarında qərar dutdu. Cəbrail ayıtdı: "YaRəsulullah, ənqərib bu fərzəndi-dilbəndüni qətl edələr". Həzrəti-Rəsulullahayıtdı: "Ey Cəbrail, bu əmri-qəbih kimdən sadir ola?" Cəbrail ayıtdı: "Ümməti-bivəfalərindənzühura gələ". Və canibi-Kərbəlaya işarət qılub və bir qəbzə xakalub Həzrəti-Rəsula verdi ki, "bu xak anın məqtəlindəndür və anın qanıylarəngin olacaqdır". Şe’r:

Ol lə’lparə dərdi əgər qılmasaydı kar,Fərqinə urmaz idi zəmin səngi-kuhsar.Gər olmasaydı vasiteyi-matəmi-Hüseyn,Seylabi-əşk axıtmaz idi çeşmi-çeşməsar.

"Şəvahidün-nübüvvət"də məsturdur ki, Hüseyni-şəhid sinədən ta kəfi-payşəbih idi Rəsulullaha və Həsən fərqdən ta sinə. "Sünəni-Termezi" də məzkurdurki, Həzrəti-Rəsul buyurmuş ki, bən Hüseyndənəm və Hüseyn bəndən. Izəditə’ala sevsin anı ki, Hüseyn sevər".

Rəvayətdir ki, bir gün Həzrəti-Rəsul səhabə ilə bir küçədə gedərkən cəm’iətfalgördü, ol cəm’dən bir tifli dutub, əlin öpüb nəvaziş qıldı. Sual etdilər ki, "yaRəsulullah, bu iltifatinlə sərəfraz olan tiflirəşid nə qərabətlə və nə nisbətləmərhəmətinə məzhər vaqe’ oldu?" Həzrəti-Rəsulullah ayıtdı: "Bu tifl bir günbənim Hüseynimlə müla’ibə edüb, xaki-qədəmin gözlərinə sürərdi. Ol gündən butiflə məhəbbət buraxmışam və ana və anasına və atasına şəfi’ oluram". Şe’r:

Əsəri-xidməti-Hüseyni-ƏliSəbəbi-dövlətü səadətdir.Rəhi-eşqində tərki-can etməkMövcibi-rütbeyi-şəhadətdir.

"Şəvahidün-nübüvvət"də məsturdur ki, bir gün Həsən və Hüseyn Həzrəti-Rəsul hüzurunda müsari’ə edərlərdi və Həzrəti-Rəsul derdi: "Ya Həsən, dutHüseyni". Fatimə hazır idi, ayıtdı: "Ya Rəsulullah, Həsən bəradəri-əkbərdür.Əcəb ki, əsğərə həvadarlıq münasib ikən əkbərə mü’avinət qılursan?" Həzrəti-Rəsulullah ayıtdı: "Ey Fatimə, Cəbraili-Əmin Hüseynin müavinətindədür".

Və "Üyunür-Riza"da Hüseyn bin Əlidən nəqldür ki, bir gün cəddi-büzürgvarımxidmətində idim və Əbi İbn Kə’b anda hazır idi. Həzrəti-Rəsulbuyurdu ki: "Mərhəba və həyyən bikə ya Əba Əbdəllahi, ya zəynə’s-səmavativəl-ərzi". Əbi İbn Kə’b ayıtdı: "Ya Rəsulullah, asimanü zəminə səndən qeyrzinət varmı?" Həzrəti-Rəsul buyurdu ki, ey İbn Kə’b, ol mə’bud həqqiçün ki,bəni [übbadinə] həqlə irsal etdi ki, Hüseyn bin Əli netə ki, zivəri-mərkəzixakdür, andan ziyadə zinnəti-səhayifi-əflakdır. Həqqa ki, ismi-şərifi zil’ieyməniərşdəmisbahi-hüda ibarətilə yazılmışdur.

Və İbnül-Həsən isnadi-Əbi-Əvaidlə nəql etmiş ki: "Həzrəti Rəsul buyurmuşki, Həsən və Hüseyn iki güşvareyi-ərşdirlər və ol zəmanda ki, Həzrəti-Izzətbehiştə[xəl’əti] xilqət verdi, [buyurdu ki,] sən məskəni-məsakin olsan gərək.Behişt zəbani-halla göftara gəldi ki, ya Rəb, səbəb nədür ki, bəni miskinlərə vədərvişlərə məskən edərsən? Nida gəldi ki, ey behişt, bu sə’adətə razı olmazmısanki, ərkanını Həsən və Hüseynlə müzəyyən edəm?" Behişt ol müjdəyə mübahatedüb ayıtdı: "Rəzəytu rəzəytu". Zəhi səadətməndlər ki, güşvareyi-ərş və zinətiərkani-behişt olalar və bargahi-qürbdə bu miqdar rif’ətü mənzilət bulalar. Şe’r:

Asimani-qədrü kani-lütfü baği-elmdənİki əxtər, iki gövhər, iki sərv olmuş ’əyan.Cümleyi-xəlqi-cəhandan bula bilməz bir bədəlBu birinə ol birindən qeyri əqli-xürdədan.

"Kənzül-qəraib"də məsturdur ki, bir gün bir ə’rabi HəzrətiRəsula bir ahubərrə hədiyyə gətürdi və Həzrət anı Həsənə lütf etdi. Və İmam Hüseyn andanvaqif olub, Həzrəti-Rəsul xidmətinə gəlüb ayıtdı: "Ya cəddah, bana dəxi bir ahubərrə gərək". Və heç bəhanə ilə təsəlli bulmayub giryəyə ağaz etdi. Həzrəti-Rəsul mütəfəkkir ikən gördü ki, səhradan bir ğəzalə bəççəsin önünə buraxubtə’cillə gəlür. Həzrət-Rəsulullah hüzuruna yetdükdə zəbani-fəsihlə ayıtdı: "YaRəsulullah, İzədi-tə’ala bana iki bəççə kəramət qılmışdı, birin səyyad dutub, biribənimlə qalmışdı. Rizainə məşğul ikən nida gəldi ki, ey ğəzalə, bir fərzəndinHəzrəti-İmam Həsənə vasil oldu və hala Hüseyni-məzlum Həzrəti-Rəsuldan ahu bərrə tələb qılub, giryə ağaz etdi. Təvəqqüfetməyüb, bu fərzəndini dəxi anın xidmətinə yetür və bu qübari-kudurəti anınkönlündən götür, yoxsa seyli-əşki binayi-ərşə təzəlzül salur və əsəri-məlalətiməlaikəyi bitabü taqət qılur". Həzrəti-Rəsul ol xəbərdən məsrur olub, ahu bərrəyiİmam Hüseynə verüb xatirin təsəlli etdi.Ey əzizlər, məlaikeyi-asiman və vühuşi-ərz rəva görmədilər ki, bir qətrə əşkirəvan ola. Aya, anlar ki, rüxsarın qərqeyi-xunab etdilər, nə cəvab verərlər? Şe’r:

Ey əhli-kin, nəbivü vəli busəgahını,Xunabi-nab qərqəsi etmək rəvamıdur?Qət’i-təəllüq eyləmək Ali-Rəsuldan,Biz ümmətüz deyənlərə şərti-vəfamıdur?!

İmam Nəcməddin ol Həzrətin hüsni-sirətində gətürmiş ki, "əl-kaziminə’l-qəyzəvə’l-afinə əni’n-nasi və’llahu yuhibbul-muhsinin" məzmunu ana məxsusümənsubdur. Zira bir gün əşrafi-Qüreyşlə bir maidə üzrə hazır ikən bir məmlukxidmətkari bir zərfi-məmlüv məclisə gətirürkən əlləri titrəyüb, ol tə’ami-gərmşahzadənün fərqi-mübarəkinə töküldükdə, Həzrəti-İmam tə’diblə xidmətkarabaxdıqda xidmətkar təvəhhüm edüb zəbaninə bu cari oldu: "Əl-kaziminə’lqəyzə".Həzrətiİmam təbəssüm edüb ayıtdı: "Kəzmu qəyzin" etdim".Xidmətkar ayıtdı: "Vəl-afinə əni’-nas". Həzrəti-İmam ayıtdı: "Əfv qıldım".Xidmətkar ayıtdı: "Vəllahü yuhibbul-muhsinin". Həzrəti İmam ayıtdı: "Sənimalımdan azad etdüm və mə’işətin kəndü zimmətimə lazım qıldum". Hüzzariməclisbu vaqi’ədən mütəhəyyir olub insaf etdilər. Cənab-Xaceyi-Parsa "Fəslül-xitab"da həman bu miqdar gətürmiş ki, Həzrəti-Rəsulun üzvi-mübarəki olancigərguşə-lərə bu nə’t yetər ki, "İnnəma yuridullahu li-yüzhibə ənkumu’r-ricsəəhləl-bəyti və yutəhhirəkum təthirən" anların şə’nindədür. Şe’r:

Mədhi-Hüseynü vəsfi-Həsən qılsalar tələb,Xətmi-kəlam edüb qılalım müxtəsər sözü.Ol iki bərgüzideyi-dövri-zəmanədürİki cəhan pənahı, cəhanın iki gözü.

Və "Məsabihül-qülub"da məsturdur ki, Cəbrail behiştdən bir ənar, bir sib vəbir beh gətürüb Həsən və Hüseynə verdi. Həzrəti-Rəsul ayıtdı: "Ey cigərguşələr,bu meyvələri validü validə hüzurinə ilətüb ittifaqla tənavül qılın. Əmma hərbirindən bir miqdar zəxirə edin". Rəvayətdir ki, ol qaidə üzərinə hər gün tənavüledüb bir miqdar zəxirə etdükdə yenə dürüst olurdu. Fatimə dünyadan getdükdəənar qayib olub, Murtəza dari-üqbaya intiqal etdükdə beh dəxi mə’dum oldu.Əmma sib Həzrəti-Hüseynlə qalub, dəşti-Kərbəlada anınla qət’i-ətəş qılurdı və olHəzrət şəhid olduqda ol dəxi qayib oldu.

Həzrəti-İmam Zeynəlabidindən nəqldir ki, ixlasla HəzrətiHüseynin türbətinziyarət qılan ol sib rayihəsin istişmam edər. Şe’r:

Ey xoş ol dərgahi-ərşasayi-aliqədr kim,Xaki-pakindən məşami-can alır buyi-behişt.Həbbəza, ol mərqədi-əşrəf ki, xaki-pakinin,Təşneyi-cüllabi-vəslidür ləbi-cuyi-behişt.

Çün övsafına ol padişahın nihayət yoxdur və anın mənaqibü məhamidiçoxdur və bu müxtəsərdə qərəz iradi-keyfiyyəti-əhvaliKərbəladür, tətvilikəlamdanehtiraz edüb, məqsudü mətluba rücu’ etmək övladür.

Çəmənarayi-hədayiqi-hüznü məlal və bağü sərayi-riyaziinqilabü ixtilal burənglə ğərsi-nihali-izhari-hal etmiş və bu həvayla cuybari-təhrirə zülali-rəvayətyürütmüş ki, çün Mü’aviyə bin Əbi Süfyan məsnədi-hökumətdə dərəceyi-istiqlalbuldu və müxalifsiz və münazi’siz riyasəti-mülkə müstövli oldu, istiqaməti-mülkvə istidaməti-hökm üçün istid’a qıldı ki, Yezidi əyyami-həyatında vəli’əhd edüb,səriri-səltənətə nəsb edə və ol zalimi naibmənab[edüb] dünyadan gedə. Pəs,tədriclə tərtibi-müqəddəmat edüb, ətrafü cəvanibə məkatibü mərasil göndərüb,cəmi’i-əkabiri-Şam və İraqdan bey’ət aldı. Ribqeyi-bey’ətdən xaric həmanə’izzeyi-Hicaz qaldı. Və bu məsləhət üçün kəndü bizzat ol diyara getdi və anlarındəxi əksərin hər nə vəch ilə varsa razı etdi. Əmma dörd kimsənə bu surətdənimtina’ edüb, daireyi-bey’ətə girmədilər və Yezidin xilafətinə qət’ən rizavermədilər. Biri Hüseyn bin Əli, biri Əbdürrəhman ibn Əbu Bəkr, biri Əbdullahbin Ömər və biri Əbdullah Zübeyr. Bu xüsusda nə izhari-mülayimət və isari-mülatifətanlara müfid oldu və nə asaritəhdid və izrar[i-qilzət] faidə qıldı.Rüfəqayi-ərbə’ə bimi-ibramdan ittifaqla Məkkeyi-Müəzzəmədən Mədineyi-Münəvərrəyə intiqam etdilər və büq’eyi-Bəthadan xitteyiYəsribə nəqli-məkantəriqiylə məhmili-əzimət yürütdülər. ValiyiŞam anda dəxi varub, ənva’i-ciddücəhd edüb çarə qılmadı və bu vaqi’ənin heç tədbirlə islahın edə bilmədi. Əlqissə,bu surət müstəmirdi, ol zəmanədək ki, kəndü dünyadan gedüb Yezidə məqamümənzil müqərrər oldu və Yezid istiqlalla məsnədi-əyalətdə qərar buldu. Şe’r:

Zülm nəxlin tikdi baği-mülkə dövri-ruzigar,Cövr rəsmin qıldı dövrani-sitəmgər aşkar.Rayəti-iqbalını qıldı Yezidin sərbülənd,Çəkdi Ali-Mustəfa qəsdinə tiği-abdar.Bu xətadan ta əbəd çəkməzmi, ya Rəb, infi’al?Bu cəfadan ruzi-Həşr olmazmı, ya Rəb, şərmsar?

Ol sitəmkari-bədkirdarın ə’yani-dövləti və ərkani-həzrəti bir gün cəm’ olub,bu bünyadi-təzviri büsati-fəsada yürütdülər və anı bu fitnəyə təhris etdilər ki,əgər istidaməti-səltənət və istiqaməti-hökumət muradın isə, atan zəmanindəbey’ətündən təxəllüf edənləri bey’ətə gətür və əgər gəlməzlər isə, qübari-küdurətlərünnə vəchlə varsa, mir’ati-mülkdən götür ki, nizami-mülk ixtilafi-əqaidqəbul etməz və müxalifət bustanından nihali-təməttö’ bitməz.Ol müdbir bu nəsihəti anlardan qəbul edüb, Mədinə hakiminə bir naməyazdırdı bu məzmunla ki: "İstehqaqla yer yüzünün xəlifəsi olan və istiqlali-məsnədi-xilafətdə tövfiqi-əmarəti-İslam bulan Mü’aviyə bin Süfyan daridünyadanintiqal edüb, hala növbəti-icrayi-hökumət bana yetmişdür və hakimidivani-qəza mütəsəddiyi-həlli əqdinizami- aləmi bəni etmişdür. Hər ayinəlazımdür ki, cümhuri-xəvasü əvami-aləm və cəmi’i-əkabirü əsağiri-növ’i-bəni-Adəm bəni İmami-müftəri-züttəa və xəlifeyi-vacibül-ita’ə bilüb, müti’üm olub,rəqqeyi-inqiyadimdən rəqəbeyi-ita’ət çəkməyələr və gülzariitaətimdə miveyinədamətdərəcək nihali-müxalifət tikməyələr. İmdisən ki, valiyi-Mədinə olan Vəlid bin Ütbəsən, gərəkdür ki, ol diyarda olanə’zimü əşrafdan, xüsusən pedəri-büzürgvarım zəmanında bey’- ətimdənmütəmərrid olanlardan bey’ətim alasan və əgər qəbul etməzlərsə, qətl edübbaşların Şama göndərüb iltifatümə ümmidvar olasan".

Çün Vəlid bin Ütbə bu məzmuna ittila’ buldu, mütəhəyyir olub ayıtdı: "YaRəb, nə müşkül qəziyyə vaqe’ oldu. Əgər məzmuninə müxalifət etsəm, dünyadazərər görmək müqərrərdür və əgər mütaviət qılsam, xövfi-axirət əzabi-əkbərdür".İttifaqən ol zəmanda MərvaniHəkəm Mədinədə sakin idi. Hazır edüb, bu surətəmüttəle’ etdükdə ol müfsid ayıtdı: "Əgər atəşi-fitnə şərarə ikən intifa bulmasa,mürurla hiddəti-işti’al bulduqdan sonra ol şərarənin dəf’inə tədbir müşkil olur.Və seyli-bəlanın ibtidai-təhrikdə rəhgüzarı tutulmasına tədriclə təzayud bulubtədarüki-əldən inani-ixtiyar alur. Şe’r:

Aqil oldur kim, qəzayi-əmrə fürsət var ikən,Hüsni-əncamın əsiri-dami-tə’xir etməyə.Hər işin tədbiri-əncamində ehmal etməyüb,Kəndüzin məcruhi-tiği-tərkü təqsir etməyə.

Hala münasib oldur ki, ol dört kimsənəyi ehzar edüb bey’ət ərz edəsən, əgərqəbul etməzlər isə, anlara hakimin hökmün yürüdəsən".

Vəlid bin Ütbə anların ehzarın murad edüb əxbar etdikdə İmam HüseynləƏbdullah bin Zübeyr bir arada bulunub Əbdullah ayıtdı: "Ya Hüseyn, Vəlidinbizimlə nə məsləhəti var ola?" İmam Hüseyn ayıtdı: "Öylə anlaram ki, valiyi-Şamfövt olubdur və şəm’i-həyatı şəbistanihökumətdə intifa bulubdur. Zira bənbu gecə vaqi’əmdə gördüm minbəri nigunsar olmuş və əsasi-şövkəti-pozulmuş.Və hala bu xəbər Vəlidə yetüb, şüyu’ bulmadan bizdən Yezidün bey’ətin almaqistər və bizi tədbirlə daireyi-bey’ətə salmaq istər". Əbdullah ayıtdı: "Ya İbnRəsulullah, böylə olursa səlah nədür?" Hüseyn ayıtdı: "Bizdən nə münasib birfasiqin bey’ətinə girmək və bir facirin xilafətinə riza vermək? Həqqa ki, hərgizbu müyəssər olmayacaqdür və bu mə’na surət bulmayacaqdür". Şe’r:

Haşalillah kim, mələk fərmanbəri-şeytan ola!Əhli-ismət tabe’i-aludeyi-üsyan ola!Qanda caizdür bu kim, viran olub bünyadi-şər’,Əhli-iman olmayan mö’münlərə sultan ola?

Bu sözdə ikən Vəlidin rəsulu təkrarla ehzarlərinə tə’kid etdikdə Hüseyn binƏli surəti-qəzəb göstərüb ayıtdı: "Bu nə tə’cildür? Heç kimsənə gəlməsə bən xudgəlürəm. Vəlid təsəlli olsun". Qasid müavidət qılub vaqi’əyi ’ərz etdikdə Mərvanayıtdı: "Ey Vəlid, Hüseyn gəlməyəcəkdür". Vəlid ayıtdı: "Ey Mərvan, Hüseynbin Əli kəzzab və qəddar degil, çün gəlürəm dedi, əlbəttə, gəlür". Şe’r:

Güli-bustani-vəfadür Hüseyn,Düri-dürci-sidqü səfadür Hüseyn.Cigərguşeyi-Həzrəti-Fatimə,Süruri-dili-Mustəfadür Hüseyn.

Derlər Vəlid bin Ütbə bir mö’mini-pake’tiqad idi ki, Əhli-Beytin təriqiri’ayətlərindəsabitqədəm və məhəbbətlərində sahib sədad idi. Şe’r:

Mühibbi-xanədanın xatiri-pakində kin olmaz,Həvayi-nəfsdən bünyadi-imanı xələl bulmaz.

Əlqissə, Hüseyn bin Əli kəndü mənzilinə gəlüb mülazimlərindən bir neçəmüsəlləh kimsəyə buyurdu ki, bənimlə darüləmarəyə gəlün və dışrada hazır olun.Əgər bana qəsd etsələr, mümkün olduqca mü’avinət qılun.Ol sultani-səriri-İmamət ol şiri-bişeyi-şücaət Həzrəti-Rəsulullahın ridayi-mübarəklərinboynuna salub və əsayi-şəriflərin əlinə alub, Vəlidin mənzilinəmütəvəccih olub sarayına gəldikdə Vəlidlə Mərvan şahzadəyə tə’zim etdikdənsonra surəti-əhval ərz etdilər. Ol Həzrət buyurdu ki, bu bir qəziyyeyi-müxtəsərvə əmri-mühəqqər degil və anın kibi bir mö’təbər xəlifə olub, bənim kibi birmə’ruf kimsənə gizlü bey’ət etmək münasib görünməz. Yarın bir məcmə’i-ammedüb bu hekayəti izhar edün, ol məcmə’də hər nə səlah isə, izhar oluna. Vəlidayıtdı: "Ya Hüseyn, səlah budur". Mərvan ayıtdı: "Ey Vəlid, Hüseynün həbsinəhökm et, bu mənzildən xürucinə riza vermə ki, bir dəxi ələ gətürmək düşvar olurvə anın müqavimətinə qüdrət olmayub, bu məsləhət tə’viq bulur". Bu təkəllümistima’indən Həzrəti-İmama qəzəb müstövli olub ayıtdı: "Ya İbnəl-Zərqa, kimana qadirdür ki, bəni həbs edə? Həqqa ki, bana nisbəti-səfahət qılanun qanıylayer yüzüngülgun edərəm". Pəs, Vəlidə yüz dutub ayıtdı: "Ey Vəlid, bizƏhli-Beyti-risalətüz, biz xanədani-nübüvvətiz. Peyvəstə məqamımız məhəlli-tərəddüdi-məlaiki-müqərrəbdür və həmişə navəki-duamız hədəfi-icabətə yetməkmücərrəbdür. Yezid ki, xəmmarü fasiqdür, bey’ət etmək bizdən nə layiqdür?"Həzrəti-İmamın təkəllümün qayət səlabətdə istima’ edüb, mülazimlər alətihərblədüxul etmək tədarükündə ikən Həzrəti-İmam çıxub kəndü sə’adətsərayinərəvan oldu. Mərvan ayıtdı: "Ey Vəlid, Hüseyni həbs etmədigində xəta qıldun".Vəlid ayıtdı: "Ey Mərvan, haşa ki, bən Hüseynə qəsd edəm. Həqqa ki, əgərMəşriqdən Məğribədək bana bu şərtlə versələr, riza verməyəm və ana cəfa rəvagörməyəm. Zira ruzi-Məhşər Mustəfadan və Mürtəzadan xəcalət çəkmək düşvarolur və əlbəttə bu gün Əhli-Beytə cəfa qılan Qiyamətdə şərmsar olur". Şe’r:

Xuni-Ali-Mustəfa tökməz müsəlmanam deyən,Qəsdi-Əhli-Beyt qılmaz əhli-imanam deyən.Adət etməz kəndüyə Ali-Məhəmməd büğzünü,Ruzi-Məhşər talibi-tövfiqi-qüfranam deyən.

Bu hala müqarin bir məktubi-mücəddəd Yezidi-pəliddən Vəlidə irişdi buməzmunla ki: "Ey ə’zəmi-ə’yani-həşmətim və əkrəmiərkani- rif’ətim olanMədinə hakimi Vəlid bin Ütbə! Şümuli-mərhəmətim və ümumi-məkrəmətimixtisasindən sonra böylə mə’lum edəsən ki, bundan əqdəm bey’əti-əşrəfi-Hicazxüsusində məktubinamərğubum irsal olunmuşdu. Əsla əsəri zahir olmadığınasəbəb mə’lum olmadı. İmdi gərəkdir ki, bey’əti lazım olanlardan İmdiyədəkbey’ət alındıysa, "fəhuvəl-murad" və əgər hənuz məqami-tə’xirü təvəqqüfdə isə,tə’xirü təvəqqüf etməyüb, kəmali-diqqətlə iqdam edüb bəhərhal bu əmrisərəncam edəsən və filvaqe’ görəsən. Ol dört kimsənə təmərrüd edüb bey’ətəgirməmək müqərrər olduqda və üsyanları itaətimdən sübut bulduqda Əbdullahbin Zübeyr, Əbdullahbin Ömər və Əbdürrəhman bin Əbu Bəkrə çəndan mültəfitolmayasan, zira qanda olsalar, bənim qəzəbim anlara mülhəq olur və hər biri nərə’ylə süluk etsə, bəndən cəfayi-əməl bulur. Əmma Hüseyn bin Əli dəf’in lazımbilüb, qətl edüb, başın kəsüb bu canibə irsal edəsən. Nədən ki, ol afitabi-övci-şücaətvə sipehri-vilayət dirəxşan olduqcabənim əxtəri-iqbalım ehtİraqdədir və dövləti-dünya anın mülazimətinə təriqi-müraciətbulduqca bana nisbət daireyi-nifaqdədür".

Vəlid bin Ütbə ki, ol məktubun məzmununa ittila’ buldu və məfhumunamüttəle’ oldu, ayıtdı: "Həqqa ki, əgər Yezid bana cəmi’i-səltənətin versə, Hüseynbin Əli qətlinə riza verməyəm və zəxarifidünya üçün Ali-Məhəmmədin nahaqqanına girməyəm". Şe’r:

Haşa ki, mülki-dünya üçün tərki-din edəm,Ali-Rəsuli küşteyi-şəmşiri-kin edəm.Haşa ki, cahü dövləti-bie’tibar üçün,Şad eyləyüb Yezidi, Hüseyni həzin edəm.

[Pəs, ol hökmün surətin təhrir edüb, bir məhrəm ilə Həzrəti Hüseynə irsaledüb ərz etdi] ki: "Ey nuri-dideyi-Zəhra və sürurisineyi-Mustəfavü-Murtəza,haşa ki, sənün kibi padşaha bən kibi gədadan tərki-ədəb sadir ola və bən kibixaksardan sən kibi şəhriyara bir qəbahət zühur edüb mir’ati-zəmiri-münirinüzandan qübariküdurət bula".

Çıxsun ol göz ki, sana eyləyə qəhr ilə nikah,Yansun ol dil ki, sənün büğzünədür mənzilgah.Sınsun ol əl ki, sənün sidq ilə dutmaz ətəgün,Yetməsün kaminə hər kim ki, sənədür bədxah.

Əmma vəhmüm andandür ki, hakimi-Şam bəndən bir ehmal anlayub budiyara bir zalim kimsənə irsal edə və tədarüki-əhval üçün fürsət fövt olub ixtiyarəldən gedə. Şe’r:

Şah olan fitneyi-bədxahdan olmaz qafil,Şir olan hileyi-rubahdan olmaz qafil.Saliki-rahi-xirəd həzm təriqin gözlər,Rəhgüzarində olan çahdan olmaz qafil.

Həzrəti-İmam bu hala vaqif olduqda və bu məzmuna ittila’ bulduqdamühəqqəq bildi ki, nazimi-kargahi-qəza sihhəti-əxbari-Kərbəla üçün tərtibi-müqəddəmatetməkdədür və pərdeyi-xəfada məstur olan əsrari-hikmət təhiyyeyiəsbablazühura yetməkdədür. Lacərəm qövsi-qəzadan [atılan] navəki-qədər birnişanəyə həvaləolsa, sipəri-tədbir vüsuluna mane olmaz və gülşəni-təqdirdə rəyahi-niümuranəsimi-və’dəyi-mürur yetsə, açılmaqda təvəqqüf qılmaz.

Həzrəti-İmam ol gün ol gecəyədək təhəyyürü təfəkkürlə səbr edüb, gecə kim,dəbdəbeyi-səltənəti-ruzi-nurani kövkəbeyi-istilayi-şəbi-zülmaniyə mübəddəl olduvə surəti-hali-ruzigar inqilabi-həvadisdən təğəyyür buldu, ol şəm’i-şəbistani-vilayətvə çiraği-dudmani-İmamət Həzrəti-Rəsulullahın mərqədi-mübarəkləriüzərinə varub, giryan-giryan türabına yüz sürdü və nəhayəti-tə’zimü təkrim birləsəlam verdi. Şe’r:

Əssəlam, ey asitanun rəşki-firdövsi-bərin,Xakrubi-dərgəhün müjgani-çeşmi-hurü ’eyn.Əssəlam, ey xadimi-dərgahi-qədrin Cəbrəil,Midhətün Qur’anü məddahun İlahilaləmin.Ya Rəsulullah, bənəm kami-dili-Zəhra, Hüseyn,Yüz sürüb dərgahinə gəldim diləfgarü həzin,Ol bənəm kim, ümmətün hifzini əmr etdün bana.Ol bənəm kim, gənci-əsrara bəni qıldun əmin.Ümməti-zalim bana izhari-bidad etdilər,Bikəsəm, biçarəyəm, sənsən bana ancaq mü’in.

Təmamiyi-şəb ta sübh təzərrö’lər qılub ibadətlər etdi, bir növ’lə ki, sədayi-təsbihütəhlili asimana yetdi. Əlqissə, ol gün dəxi gecəyədək ziyarət edüb, ikincigecədə kəmali-heyrət nərgisi-şəhlasın müstəğrəqi-xab edüb və təfəkkürlə çeşmi-həqiqətbinibir zəman yuxuya gedüb vəq’əsində gördü ki, Həzrəti-Rəsul cəmi’iərvahimüqəddəsəilə hazır olub, ol seyyidi-məzlumu bağrına basub dedi: "Eycigərguşeyi-məzlum və ey İmamzadeyi-mə’sum, bənim şəfa’ətimə ümidvarolanlar və müsəlmanam deyüb də’vayi-batil qılanlar səni dəşti-Kərbəlada şəhidedələr və ol ərseyi-bəlada sənin və övladın qanından cuybarlər yürüdələr:

Gəldi ol dəm ki, sənün qanunla rəngin ola xak,Edələr zülm ilə sən məzlumu zalimlər həlak,Gəldi ol dəm kim, səni bidərdlər qətl edələr,Olasan mülhəq bana zarü həzinü dərdnak.

Əmma haşa ki, anlara bənim şəfa’ətim nəsib ola və ri’ayətimdən ol tayifeyi-tağiyəbəhrə bula. Ey Hüseyn, Murtəza və Zəhra və Həsəni-Muctəba müntəziri-didarın və hurü qılman nigarani-mahi-rüxsarındür. Vəqtdirki, şərbəti-vüsalın məhrəmi-daği-fəraq və pərtövi-cəmalun şəm’i-şəbistani-iştiyaqedəsən". Hüseyn ayıtdı: "Ya cəddah, hala ki, mülaqat müyəssər olubdurvə talib mətlubun bulubdur, nola dünyaya müraci’ət qılmasam və bir dəxi oldami-bəlaya giriftar olmasam". Şe’r:

Məlul oldum cəhani-bivəfadan,Dutuldu könlüm ol möhnətsəradan.Nola qət’ etsön andan irtibatım,Götürsön ol güzərgəhdən büsatım.Dua qılsan ki, lütfi-Həzrəti-Həq,Bana göstərməyə dünyayı mütləq.

Həzrəti-Rəsul ayıtdı: "Ey Hüseyn, dərəceyi-şəhadət müstəlzimirü-cu’i-dünyadür,hala sana dünyaya müraciət etmək övladür".

Əsnayi-təkəllümdə İmam Hüseyn gördü ki, Həzrəti-Rəsulun rəngi-gülgunizə’fərani olmaqdadür və gisuyi-mü’ənbərlərinə gərdiküdurət dolmaqdadür.Müztərib olub sual etdi ki, ey gülzari-nübüvvət və ey sərvi-cuybari-risalət, bu nəəlamətbür?Ol Həzrət ayıtdı: "Ey nuri-dideyi-Zəhra, ey bərgüzideyi-Ali-Əba, bu qübari-meydani-bəla, yə’ni əsəri-rəstaxizi-Kərbəladür. Bu qübariküdurətdür ki, mir’ati-cəmiyyətündənKərbəlada surəti-süruri nihan edər və bu gərdi-möhnətdür ki,müsibətün e’lami üçün ol badiyədən asimana gedər".

Həzrəti-Hüseyn iztirabla bidar olub, gah və’deyi-didarla xürrəm və gahtəfəkküri-müfariqəti-əyalla pürğəm mənzili-şərifinə buyurub, Mədinəiqamətindən könül götürüb səfəri-Məkkə əzimətin müsəmməm qıldı, amma andadəxi qərar dutmayub Kərbəlaya mütəvəccih olduğun kəndüyə müqərrər qıldı.Pəs, təriqi-vida’lə Həzrəti-İmam Həsən mərqədi-münəvvəri üzrə gedüb, səlamverüb ayıtdı. Şe’r:

Əlvida, ey sərvi-gülzari-İmamət, əlvida!Əlvida, ey şəm’i-bəzmi-istiqamət, əlvida!Əlvida, ey zəhr tə’sirilə rəngin səbzfam!Əlvida, ey səbzeyi-baği-Qiyamət, əlvida!

Andan dəxi nəqli-məkan edüb sərvi-qamətin şəm’i-məzari-Zəhra qıldı və olrövzeyi-mübarəkdə gülbüni-dərdindən gunə-gunə gülləraçıldı. Hər zəman bir növhə ilə dəmsaz və hər dəm bir sürudla həmraz olubderdi: "Əssəlam, ey sədəfi-gövhəri-həyatım, vey mə’dəni-cövhəri-zatım, iltifat etki, vidaya gəlmişəm və bu axir ziyarətdür".

Rəvayətdir ki, rövzeyi-mübarəkdən bir avaz gəldi ki, və əleykəssəlam eyfərzəndi-ərcümənd və ey nütfeyi-səadətmənd, bir müddətdür ki, təşneyi-zülali-vüsalvə müştaqi-afitabi-cəmalam. Cəhd et ki, ənqərib pərdeyi-hicabı tiği-ə’daylaçak və mir’ati-zatun qübariküdurətdən seyqəli-sinani-bədxahla pak edəsən.Həzrəti-İmam andan nəqli-məkan edüb, mükərrərən mərqədi-Rəsulullahüzərinə gəlüb, təcdidi-ziyarət edüb vida etdikdən sonra mənzilinə dönüb,təhiyyeyi-əsbabi-səfər qılub, şəbi-cüm’ə Şə’ban ayının dördüncü günündədövləti-[şəhadət] ümmidiylə saəti-sə’d ixtiyar edüb əmr etdi ki, hicabi-bargahi-rif’ət,sərapərdeyi-izzü iqbal və şadirəvani-əzəmətü iclallərin xaki-Yəsribdəngötürüb bədrəqeyi-səadətlə xitteyi-Hicaza rəvan olalar və rayəti-nüsrət vəlivayinüzhətlərin Mədinə meydanından Məkkə canibinə mütəhərrik qılalar. Şe’r:

Yükləndi barxanə, çəkildi qətarlar,Əflaka çıxdı ruyi-zəmindən qübarlar.Asari-nə’li-sümmi-səməndi-sipahdanNəqşi-məcərrə qıldı əyan rəhgüzarlar.

Təmamiyi-ə’yanü əşrafi-Mədinə bir mənzil müşayə’ə təriqilə həmrah olub,müraci’ət qılub, Həzrəti-İmam kəndü xəvasi-hümayunla mütəvəccih oldu. Əmmamənzil-mənzil qət’i-rah etdükcə mənzildə və mərahildə əksəri-övqat gah Həzrəti-Müsanun Fir’ondan qaçub xunxar biyabanlarda heyran qaldığun rəvayət qılurdıvə gah Həzrəti-İbrahimün Nəmruddan fərar edüb, hövlnak badiyələrdə sərgərdanolduğun hekayət edərdi. Və buyururdu ki, əlameyi-qürbi-İlahi təcərrö’i-həlahili-möhnətübəladür və nişaneyi-qəbuli-dərgahi-Mə’bud təhəmmüli-məsaibi-rəncüənadür. Şe’r:

Cövri-əğyara səbr eyləməyən,Bulmaz əhliyyəti-təqərrübi-yar.Sərbəsər xardür gül ətrafı,Səngdir lə’l mə’dəninə hisar.

Əsnai-təriqdə bir gün Əbdüllah bin Müti’ ki, mühibbi-xanədan idi vəMəkkədən gəlib Mədinə canibinə rəvan idi, ol həzrətin mülaqati-şəriflərinəmüşərrəf olub və dövləti-mülazimətlərindən səadəti-üzma kəsb qılub izhari-sənaqıldı. Şe’r:

Mərhəba, ey nuri-ruyindən münəvvər kainat,Cövhəri-zati-şərifin came’i-hüsni-sifat.Mərhəba, ey varisi-elmi-Rəsuli-Haşimi,Müqtədayi-əhli-iman, hadiyi-rahi-nəcat.

Və Həzrəti-İmamun məzmuni-məqalat və qərayini-halatlarında şəmmeyi-mafiz-zəmirlərinmə’lum edüb, təriqi-ədəb birlə ərz etdi ki: "Ey bərgüzideyi-afaqvə ey seyyidi-ələlitlaq, əgərçi cəmi’i-dəqayiqiəhval zəmiri-münirinizə rövşəndürvə bizdən Həzrətinüzə nisbət izhari-nəsihət tərki-ədəb olduğu mühəqqəqümüəyyən, əmma iqtizayi-hüsni-sədaqət və kəmali-müxalisət təklifi-cür’əti-təkəllümqılur. Ya İbn Rəsulullah, Məkkeyi-Müəzzəməyə buyurduqda bilürəmki, ə’yani-Kufə məkatibü mərasil irsal edüb Həzrətinizə təklifi-hüzur edərlər.Zinhar, ol kəlimati-kizbə e’timad etməyəsiz və Məkkədən Kufə canibinəgetməyəsiz ki, ol bivəfalarda öylə ki, bən gördüm, vəfa imkanı yoxdur və olgüruhun səlahdan fəsadları çoxdur. Yəqin ki, əgər Məkkədə tərhi-iqamətburaxub təmkin bulsanuz və ol büq’eyi-şərifdə təvəttün etməgə rəğbət qılsanuz,əhli-Məkkə sizdən qeyrisin ixtiyar etməzlər və siz anda olduqca qeyr hökmünonda yürütməzlər". Həzrəti İmam anun kəlimatın təsdiq edüb, vida qılub rəvanoldu.

Mürurla mərahilü mənazil qət’ olub, imarati-Məkkə və əlamati-Bətha əyanolduqda, əşrafü əizzeyi-Məkkə xəbərdar olub, təriqi-istiqballa pabusi-şərifindənkəsbi-sə’adət qılub, ol Həzrəti kəmali-tə’zimilə və nəhayəti-təkrimilə gətürdükdəzəbani-küngüreyi-Zəmzəm bu ədayla mütəkkəllim oldu. Şe’r:

Mərhəba, ey məsnədarayi-səriri-izzü cah,Mərhəba, ey şahi — qüdsi-mülki-ruhanisipah.Mərhəba, ey ərseyi-imana əhkamın rəvan,Mərhəba, ey hövzeyi-İslama iqbalın pənah.Qibləgahi-Kə’bə didari-şərifindür sənin,Gərçi xaki-Kə’bədür əhli-cəhana qibləgah.

Həzrəti-İmam sə’adətü iqballa nüzul edüb mütəməkkin olduqda əşrafi-Hicazgüruh-güruh xidməti-şəriflərinə gəlüb, mübarəkbadi-mənzil qılub, övqati-xəmsdəol Həzrətə iqtidayi-nəmaz edərlərdi və andan bey’ət alub gedərlərdi.Rəvayətdir ki, Yezid qibəlindən valiyi-Məkkə olan Sə’d bin As əkabiri-Hicazın Həzrəti-İmama müraciə’tin gördükdə, təvəhhüm qılub MəkkədənMədinəyə fərar qıldı və keyfiyyəti-əhvalı ol nabəkara ərz qıldı. Əlqissə, bu xəbərcəmi’i-biladü büqa’ə müntəşir olub, xüsusən Kufədə şaye’ oldu və iştihar bulduki, Həzrəti-Hüseyn Yezidin bey’ətindən imtina’ edüb, Mədinədən Məkkəyətəşrif buyurub, ə’vanü ənsar cəm’ etməkdədir.

Kufədə olan həvadarlar Süleyman Xüzai hücrəsinə cəm’ olub bu səlahıgördülər ki, təriqi-mü’avinətü müzahirət məsluk edüb, Həzrətiİmama ərzisədaqətqılalar və anın rikabi-hümayununda dərəcatinəcati- dünyavü axirətbulalar. Əkabirü əşraf Kufədən yetmiş nəfər mö’təmid kimsənələr Müseyib vəRifa’ə bin Sədad və Həbib bin Müzahir və Məhəmməd bin Əş’əs Şüreyh Qazihüzurunda qəsəm yad edüb ittifaq etdilər ki, xanədani-nübüvvət və vilayət təriqiməvəddətindəmalü can diriğ etməyələr və Hüseyn İbn Əlidən qeyrin hökmünKufədən yürütməyələr və Həzrəti-İmama bir məktub imla etdilər bu məzmunlaki: "Əlminnətü lillah, rayizi-tövfiqi-hidayət və qayidi-tə’yidi-sə’adət ’inanitövsəni-e’tiqadımızı təriqi-zəlalətdən münhərif qılub şəhrahi-nəcata mün’ətifqılmış və çehreyi-amalımıza miftahi-iqbal əbvabi-məvəddəti-xanədani-vilayətməftuh edüb zəmirimizə məhəbbəti-Əhli-Beyt salmış. Həmvarə ana talib vəpeyvəstə ana rağibüz ki, səhifeyi-əmri-xilafətdən izaleyi-nəqşi-xilaf etməkdə vəcərideyi-hökmi-İmamətdən rəf’i-ricsi-müxalifət qılmaqda kəmali-iqdam vənəhayəti-ehtimam izhar edəyüz, əmma İmamımız və müqtədamız yoxdur. Halaböylə istima’ olundu ki, əşəddi-ə’dayidin və əzəlli-əzdadi-xanədani-seyyidül-mürsəlinYezid bin Mü’aviyə ədəmi-istehqaqla istid’ayi-cülusi-məsnədi-xilafət qılub, ol afitabiövci- vilayət və şahbazi-aşiyani-risaləti bey’ətə təklif etmişvə ol Həzrət dəxi imtina’ edüb, asari-müxalifət pərdeyi-xəfada ikən dərəceyi-zühurayetmiş. İmdi ol sərvi-cuybari-kəramət və şükufeyi-növbəhari-səadətdənmütəveqqe’ və mütərəqqib oldur ki, təriqi- ’inayətü iltifat məsluk olunub və bucanibə livayi-nüsrət təhrik bulub, bu müxlislərini qüdumi-səadətlüzümləmüşərrəf qılalar və bu bəndələri kəndüyə əhibbayi-sadiq və əviddayi-müvafiqbilələr. Şe’r:

Vəqtdir kim, səbzəzari-xüşksali-firqətiRəşheyi-lütfiylə sirab edə əbri-növbəhar.Vəqtdir kim, pərtövi-xurşidi-aləmtabdanZümreyi-əhbaba pürnur ola çeşmi-intizar.

Əgər bu sə’adət müyəssər olsa və bu dua icabət bulsa, Kufəyə qədəmbasdıqda Yezid qibəlindən hakim olan Nüman Bəşiri ki, bir pirizəifdir, şəhərdənixrac etməmiz müqərrərdir. Mücmələn, müqavimətiə’da üçün hər nə əsbabməqsud isə bu gün Kufədə müyəssərdir".

Namə tamam olduqda Əbdullah Məsmə’i-Həmədani və Əbdullah Bəkriyətəslim edüb irsal etdilər. Cavabı gəlmədən mütə’aqib bu məzmunla bir namədəxi Bəşir bin Təmir və Əbdürrəhman bin Əbdullah ilə rəvanə qıldılar. Anlarınəqəbincə Xan bin Hani və Sə’d bin Əbdullah Xəşə’i və anların əqəbincə Şis binRəbi’i və Ürvə bin Qeys, Ömər bin Həccac və Sə’d bin Əbdullah rəvanə olub,əlqissə, mütəvatir bu məzmunla yüz igirmi kitabət göndərüb, izhari-kəmali-sədaqətetdikdə Həzrəti-İmam əhli-Kufənin məkatibi-mütəvatirlərün kəndüyəhüccət bilüb və niyyəti-icrayi-Həq zəmiri-münirlərində rüsuxi-təmam bulub,tərvici-ümuri-din üçün diyari-Kufəyə əzimət müsəmməm qıldı. Əgərçi ol diyardamübtəlayi-bəliyyat olduğun mühəqqəq bildi, əmma müqərrər qıldı ki, kəndüdənmüqəddəm Müslimi-Əqili ol diyara rəvanə qıla və kəndü dəxi mütə’aqibmütəvəccih ola.

Pəs, əkabiru əşrafi-Kufəyə bir namə təhrir etdi bu məzmunla ki: "Həmdibihədol mübdə’i-əşya və müxtəre’i-masivaya ki, növ’iinsanı tövfiqi-əqlüixtiyarla sayir məxluqatdan mümtaz etmiş və sipasi-biqiyas ol müsəvviri-əşkali-karxaneyi-dünya və müdəbbiri-əhvali-darül-qərari-üqbaya ki, cəmi’i-növ’iinsandanfirqeyiənbiyaya tövfiqi-təfəvvüq verüb, şərəfi-imtiyaz birlə sərəfrazetmiş və dürudi-namə’dud və sələvati-naməhdud ol sərvəri-kainata ki, firqeyi-ənbiyadancövhəri-iste’dadı əşrəfü ə’ladır və təhiyyati-biqayət və təslimati-binəhayətol ftrqeyi-əhibbaya və zümreyi-əshaba ki, qəbuli-söhbəti-sədri-risalətbulub, ana itaətləri cəmi’i-əməldən övladür. Əmma bə’d, bu namyei-nami vəməktubi-girami ki, mütəzəmmini-kəmali-nəsihət və mütəkəffili-vüsuli-səadətdür,bəndən ki, Hüseyn bin Əliyi-Murtəzayam, sizə ki, ə’izzeyi-əşrafiKufəsiz, eyfirqeyi-əhibbayi-sadiqül-e’tiqad və ey zümreyi-əviddayi-xalisül-vidad, məkatibi-müxalisət-məknunuz ki, təriqi-ittihad vəcaddeyi-e’tiqaddan təbliğ olunmuşdu, vasil olub məzmuninə ki, məhzi-izhari-xülüsi-təviyyət və kəmali-bəyani-sifayi-niyyət idi, ittila’ hasil olduqda,istid’anıza icabət lazım gəlüb, ol canibə əzimətimiz təsmim bulub, hala MüslimiƏqiliki, ə’qəli-əşrafi-BəniHaşim və ərşadi-cəm’i-əkabirü ə’azİmdir, kəndüqibəlimdən ol canibə irsal etdüm. Gərəkdir ki, məqdəmi-şərifin müğtənəm bilüb,təriqi-mürafiqət və müvafiqətində dəqiqə diriğ etməyəsiz və canibi-şərifinizdəntəsəlliyi-xatir bula. Yəqin ki, bənim təhriki-livayirif’ətim ol canibə anın nəsimi-əxbari-hüsuli-müraatına məşrutdur və rişteyi-ehtizazi-rayəti-hümayunum oldiyara anın silsileyi-e’lamihüsni-rizasinə mərbutdur". Şe’r:

Ey görənlər anı, təşrifimdən olman naümidKim, bəhari-aləmaradır güli-sirabımın.Ey görən anı, bana ümmidvar olsan nola,Sübhdür ol sadiqü xurşidi-aləmtabımın.

Məktubi-şərif şərəfi-itmam bulduqda Həzrət, Müslimi-Əqilə təslim edübbuyurdu ki: "Ey bənim məhaliki-şiddətdə ə’zami-ə’vanım və məzayiqi-qürbətdəəqrəbi-ixvanım, məhəlli-mürafiqət və zəmanimüvafiqətdir. Bu canibdən ümməti-Məhəmməd üzərimizə hüccət buraxub izhari-həq etməgə tərğib edərlər. Nə üzrləehmal etmək olur? Və bir canibdən ə’dayi-din ittifaq edüb həlakımıza qəsdetmişlər. Müqavimət etmək olmaz, fərar edüb qanda getmək olur? Şe’r:

Tufani-fitnə qopdu, gəlin qərqə olmadan,Rəxti-səlahımız çəkəlüm bir kənarəyə.Olduqca hüsni-əql və tədbirə ehtimal,Dil şişəsini urmayalım səngi-xarəyə.

Hala bir neçə mö’min kimsənələr məkatib irsal edüb bizi də’vət etmişlər.Təğafül etmək olmaz və tə’əllül etməklə naireyi-istilayi-’ədu intifa bulmaz.Səlah oldur ki, sən bəndən müqəddəm ol diyara təvəccöh edüb təfəhhüs edəsən.Filvaqe’, əf’alı əqvalla müvafiq görsən e’lam edəsən, bən dəxi təvəccöh edəm".Müslimi-Əqil Həzrəti-İmamın hökmi-şərifinə inqiyad edüb həm ol günmütəvəccih oldu. Hənuz bir mənzil qət’ etmədən Müslümün canibi-yəminindənbir səyyad çıqa gəlüb, əlində bir seydi olub, filhalzibh etdi. Müslim ol qəziyyəyi kəndüyə mübarək görməyüb, mü’avidət edübHəzrəti-İmama ayıtdı: "Bənim Kufəyə getməgim səlah degil, zira bu yolda buhala sataşdım". Həzrəti-İmam ayıtdı: "Ey Müslim, təriqi-riyazi-Həq müxatirədir,qəbul edən salik olur. Və gövhəri-məqsəd girdabi-bəladədür, qəvvas olan anıalur. Qüvveyi-vahimən qalib isə bir qeyr kimsənə tə’yin edəlim. Müslim gördü ki,Həzrəti-İmamın rizası anın getməgindədir, ziyadə mübaliğə etməyüb ərzi-üzretdi ki: "Ya İmam, bənim vəhmim fövtü mövtdən degil, əmma andandır ki,minbə’d didari-şərifinizi görməyüb məhrum qalam və dövləti-mülazimətindənbinəsib olub qürbətdə öləm". Şe’r:

Ey cəmalın mətləi-xurşidi-iqlabım bənim,Gün yüzündəndir mübarək müttəsil falım bənim.Dövləti-zövqi-vüsalındır bəni xoşhal edən,Bilməzəm səndən cüda düşsəm nolur halım bənim?!

Həzrəti-İmam dəxi bu hala giryan olub derdi. Şe’r:

Ey könül, ah eylə kim, ah eyləmək həngamıdır,Ey gözüm, qan ağla kim, qan ağlamaq əyyamıdır.Ayrılır bəndən bu gün halım pərişan eyləyüb,Ol ki, göz nüri, könül mətlubi, can aramıdır.

Əlqissə, Müslimi-Əqil dideyi-giryan və dili-büryanla vida’ edüb, Məkkədənçıxub Mədinəyə təvəccöh qılub, Həzrəti-İmam təhiyyeyiəsbabi- səfər əmrinəməşğul oldu.

Rəvayətdir ki, səbəbi-ə’davəti-Hüseyn müxalifəti-surivü mə’nəvidür. Əmmamüxalifəti-mə’nəvi iki vəchlədir: Biri ol ki, ağazixilqəti- mövcudat və bidayəti-icadiməknunatda cəmi’i-cəvahiri-nüfusi-insaniyyə bir dəf’ədə məxluq olub,tədriclə təngnayi-qüvvətdən fəzayi-fe’lə təvəccöh etmişlər və məzmuni-hədisi-"Ələrvahu cunudun mucən-nədətun" müqtəzasincə rəngi-tənakür və tə’arüfdutmuşlar. Lacərəm sabiqeyi-irtibat bulub, ol məcmə’də birbirinə qərib olanərvah aləmi-əşbahda bir-birin bulduqda aralarında silsileyi-ülfəti-sabiqmütəhərrik olur və bə’id olanlar bir-birin gördükdə aralarında nifrəti-əzəli,əlbəttə, əsəri-müxalifət salur. Hərayinə bu iqtizadəndür ol müxalifət ki, Əbdüş-şəms ovladı Haşim və Üməyyəarasında idi və ol ədavət ki, Əbdülmüttəlib və Hərb arasında idi və ol niza’ ki,Həzrəti-Rəsulullah və Əbu Süfyan arasında idi və ol fitnə ki, Hüseyn və Yezidarasında idi. Və müxalifəti-mə’nəvinin bir vəchi dəxi oldur ki, zati-paki-Vacibül-vücud məsdəri-sifati cəlaliyyə və cəmaliyyə olub, iqtizayi-zühur etdikdəixtilafi-müzahir lazım gəlüb, iste’dadi-nüfusi-insaniyyə istehqaqi-qəhrü lütf üçünhikmət müqtəzasınca iki qism olmuş, biri müstəcme’i-[cəmi’i]-fəzayil və olərvahi-ənbiyavü övliya və süləhavü ətqiyadır. Və biri müstəcme’icəmi’i- rəzayilvə ol ərvahi-küffar və füccarü fisəqə və əşrarü əşqiyadır. Lacərəm bu iki güruhhəmişə müxalifət üzrə olub, HəzrətiHüseyn bin Əli firqeyi-əvvəlindən və Yezidipəlidzümreyiaxirətindən vaqe’ olmuş.

Və müxalifəti-suri dəxi hər canibdən iki vəchlədir. Əmma Həzrəti-HüseyninYezidə izhari-xüsumət qılduğunun iki vəchi var. Biri ol ki, çün əmri-xilafəttəsəddiyi-əhkami-şər’iyyə və təkəffülitənfizi- ümuri-’ürfiyyədir və iqtizayi-sidqüsəlah edər və Yezid ki, xümmarü facirü fasiq olub, əsla irtikabi-mənahidənictinab etməzdi və ri’ayəti-namusi-şəri’ət təriqin dutmazdı, lacərəm qeyrəti-İmamətvə məsnədi-xilafəti anunla aludə rəva görmədi və anın xilafətinə rizavermədi. Və bir vəchi dəxi ol ki, Həzrəti-Hüseyn dəxi Yezidin bey’ətin qəbuletsəydi, Bəni-Üməyyənin də’vayi-xilafətlərinə təsdiq vaqe’ olub qət’ən şəkkqalmazdı. Lacərəm Hüseyn bin Əli nəqdihəyatın sərf edüb ol sirri-nihanı zühuragətürdi və Bəni-Üməyyənin bütlani-də’valərin dərəceyi-vüzuha yetürdi.Və Yezidin dəxi izhari-ədavət qılduğunun iki vəchi var: Biri ol ki, məsnədi-xilafətdə qərar etdikdə Həzrəti-Hüseyni bey’ətə təklif edüb, Həzrəti-İmamimtina’ etdi. Və bir vəchi oldur ki, Əbdullahi-Zübeyrin bir cəmilə övrəti olub,Yezid anın avazeyi-hüsnü cəmalın istima’ edüb aşiq olmuşdu. Ənva’i-hiylələrləol övrətlə Əbdullahi-Zübeyrin arasına müfariqət salub, təlaq aldırıb təzvicinəfürsət bulmuşdu.

Əlqissə, Əbu Musa Əş’ərini irsal edüb ol övrətə talib olduqda və Əbu Musabu məsləhət üçün təvəccöh qıldıqda təriqi-təvəccöhündə Həzrəti-Hüseynə mülaqiolub, Həzrəti-İmam ayıtdı: "Ya Əbu Musa, təvəccöhün nə canibədir?". Cavabverdi ki, ya İbn Rəsulullah, mütəlləqeyi-İbn Zübeyri Yezid bin Mü’aviyə içünmütalib qılmağa əzm etmişəm. Hüseyn ayıtdı: "Ey Əbu Musa, əgər ol məsturəYezidinəqdindən imtina’ etsə, bənim içün tələb qıl". Əbu Musa üç şəxsin vəkili olub, olxatunun hərəmsərayına yetdikdə xatun ənva’i-e’zazü ehtiram etdikdən sonraayıtdı: "Ya Əbu Musa, bu bəndəxanəyə təşrif buyurduğunuzdan qərəz ola?" ƏbuMusa ayıtdı: "Ey müxəddəreyizəman vey məstureyi-dövran, sən kibi nazəninəkünci-’üzlət və guşeyi-vəhşət bəkləyüb oturmaq münasib görünməz. Bə’zikimsənələr əlaqeyi-təzvicinə talib olmuşlar, əgər rüxsət var isə, ərz edəyim". Olməsturə ayıtdı: "Ya Əbu Musa, əhli-səadət səlahından [təcavüz murisişəqavətdir,xüsusən sənin səlahından] ki, mütəzəmminikəmali- səadətdir". ƏbuMusa ayıtdı: "Vüsalına talib və təzvicinə rağib olanların biri Yezid bin Müaviyə,biri Hüseyn bin Əli, biri Əbdullah bin Ömər və biri bənəm". Xatun ayıtdı: "EyƏbu Musa, bən bir növcəvanam, sən bu qərəzdən fərağət qıl və biqərəz bəyan etki, ol üç şəxsdən qansı bana ənsəb və əlyəqdir". Əbu Musa ayıtdı: "Əgərhökumət muradın isə, Yezidi qəbul et və əgər hüsni-surət istərsən, Əbdullah binÖmər ittisalına rəğbət qıl və əgər səadəti-axirət təmənna qılsan, Hüseyn [bin]Əlinin daməniittisalın əldən buraxma". Xatun ayıtdı: "Hökumət əsri-zaildir vəhüsni-surət fənaya qabildir. Xatirim nicati-axirət və müsahibətiZəhraya maildir".Pəs, bu vəchlə iqrar olub Əbu Musa ol xatunu Hüseyn üçün əqd qıldı və bu xəbərYezidə yetdikdə mühərrikisilsileyi- ədavət əsli oldu. Şe’r:

Çərx hər fitnə kim, istər qıla aləmdə ’əyan,Əshəli-vəch ilə əsbabına əncam verür.Salub ol fitnə binasının əsasın əvvəl,Ruzigar ilə ana surəti-itmam verür.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə