Döyüş meydanında arxası üstəYıxılıb gözləri açıq bir igid.Uğrayıb bir sürü qanlı faşistəKöksündən vurulub o məğrur şəhid.

Baxır səmalara səmavi gözlər,Səmalar gözünü onlara dikmiş.

Mavi şimşək kimi o mavi gözlərMavi səmaların şəklini çəkmiş.

Şəhidin üzü ağ, alnı açıqdır,Yanında bənövşə büküb boynunu.Ulus həsrətiylə rəngi qaçıqdır,Vətən torpağına açıb qoynunu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən