Böyüyün, çocuqlarım, açılın çiçək kimi,Gülün mənim ömrümə gözəl gələcək kimi.

İki fidanımsınız siz bu gün, çocuqlarım,Ucalın, çocuqlarım, böyüyün, çocuqlarım!

Böyüyün, çocuqlarım, böyüyün, mələklərim,Böyüyün ki, sizinlə böyüsün diləklərim.

Yurd böyük ata olsun könlünüzün gözündə,Sizin böyük anamız ulusdur yer üzündə.

Böyüyün, önünüzdə işıqlansın bu aləm,Mən sizi ulus üçün, yurd üçün böyüdürəm!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar