Sünbülüm, sünbülüm, sarı sünbülüm,Adına söz qoşum barı sünbülüm.Ellər həsrətidir bu əmri verən;Şirin gecələrdə yuxuma girənYaşıl tarlamızın mənzərəsidir,Xırman üstündəki ana səsidir.Əzəldən ruhuma doğmadır bu səs,Bir qüvvə varmıdır bu səsə əvəz?Deyirlər dünyadan qocadır yaşın,Qüvvətdən quruldu torpağın, daşın.Deyiliər səndədir xeyir, bərəkətDeyirlər səndədir həyat, hərəkət.Mən bunu qəlbimlə çoxdan anladım,Bəzən gülüşlərə tutuldu adım...Dedilər arxamca: "El şairidir,Külüng şairidir, bel şairidir,Yoxdur sənətində qanadlı sözlər...Boyalı dodaqlar, sürməli gözlər.Yoxdur söhbətində uçan mələklər,Tərif olunmayır göydə fələklər,Şairin yeridir yalnız buludlar,Vurğunda nə könül, nə də xəyal var."Gərdim bu sözlərə polad sinəmi,Ellərin nəşəsi, ellərin qəmiSinəmin üstündən aşdı sel kimi,Tənələr yanımdan keçdi yel kimi.Sən gözəl kəndimiz! Sən ilk sevgilim!Səni son nəfəsdə deyəcək dilim!Sünbülüm, sünbülüm, sarı sünbülüm!Könlümün qonağı, yarı sünbülüm!Sən ilk bəzəyisən bizim Vətənin,Əski kitablarda adın var sənin.Qarşıdan al geyib gələndə bahar,Bilirəm qəlbində nə işvələr var!Yanından süzülüb kcçəndə külək,Titrəyir səndəki zərif bir ürək.Coşub dəniz kimi dalğalanırsan,Deyirlər o zaman məni anırsan!"Məhəbbət cüt olar" bu, bir məsəldir,Dünyanın şöhrəti yaradan əldir...İpək saçlarını dara sünbülüm!Ərməğan göndərək yara sünbülüm!Bu qoca dünyada nələr var, nələr,Günəşin altında yanan dəmyələrBizə daş əsrindən bir yadigardır,Yerin sinəsində yanğılar vardır...Bəzən bahar kimi xoş gələndə qış,Azca səpələyib ötəndə yağış,Susuz maral kimi yanar dəmayələr,Əfilər oynaşar, ilanlar mələr.Düşər sinəsinə kəndlinin başı,Axar sərin-sərin gözünün yagı,Bükülmüş belində paslı bir oraq..."Vay" deyib dizini yumruqlayaraq,Evdə uşaqları salır yadına,Göylər yetişməyir onun dadına.Bu acı günlərin şahidiyəm mən,Gözümlə görmüşəm körpəliyimdən.Eşit sözlərimi cansız təbiət!Vicdansız, duyğusuz, qansiz təbiət!Yenə quduz kimi çıxma yolundan,Vulkanlar çəkinir insan oğlundan.Onun sənəti var, onun gücü var,Onun ağıl adlı bir ər gücü var.Dilsiz qayalar döşündən dəlir,Dağlar qarşısında salama gəlir.Dünyadan söz açır, danışır bir-bir,Uzaq əsrlərdən xəbərlər verir.Ağıl işıq salır gözlərimizə,Hər gün yaxınlaşır gələcək bizə...Dərin dəryaların tapır sirrini,Dünyanın ən böyük cahangirini,Ağıldır torpağa döndərən "fələk",Ağılsız insanlar sürünsün gərək,Təbiət! Ən böyük qüvvən bizdədir.Çayların cilovu əlimizdədir,Artıq oynamırıq boranla, qarla,Dəmyəmiz su əmir tulumbalarla.Arazın boynuna kəmənd atırıq.Hər suyun gözündə bir bənd çatırıq.Oğul təbiətə sinə gərərək,"Təvəkkül Allaha" deməsin gərək,Sünbülüm, sünbülüm, sən sünbülüm!Sənmisən çiçəyim, sənmisən gülüm?Bürkü gətirməsin sənə buludlarÜstünə qonmasın quşlarla, qurdlar.İnsanlar çoxalır bizim Vətəndə.Bütün bir ölkənin gözü var səndə.Gözdən oğurlanan bir dənin belə,Köməkdir insana, köməkdir elə.Qaldırsın başını göylərə sarı,Ellik xırmanında dərz tayaları.Baxdıqca düşmənin gözü qaralsın,Sənin özün kimi, üzü saralsın...Vətən torpağının qızı, gəlini,Yadlara açmasın təmiz əlini.Bunlar vicdanıma toxunar mənim,Gözümdə ildırım oxunar mənim!Sinənə düşməsin yara, sünbülüm!Günlərin keçməsin qara, sünbülüm!Tarixə bir daha gözünü gəzdir,Bəşərin ilk dərdi çörək dərdidir.Uçub dağılardı sənsiz dörd yanım,Hər qızıl əsgərim, hər komandanım.Doğrulda bilməzdi öz nişanını,Qardaşlar qanını, dostlar qanını.Düşmən qaldırardı öz bakalındaDənizlər dalında... Dağlar dalında...Sünbülüm, sünbülüm, sarı sünbülüm,Sənmisən çiçəyim, sənmisən gülüm?İki düşmənim var dünyada inan –Birinci faşistdir, ikinci siçan!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar