Yazın novbarısan bizim diyarda,Qıvrım tellərini sana, bənövşə!Mən səni sevmişəm bir ilk baharda,Könlümü vermişəm sana bənövşə!Sənsən əzəl gündən mənim sirdaşım.Gözümdən ayrılsan, axar göz yaşım,Gövdəmin üstündə durmayır başımBuranda boynunu yana, bənövşə.Çıxımşam seyrinə meyli, məzəli,Heyrandır hüsnünə ellər gözəli;Könlüm oylağını yaxın gəzənÇoxları küsəndi mana, bənövşə!Üzündə gördüyüm nə intizardır!Qəlbində Vaqifin sirrimi vardir?Gəl ondan söz açma, indi bahardır.Bağrımı döndərmə qana, bənövşə!Boynunu kəc burma gəl indən belə,Mən sənə söz qoşum, sən məni dinlə:Vurğunun şerilə, sənin hüsnünləTəbiət gələcək cana, bənövşə!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar