Səhər-səhər
Səhər-səhər seyrə vardım qızıl gülün yanağını,Açdı könlüm şirin-şirin nəğməli ney dodağını.Ey ariflər, nəzər salın təbiətin qurğusuna,Şeyda bülbül kəsərmi heç gül yanından ayağını.Səhər qumral saçlarını yayan günəş sirdaşımdır,Axşam üstü çox öpürəm ayın açıq qabağını.Əzəl gündən aşiqiyəm mən bu günün, bu varlığın,Bütün dünya bizdən alır səadətin sorağını.Sən ey mənə şeir yazıb "neçin susdun" deyən şair,Mən qapalı görməmişəm könlümün söz otağını.Böhtanını geriyə ud! Əriyərsən bir sözümdən,Yazıb-yazıb dolduraram sinəmin ağ varağını.Qara bulud sallamasın ətəyini sərhəd boyu,Mən dünəndən doldurmuşam patronumun darağını.Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,Hər bir sözüm saldıracaq min faşistin yarağını.Böyük Vətən bir nəfəslə qalxacaq bir çekist kimi,Tülkülərə verməyəcək aslanların yatağını.O gün mən də ilhamımla oxşayaraq sevəcəyəmAt belində qılınc vuran Don çayını qazağını.
Kitabxana.az · https://kitabxana.az/works/vurgun-seher-seher
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yoğruldu bütün varlığın ümmidlə hünərdən,Şimşək kimi keçdikcə qaranlıq gecələrdən,
Fitnə"Eh… ölüb getmədi bircə bu qarıTorpaq da sevməyir bu çal kaftarı…
Ürəyi xain adamSənin soyuq baxışında nə həyat var, nə duyğu,Donub qalmış sifətində qarlı bir qış soyuğu.
Ləzgi qızıƏtəyini çirməyərəkSamur çaydan keçəndə sən,
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Mən aşıq, ləngə bizi,Qəşədi, Ləngəbizi.
Övzai-dəhrü kari-cahanü dövrü-ruzigarÖvzai-dəhrü kari-cahanü dövrü-ruzigar,Daim təğyir ilə təbdil qılıb şüar.
Gəraylı: Səhər çağı ötən bülbülSəhər çağı ötən bülbülSən ağlama mən ağlaram
AyrılıqAh, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,