Cəfər, ey xəstə cismimin cani,Səd ya nəhs olan günü tani.Səd o gündür ki, kam ola hasil,Olasan öz muraduva vasil.Nəhs o gündür ki, qismətin qəmdir,Sənə ol aşiri-məhərrəmdir.Birinə nəhs olan gün, ey dana,Birinə səd olur, deyil bu həba.Belədir karü bari-cümlə cahan,Birinə sud olur, birinə ziyan.Birinə bir zaman olur xürrəm,Birinə ol zaman olur matəm.Kim ki, bir qəmdə əhli-matəmdir,Eydi-novruz ona məhərrəmdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mərsiyə