Ey oğul, nifrət eylə vahimədən,Vahimə şumdur, müxərribi-tən.Vahimə olsa şəxsə müstövli,Eylər ani həlak öz hövli.Qüvveyi-vahimə şəyatindir,Vahimə cinniyani-bidindir.Görməyirsən ki, şəxs olanda cünunVahimə qalib oldu, əql zəbun?Rəftə-rəftə cünunu bədtər olur,Qüvveyi-vahimə müsəvvər olur.Sanki bir şəxs ona olur peyda,Bir-birilə olur bular guya.Leyk zahirdə yoxdu şəxsi-digər,Vahimə eyləyib o şəxsə əsər.Elə hər bir məqamdə cürət,Zəhr içsən hesab qıl şərbət.Xövflə gər səhər yesən gülqənd,Gətirər zəfi-mədə, ey dilbənd.Sənə bu macərani eylər əda,Guş qılsan, hekayəti-hükəma.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri